Andropovun şəxsən güllələtdirdiyi milyonçu qadın - SSRİ gizlinləri
Müsahibə12 sentyabr 2019 13:07
Prokurorluq əməkdaşları onun mənzilində axtarış aparanda təəccüblərini gizlədə bilməyiblər. Aşkar edilən pulları saymaq üçün hesablayıcı maşına ehtiyac duyulub. Üç kiloqramlıq balonlara yığılmış pullardan başqa, istilik radiatorlarının içərisindən tapılmış sellofan torbalarda olan 100-lük, 50-lik əskinazlar hesablamanı bir az da çətinləşdirib. Ümumilikdə evdən 560 min rubl nağd pul tapılıb. Amma məsələ bununla yekunlaşmayıb. Kiloqramlarla qızıl-zinət əşyaları, qədim xalçalar, xəz məmulatları, yapon istehsalı olan texniki avadanlıqlar, həmin dövrdə dəbdə olan büllur qablar və servislər sonralar istintaq zamanı 1 milyon 200 min rubl dəyərində qiymətləndirilib.
Təbii ki, 1980-ci illərdə SSRİ-də bu qədər var-dövlətə sahib olmaq ağılasığmaz bir məsələ sayılıb. Özü də ayda 180 rubl əmək haqqı alan bir qadının sahib olması...
Maraqlıdır, dövrün milyonçu qadını kim olub?
Berta Borodkina 1927-ci ildə Kiyev vilayətinin Belaya Tserkov şəhərində anadan olub. Heç bir ali və orta ixtisas təhsili olmayan Borodkina ilk əmək fəaliyyətinə Krasnodar diyarının kurort şəhərlərindən biri olan Gelencikdə adi yeməkxanaların birində xidmətçi kimi başlayıb. Diribaş, çevik, həm də yaraşıqlı və mehriban olan Berta Borodkina qısa müddətdən sonra fəaliyyətini şəhər restoranlarının birində bufetçi kimi davam etdirib.
Az-çox restoran-kafe işində təcrübə topladıqdan, zəruri tələbatlarını ödəyəcək qədər pul qazandıqdan sonra Borodkina fəaliyyət dairəsini genişləndirməyə qərar verib. Şəhər rəhbərliyi ilə yaxın münasibətləri onun bu qərarını gerçəkləşdirib. Borodkina Gelencikdə restoranların birinə direktor təyin edilib. Zənginliyə gedən yollar da elə buradan başlayıb.
1970-ci ildə SSRİ Nazirlər Sovetinin 723 saylı qərarı ilə Gelencik şəhəri ümumittifaq kurort statusu alıb. Bu qərardan sonra şəhərdə yeni sanatoriya, pansionat, istirahət evləri ilə yanaşı, yeni ictimai iaşə obyektləri, restoranlar, kafelər də tikilməyə başlayıb. Şəhərə turist axınının sayı 2-3 dəfə artıb. Bu da öz növbəsində Borodkinanın da fəaliyyətinə müsbət təsir göstərib, rəhbəri olduğu restoranın müştəriləri çoxalıb.
Əslində Borodkinanın müştəri baxımdan problemi olmayıb. Onun daimi və xüsusi qonaqları, şəhərin yüksək vəzifəliləri ona bəs edib. Ancaq bütün bunlar Borodkinanı qane etməyib.
1973-cü ildə Gelencik şəhər İcraiyyə Komitəsinin sədri Nikolay Poqodin şəhər Partiya Komitəsinə birinci katib təyin edilib. Borodkina ilə Poqodinin arasında yaxın münasibətlər olub. Məhz bu yaxın münasibətlər sayəsində heç bir təhsili olmayan Borodkina Gelencik şəhər ictimai iaşə trestinin baş direktoru vəzifəsinə təyin edilib. Sovet dövründə bu vəzifə kifayət qədər yüksək və "gəlirli” bir vəzifə sayılıb. Şəhərdə fəaliyyət göstərən restoran, kafe, çayxana, yeməkxana, ev mətbəxləri, qəlyanaltı, bufet və s. məhz bu trestə tabe olub.
Borodkinanın bu vəzifəyə təyin olunması ilə Gelenciyin ictimai iaşə sistemində yeni yazılmamış qanunlar hökm sürməyə başlayıb, böyük peşəkarlıqla hazırlınmış maxinasiya mexanizmi işə düşüb, il ərzində kurort şəhərinə iatirahətə gələn on minlərlə insan "mədəni” şəkildə soyğunçuluğa məruz qalıblar.
Məsələn, restoran, kafe və yeməkxanalarda bir nəfərlik yemək porsiyasında aşağıdakı maxinasiya variantları istifadə edilib: yeməkdə istifadə olunan çəkilmiş ətin tərkibinə çörək qatılıb, ətin çəkisi azaldılıb, ikinci və üçüncü növ ətlər birinci növ ətin qiymətinə satılıb, yeməkdə istifadə olunan digər məhsulların çəkisi və növü dəyişdirilib, böyük obyektlərdə ikinci gizli kassa aparatları saxlanılıb, yəni müştəriyə təqdim olunan hesab çeki ilə, əsl hesab çeki fərqlənib. Bu yalnız bir nəfərlik yemək porsiyasında keçirilən əməliyyatlar olub.
Kurort şəhərində istirahət edənlərin alkoqollu içkilərdən daha çox istifadə etməsi də məlum məsələdir. Borodkinanın maxinasiya mexanizmində bu məsələ xüsusi diqqət mərkəzində dayanıb. Restoran və kafelərdə müəyyən miqdarda sifariş edilən spitli içkilər müştərilərə qrafində təqdim olunub. Birinci sifariş olunan qrafində keyfiyyətli içkilər olub, amma eyni müştərilər ikinci dəfə içki sifariş edəndə qrafinlərə mənşəyi məlum olmayan ucuz içkilər süzülüb. Çünki birincinin təsiri ikincinin keyfiyyətini müəyyənləşdirməyə "imkan” verməyib.
Beləcə, il boyu istirahətə gələnlərin pulları Borodkinanın şəxsi büdcəsinə axıb.
Həmin dövrdə Gelencikdə olan ara alverçiləri məhz Borodkinanın "malları” ilə alver ediblər.
Borodkina xarakter etibarı ilə çox amansız, bağışlamayan, sərt, mərhəmət hisslərindən məhrum bir qadın olub. Onu "Dəmir Bella” adlandırıblar. O, şəhərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin hər birinə aylıq haqq qoyub. 500 rubldan başlayıb 5000 min rubla qədər böyüyən bu haqqlar bir gün gecikdiyi təqdirdə obyekt rəhbərini ən ağır cəzalar gözləyib.
Bütün bunlar hamının, o cümlədən şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanları əməkdaşlarının gözü önündə baş verib. Amma heç kimin Borodkinaya söz deməyə cürəti catmayıb. Təbii ki, bu da səbəbsiz olmayıb.
Qeyd etdiyimiz kimi, Borodkina şəhərin birinci katibi ilə isti münasibətdə olub və yüksək səviyyədə onun qulluğunda dayanıb. Sonralar özünün də etiraf etdiyi kimi, Borodkina təkcə 1979-1980-ci illərdə birinci katib Nikolay Poqodinə 15 min rubl rüşvət verib. Həmin dövr üçün bu böyük məbləğ sayılıb və həmin dövrdə bu pulla 3 "Jiquli” avtomobili almaq mümkün olub.
O cümlədən Borodkinanın Gelencik şəhərinin tabe olduğu Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Sergey Medunovla da son dərəcə mehriban əlaqələri yaranıb. Bu həmin Medunovdur ki, Leonid İliç Brejnevlə dostluq münasibətləri onu təkcə Krasnodarda yox, Kremldə də söz sahibi edib. (Sergey Medunov haqqında növbəti saylarımızda geniş yazı təqdim ediləcək). Krasnodara ali qonaqlar gələndə Medunov onların şərəfinə veriləcək ziyafət məsələlərini məhz Borodkinaya həvalə edib. Birinci katib yaxşı bilib ki, Borodkinanın açdığı süfrədə Moskvada defisit sayılan məhsullar da olacaq.
