Tərtərdə 15 yaşlı qız qaçırıldı: Rəis bütöv ailəni polisə gətirtdi (ŞİKAYƏT)
Cebhe.info redaksiyasına Tərtər rayon Polis İdarəsinin əməkdaşıları ilə bağlı şikayət daxil olub. Naftalan sakini olan şikayətçi İlqar Mikayılov müraciətində ailəsinin iyunun 3-də zorla Tərtər rayon Polis İdarəsinə aparıldığını bildirib.
İlqar Mikayılov məsələ ilə bağlı bunları deyib: "Yoldaşım, 2 qızım və qudam Tərtərdən gələrkən Qərvənd ərazisində onların olduğu avtomobili polis əməkdaşları saxlayıb. Onlara deyilib ki, Polis İdarəsinə getməlidirlər. Yoldaşım da mənə zəng etdi ki, polis bizi saxlayıb, idarəyə aparmaq istəyirlər. Səbəbini soruşanda isə yoldaşım dedi ki, polislər maşında şübhəli nəsə olduğunu bildirir. Mən də dedim ki, əgər maşında nəsə varsa, sürücü günahkardırsa, siz maşından düşün, onu aparsınlar. Polis isə bunun rəisin göstərişi olduğunu deyib.
Polis əməkdaşı ilə danışmaq istəsəm də, telefona yaxın durmadı. Qızımın biri 6 aylıq hamilədir. Polisdən soruşmaq istəyirdim ki, mənim ailəmi hansı əsasla Polis İdarəsinə aparırlar? Mənim ailəmi zorla Polis İdarəsinə aparıblar. Hadisə 3 iyun tarixində saat 4-5 arası baş verib. Məcbur qalıb 102-yə zəng etdim. Axırda özüm də Tərtərə rayon Polis İdarəsinə getdim. Orda bilirdilər ki, 102-yə zəng etmişəm, ailəmi idarənin qarşısından geri qaytarıblar ki, bəs, səhv salmışıq. Belə özbaşınalıq, belə haqsızlıq olar?”
Şikayətçi həmçinin digər aidiyyatı qurumlara da şikayət etdiyini deyib: "Mamırlı kəndindən 15 yaşlı qız qaçırıblar. Bundan şübhələnib mənim ailəmi idarəyə aparıblar. Məsələ ilə bağlı 102-yə, Baş Prokurorluğa şikayət etmişəm ki, aydınlıq gətirilsin. Hadisə zamanı mənim yoldaşımla telefon danışığım olub, həmin səs yazısını çıxarsalar görərlər ki, polis əməkdaşları mənim ailəmi rəisin tapşırığı ilə necə zorla Polis İdarəsinə aparıblar”.
Sayt şikayətçinin dediyi kimi, Mikayılova Saray Əhəd qızı, Bəhlulzadə Gülçin İlqar qızı, Bəhlulzadə Elmira İlqar qızı və qudasının həmin gün Tərtər rayon Polis İdarəsinə aparılması ilə bağlı sözügedən idarə ilə əlaqə saxlayıb.
Tərtər rayon Polis İdarəsinin növbətçisi 3 iyun tarixində belə bir hadisənin baş verdiyini təsdiqləyib. "Həmin şəxslər ayın 3-də 102-yə zəng etmişdilər. Azyaşlı qızın qaçırılması ilə bağlı istintaq gedirdi. Elvin Kərimov araşdırma aparırdı. Bizə məlumat daxil oldu ki, qızın yerini harasa dəyişirlər. Əməliyyat məlumatında həmin qızın o maşında olduğu bildirilmişdilər. Əməkdaşlarımız da həmin avtomobili saxlayıb baxış keçiriblər və sonra da buraxıblar. İdarəyə gətirilmə məsələsinə gəlincə, hadisə şöbənin yaxınlığında baş verib. Əməkdaşlarımızın baxışından sonra yollarına davam ediblər" - deyə Tərtər polisindən Cebhe.info-ya bildirilib.
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya