“KUKLAOYNADANLARDAN QURTULMUŞUQ...”
“MSK buraxılsın, Seçki Məcəlləsinə yenidən baxılsın...”
Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov, nə qədər qəribə səslənsə də, özünün “feysbuk” səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə dair “yol xəritəsilə” çıxış edib.
“AzPolitika.info” xəbər verir ki, kifayət qədər böyük həcmli yazıda F.Əhmədov əvvəlcə Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların “cib deputatları” ilə yanaşı təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı: “Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin “cib deputatları” vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi “kuklaoynadanlardan” qurtulmuşuq...”
Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.
Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır...”
Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.
Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkilə bağlı “mütləq atılmalı olan” addımları sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var: “Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən formalaşdırmaq, bu orqanın rəhbərliyinə yeni nəslə aid idarəçi gətirmək; rayon seçki komissiyalarını yenidən formalaşdırmaq; seçki haqqında qanuna yenidən baxmaq; seçkini proporsional sistem üzrə keçirmək...”
Hətta milyarder bir qədər də uzağa gedərək hakim YAP-ı SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu bildirir: “YAP-ın aparatını yenidən formalaşdırmaq, Kommunist Partiyasının kollektiv üzvlük modelindən, artıq kadr yükündən, cəmiyyətlə işdə formal-plakat üslubundan uzaqlaşmaq... Partiyanın orientasiyasını parlamentdə mütləq yox, adi çoxluğu təmin etməyə yönəltmək”(!?).
Daha sonra F.Əhmədov xaricdə yaşayan diaspora üzvlərinin lobbiçilik imkanlarından və təcrübələrindən yararlanmağın vacib olduğunu və bu şəxslərin prosesə qatılması üçün vətəndaşlıq haqqında qanuna və Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin vacibliyini önə çəkir. Belə qənaətə gəlmək olur ki, bütün bu “yol xəritəsinin” əsas qayəsi də məhz elə bu müddəanın üzərində formalaşır...
Milyarderin paylaşdığı “yol xəritəsinin” nəticə hissəsində isə bildirilir ki, növbədənkənar seçkilər şəffaf şəkildə keçirilməli və saxtakarlığa yol verilməməlidir: “Bu kontekstdə konstruktiv müxalifətin seçkiyə və qanunverici hakimiyyətin sonrakı fəaliyyətinə cəlb edilməsi onun strateji islahatların mexanizminə inteqrasiyasını təmin edə bilər.”
İndiyə kimi Azərbaycanda elə bir ciddi siyasi aktivliyi ilə seçilməyən Fərhad Əhmədovun birdən-birə olduqca geniş və əhatəli, siyasi cəhətdən kifayət qədər yetkin şəkildə hazırlanan sənədlə çıxış etməsi ən azı təəccüb doğurur.
Bu “yol xəritəsindəki” bir çox müddəalar isə milyarderin şəxsən özünün, yaxud onun dəstəkləyəcəyi qüvvənin yeni parlamentdə təmsil olunması istəyinə dair rəy yaradır. Bunu konstruktiv müxalifətin yaranmasının vacibliyi və xaricdəki diaspor nümayəndələrinin gələcək parlamentdə təmsilçiliyinin təmin olunması üçün qanunvericiliyə dəyişikliklər edilməsinin zəruriliyinə aid müddəalar açıq şəkildə ortaya qoyur.
Nəinki müxalifəti, hakimiyyəti də açıq şəkildə hədəfə alması, tənqid etməsi və özünün doğru hesab etdiyi çıxış yollarını göstərməsi isə milyarderin niyyətinin kifayət qədər ciddi olmasından xəbər verir...
- Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə - Reaksiyalar
13 dekabr 2019 09:45
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15