Eldar Həsənovun qardaşı ölkədən qaçdı ..
Özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında bu işdə adı keçən əsas şəxslərdən biri olan Ələkbər Həsənovun və oğlunun məhkəməyə gəlmədiyi məlum olub. Onun barəsində ötən məhkəmə iclasında məcburi gətirilmə qərarı çıxarılmışdı. Lakin elan olunub ki, Ələkbər Həsənov ölkə xaricindədir.
Bu işdə adı dəfələrlə hallanan, "Nüfuzlu Həsənovlardandır", "Hörmətli Ələkbər müəllim" kimi təqdim edilən Ələkbər Həsənov kimdir?
Sayt Ələkbər Həsənovun kimliyi ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, Ələkbər Həsənov sabiq baş prokuror, hazırda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun qardaşıdır.
Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib.
Ələkbər Həsənov həbs edilən şəxslərdən Elxan Hümbətovun dayısıdır. Elə Ələkbər Həsənovun vasitəsi ilə baş həkim Mübariz Zeynalov Qusardan Sumqayıta baş həkim göndəriləcəkmiş. 125 min manat da məhz bunun üçün baş həkimdən alınıb.
Bu işdə ilginc məqamlardan biri də budur ki, zərərçəkmiş Mübariz Zeynalova pulu elə Ələkbər Həsənov qaytarıb. Bunu baş həkim Mübariz Zeynalov ötən məhkəmə iclaslarında etiraf etmişdi. Demişdi ki, Ələkbər Həsənovun adamı pulları ona qaytarıb. Amma konkret olaraq, ad çəkməmişdi.
Elxan Hümbətovun məhkəmə proseslərində iştirak edən qohumları bu işdə əsas günahkarın Ələkbər Həsənov olduğunu deyirlər. Onlar mütləq şəkildə Ələkbər Həsənovun məhkəmədə dindirilməsini tələb edirlər. Amma görünən budur ki, Ələkbər Həsənov ölkədən qaçıb.
Baş həkim Mübariz Zeynalov da artıq iki məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, zərərçəkmiş heç bir səbəb göstərmədən məhkəmənin çağırışına məhəl qoymur.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti iclasda prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Bu işdə mübahisəli məqam baş həkimdən pulun neçə alınmasıdır. Təqsirləndirilən şəxslər deyirlər ki, baş həkim Sumqayıta baş həkim getmək üçün bu qədər pul verib. Amma baş həkim Mübariz Zeynalov isə deyir ki, onu flaş kartla hədələyərək, bu qədər pul alıblar. Baş həkim deyib ki, həmin flaş kartda ailəsi və özü ilə bağlı videogörüntülərin, şəxsi məlumatların olduğu deyilib.
Xatırladaq ki, Rövşən Əliyev bir neçə gün əvvəl Bakıda həbs edilən "generallar"dan olub. Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov da general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib, təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək, insanları buna inandırmışdı.
Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək, aldadıb pullarını almışdı. Bundan sonra eyni əməllərlə vətəndaşları aldadan iki general da həbs edilmişdi.
Əldə etdiyimiz məlumata görə, "general Rövşən Əliyev" daha əvvəllər "Koroğlu" ləqəbi ilə tanınıb. O, daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb.
Xatırladaq ki, baş həkim necə aldadılmasını, başına gətirilən oyunları məhkəmədə danışıb. Həmin ifadəni bu linkdən oxuya bilərsiniz:
https://musavat.com/news/bakida-saxta-general-ve-polkovnikin-mudhis-plani-bas-hekimi-ele-bir-tora-saldilar-ki-ozel_641482.html
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur. Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışıblar. Baş həkim və digərlərinə dəymiş zərər ödənilib.
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ
22 mart 2024 14:39
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Nazarbayevin qardaşı oğlu 8 il müddətinə azadlıqdan məhrum edildi
21 mart 2024 11:44
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41