Hətta Borodkinaya Brejnevə süfrə açmaq, onunla ünsiyyətdə olmaq da nəsib olub. Bax, elə buna görə də, Borodkinaya heç kim "gözünün üstə qaşın var” deyə bilməyib.
Ancaq "Dəmir Bella”nın kurort hökmranlığı uzun çəkməyib.
Krasnodar diyarında, onun kurort şəhərlərində, o cümlədən Gelencikdəki özbaşınalıqlar Yuri Andropovun diqqətindən yayınmayıb. Andropov Brejnev-Medunov dostluğundan xəbərdar olub. Onu da bilib ki, baş katib Medunovu Kremlə aparmaq istəyir. Bu isə Andropov üçün arzulanan hal sayılmayıb. Çünki Andropov gələcək birinciliyini təmin etmək üçün Kremldə öz adamlarını yerləşdirməyə cəhd edib. 1978-ci ildə Mərkəzi Komitənin katibi Fyodor Kulakov vəfat etdikdən sonra Brejnev onun yerinə Medunovu təyin etmək istəyəndə Andropov bu təyinata mane ola bilib və öz adamını, Mixail Qorbaçovu Stavropoldan Moskvaya aparmağa nail olub. Amma buna baxmayaraq, Medunov Andropov üçün yenə də "narahat” fiqur kimi qalıb və nəhayət, onu sıradan çıxarmaq üçün 1981-ci ildən başlayaraq Krasnodarı hədəf seçib.
Birinci hədəfə düşən isə "Dəmir Bella” olub. 1982-ci ildə Gelencikdə xidmət edən dövlət təhlükəsizliyi əməkdaşlarına siqnal daxil olub ki, şəhər restoranlarının birində porno filmlər nümayiş olunur. DTK əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində fakt təsdiqini tapıb və restoranın rəhbərliyi həbs edilib. İstintaq zamanı direktor və inzibatçı bunu iaşə trestinin baş direktoru Borodkinanın təşəbbüsü və razılığı ilə etdiklərini söyləyiblər.
Bu hadisədən sonra Andropovun göstərişi ilə böyük bir qrup Moskvadan Krasnodar diyarına ezam olunub. Əvvəlcə ictimai iaşə obyektlərinin yoxlanılması başlanılıb. Bu, Brejnevin səhhətinin ağır olduğu,ömrünün son günlərini yaşadığı bir ərəfəyə təsadüf edib.
Medunov və diyarın digər şəhər partiya komitələrinin birinci katibləri vəzifələrindən azad olunublar, həbslər başlanıb, hətta intihar edənlər də olub. "Dəmir Bella” haqqında da həbs qətimkan tədbiri seçilib.
Borodkinanı həbs edəndə o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına "siz gəlib məndən üzr istəyəcəksiniz, qarşımda baş əyəcəksiniz” deyə onları hədələyib. Və o, elə düşünüb ki, süfrə açdığı, rüşvət verdiyi adamlar onu xilas edəcək. Amma heç kimdən səs çıxmayıb. Heç kim sərt Andropovla üz-üzə durmaq istəməyib.
Borodkinanın istintaqını Andropov şəxsən öz nəzarətinə götürüb və məhkəməyə qeyri-rəsmi göstərişini də verib: "Ən ağır cəza...”
Beləliklə, məhkəmə Gelencik olaylarının baş qəhrəmanını Andropovun təkidi ilə ən ağır cəzaya, güllələnməyə məhkum edib.
Məhkəmənin hökmü 1983-cü ilin avqustunda Novoçerkask həbsxanasında icra edilib.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Stalin hakimiyyəti illərindən sonra SSRİ-də ölüm hökmünə cəmisi 3 qadın məhkum edilib ki, onlardan biri də məhz "Dəmir Bella” adı ilə məşhurlaşan Berta Borodkina olub.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya