Kanadada yaşayan azərbaycanlı: "Bura gəlmək istəyənlər.."
Mədəniyyət3 noyabr 2019 18:33
Əzmlidir, yorulmadan çalışmağı bacarır. Onun üçün müvəffəqiyyət qazanmaq çox əhəmiyyətlidir. Hansı işə əl qoydusa çalışır ki, sonu uğurla nəticələnsin. Şən, mehriban, gülərüz, incə zövqlü xanımdır. Fikirlərini elə ifadə edir ki, maraqlı olduğundan həmsöhbəti heyran qalır...
Haqqında söhbət açdığım Naznaz Sadıqova Bakıda dünyaya gəlib, bu şəhərdə böyüyüb başa çatıb. 1984-cü ildə 138 nömrəli orta məktəbi bitirib. Sonra modalar atelesində işə başlayıb. Əvvəlcə adi dərzi olub, sonradan şəxsi atelesini yaradaraq, şəhərin ən yaxşı modelyerlərindən biri kimi nüfuz qazanıb. Müxtəlif moda yarışlarında yer tutub, mükafata layiq görülüb. 1994-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universittində ingilis dilinin filologiyası fakultəsində ali təhsil alıb. Və bir gün əslən Cənubi Azərbaycandan olan soydaşımız Yusiflə ailə qurduqdan sonra Kanadaya köçüb...
Deyir ki,- "Uzun illərdir ki, Yusiflə evliyik. Söyləsəm, inanmayacaqsız. Biz hələ də bir-birimizə "siz” deyə müraciət edirik. Bizi tanıyanlar bunun səbəbini soruşsalar da, cavab verməyə çətinlik çəkirik...”
2006-cı ildən Kanadanın Toronto şəhərində məskunlaşan Naznaz xanım əvvəlcə övladlarının tərbiyyəsi ilə məşğul olub. Bir müddət uşaq bağçası müəllimi ixtisasına yiyələnmək üçün kurslara gedib. 2009-cu ildə "Chanel” şirkətində modelyer kimi işə başlayıb. 2017-ci ilədək orada şöbə meneceri vəzifəsinədək yüksələ bilib. Bir neçə ildir ki, Torontonun "Moda həftəsi müsabiqəsi”nə məşhur modelyerlərlə birlikdə kolleksiyalar hazırlayır...
...Ömür-gün yoldaşı Yusif Savalan məşhur Azərbaycan şairi Məhəmməd Hadinin şəcərəsindəndir. Əslən Şamaxıdan olsa da Təbrizdə anadan olub. Torontoda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin "Kişi salonu”na rəhbərlik edir. Bundan əlavə o, 2009-cu ildə "Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə Azərbaycan naminə müxtəlif tədbirlər həyata keçirir. Eyni zmanda müğənni kimi də fəaliyyət göstərir. Milli musiqimizi əcnəbilər arasında layiqincə təbliğ edir.
İki övladı var. Qızı Dəniz 14, oğlu Ayaz isə 13 yaşındadırlar. Hər ikisi də ana dili ilə yanaşı ingilis, fransız dillərində sərbəst danışmağı bacarır...
Naznaz xanım Azərbaycan aşiqidir. Kanadada vətənimizlə bağlı keçirilən elə bir tədbir olmayıb ki, orada fəal iştirak etməsin. Bu günlərdə həyat yoldaşının rəhbərlik etdiyi "Kanadada Azərbaycan İncəsənət Mərkəzi”nin təşkil etdiyi Nəsiminin 650 illik yubileyinə həsr olunan "Əbədiyyət üfüqlərində doğan eşq günəşi" adlı tədbirin də əsas təşkilatçılarından biri o, olub...
Mütaliəni xoşlayır, Kanada mətbuatını mütamadi izləyir. Ədəbiyyat vurğunudur. Demək olar ki, Musa Yaqub, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub və Nüsrət Kəsəmənlinin əksər şeirlərini əzbər bilir. Mətbəxdə çalışmaqdan, Azərbaycanın milli təamlarını hazırlamaqdan zövq alır...
Deyir ki,- "Kanadaya gəlmək istəyən soydaşlarımız əgər dolanışıq xətrinə gəlmək istəyirlərsə unutmasınlar ki, burada da nöqsanlar yetərincədir. Burada rüşvət də var, tanışlıqla iş görmək də. Buranın da öz yoxsulları, evsiz-eşiksizləri var. Kanadaya gəlmək istəyən hər bir soydaşımızın qarşısında yeganə məqsəd- əzmlə çalışmaq, yerli əhaliyə qaynayıb-qarışmaq- olmalıdır”...
Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth edən bu xanımın ən böyük arzusu isə "Kanadada Azərbaycan Mədəniyyət Evi”nin tezliklə istifadəyə verilməsidir...
Elman Eldaroğlu
Oxşar xəbərlər
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya