1920-dən sonra Azərbaycana rəhbərlik edən, yarısı güllələnmiş 14 şəxs
Region21 sentyabr 2019 10:54
Müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil olduqdan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 birinci katibi olub. Bu vəzifəni daşıyanlar faktiki olaraq respublikanın rəhbərləri sayılıblar. 14 birinci katibdən 5 nəfəri qeyri-azərbaycanlı olub. 5 nəfərdən ikisi isə erməni - Levon Mirzəyan və Ruben Rubenov.
Qonşu müttəfiq respublikalarla müqayisə etsək, sovet dövründə Ermənistanın Kommunist Partiyasına da 14 nəfər rəhbərlik edib, amma onların 14-ü də milliyətcə erməni olub.
Gürcüstan kommunistlərinin liderlərinin sayı isə 15 nəfərə çatıb və Gürcüstana da yalnız gürcülər rəhbərlik ediblər.
Azərbaycanın 14 birinci katibinin yarısı, 7 nəfəri güllələnib.
1921-1926-cı illərdə Azərbaycanın birinci katibi olan Sergey Kirov sonra Leninqrad vilayət Partiya Komitəsinə rəhbərlik edib. Kirov Leninqradda Smolnıda, kabinetinin qarşısından keçən dəhlizdə güllələnib. Boyun nahiyəsinin arxa hissəsinə dəyən güllə nəticəsində o, yerindəcə ölüb.
Sergey Kirovdan sonra Azərbaycanın birinci katibi olan Ruhulla Axundov bu vəzifədə bir ildən də az işləyib. Ruhulla Axundov həmçinin Mərkəzi Komitədə şöbə müdiri, Bakı Komitəsinin katibi, "Bakinski raboçi” və "Kommunist” qəzetlərinin redaktoru olub. Mircəfər Bağırov hakimiyyətə gələndən sonra ona qarşı düşmən mövqedə olmuş rəhbər işçilərə, o cümlədən Ruhulla Axundova qarşı gizli planlarını həyata keçirməyə başlayıb. 1937-ci il iyunun 8-də "Pravda” qəzetində "Düşmənin hiylələri” adlı məqalə dərc edilərək Ruhulla Axundova qarşı ağır ittihamlar irəli sürülüb. Ruhulla Axundov xalq düşməni kimi güllələnib. Sonradan 1956-ci ildə, Xruşovun hakimiyyəti dövründə ona bəraət verilib.
Azərbaycanın növbəti birinci katibi Levon Mirzəyan respublikaya 1926-1929-cu illərdə rəhbərlik edib. O, sonrakı siyasi fəaliyyətini Ural vilayət Partiya Komitəsində ikinci katib, daha sonra isə Qazaxstanın KP MK-nın birinci katibi kimi davam etdirib. Mərkəzi Komitənin 1937-ci ilin mart plenumunda İosif Stalin Mirzəyanın siyasi fəaliyyətinin yarıtmaz olduğunu qeyd edərək onu kəskin şəkildə tənqid edib. 23 may 1938-ci ildə şəxsən Stalinin göstərişi ilə Mirzəyan həbs olunub. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Levon Mirzəyan ən ağır cəzaya, güllələnməyə məhkum olunub. 26 fevral 1939-cu ildə hökm icra edilib.
Daha bir birinci katib Nikolay Qikalo Azərbaycana düz bir il, 1929-cu ilin avqust ayından 1930-cu ilin avqust ayına qədər rəhbərlik edib. O, bu təyinata qədər Özbəkistanın birinci katibi olub. Azərbaycandan sonra isə Qikalo Belarusiyanın və Xarkov vilayətinin birinci katibi vəzifələrində işləyib. 11 oktybar 1937-ci ildə Qikalo terrorçu qrupların yaradılmasında və casusluqda ittiham olunaraq həbs edilib. 25 aprel 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Nikolay Qikalo ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Elə həmin gün də hökm icra olunub.
Azərbaycanın 5-ci birinci katibi olan Vladimir Polonski 1930-1933-cü illərdə respublikaya rəhbərlik edib. Sonrakı siyasi fəaliyyətini Moskvada davam etdirən Polonski Ümumittifaq Həmkərlar İttifaqının katibi və SSRİ rabitə komissarının (nazirinin) müavini vəzifələrində çalışıb. Polonski 22 iyun 1937-ci ildə əksinqilabi hərəkatda və terror hadisələrinin hazırlanmasında ittiham olunaraq həbs edilib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Polonski haqqında da ən ağır hökmü çıxarıb. Vladimir Polonski 30 oktybar 1937-ci ildə güllələnib.
Ruben Rubenovun (Mkırtçyan) Azərbaycana rəhbərliyi 11 ay çəkib. O, 1933-cü ilin fevral ayından həmin ilin dekabr ayına qədər Azərbaycanın rəhbəri olub. Ruben Rubenov 15 sentyabr 1937-ci ildə trotskiçi fəaliyyətinə görə həbs edilib. Həmin ilin noyabrın 27-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası onun haqqında güllələnmə hökmü çıxarıb və həmin gün hökm icra edilib.
Azərbaycanın 6-cı birinci katibi Mircəfər Bağırov respublikaya 20 il (1933-1953-cü illər) rəhbərlik edib. Siyasi rəhbərlik dövrü kifayət qədər ziddiyyətli və mürəkkəb olan Mircəfər Bağırov 1955-ci ildə həbs edilərək, istintaqa cəlb olunub. Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə Mircəfər Bağırov ən ağır cəzaya, güllələnməyə məhkum edilib və rəsmi məlumata görə, hökm yerinə yetirilib. Qeyd edək ki, Mircəfər Bağırovun məhkəməsində 1953-1981-ci illərdə SSRİ-nin baş prokuroru olmuş Roman Rudenko dövlət ittihamçısı qismində iştirak edib.
Beləliklə, SSRİ-nin mövcud olduğu 70 il ərzində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 birinci katibindən 7-sinin taleyi acı sonluqla bitib.
Sonrakı birinci katiblər, Mir Teymur Yaqubov 1953-1954-cü illərdə, İmam Mustafayev 1954-1959-cu illərdə, Vəli Axundov 1959-1969-cu illərdə, Heydər Əliyev 1969-1982-ci illərdə, Kamran Bağırov 1982-1988-ci illərdə, Əbdürrəhman Vəzirov 1988-1990-cı illərdə, Ayaz Mütəllibov isə 1990-1991-ci illərdə sovet Azərbaycanına rəhbərlik ediblər.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya