Vüsal Kərimli, istefa verin, lütfən! – Jurnalist yazır
BNA-nın bəzi işçilərindən yaxşı fotoqraf çıxar
“Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən razısınızmı” sualı mənə ünvanlansa, bir vətəndaş olaraq fikirləşmədən “YOX” cavabını verərəm. Çünki paytaxtda nəqliyyatla bağlı yaşanan xaos davam edir. İnanmırsınızsa, günün pik saatlarında metronun “Koroğlu” stansiyasının, Babək prospektində “Babək” plazanın, “Gənclik Mall”ın qarşısına, 28 may metrostansiyasının ətrafına, 20 yanvar metrostansiyasının yanına bir baş çəkin. O zaman nələrin yaşandığını öz gözlərinizlə görəcəksiniz. Əgər vaxtınız yoxdursa, mən sizə qısa məlumat verim. Deməli, qeyd etdiyim ünvanlarda heç bir mübaliğə olmadan demək olar ki, nəqliyyatla bağlı anarxiya hökm sürür. Kobud səslənsə də deyəcəm, it yiyəsini belə tanımır. Avtobuslar taksilərə, taksilər evinə tələsən sürücülərə, piyadalara qarışır. Hələ 1 manatlıq taksiləri demirəm… Bu zamansa nələrin yaşandığını təsəvvür etmək olmur. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil yemək hazırlamaq istəyirsiniz, əlinizin altında da istənilən tərəvəzlər, meyvələr, qidalar var. Bu zaman hamısını doğrayıb qazana doldurursunuz, hələ bir qatıq, mayonez də əlavə edirsiniz. Nəticədə ürəkbulandıran bir mənzərə ortaya çıxmış olur. Iştahası olan, acından ölən belə bu yeməkdən vaz keçir. Bəlkə də bənzətmə yersiz oldu. Amma Bakı küçələrindəki mənzərə də ürək bulandırır. Bakı Nəqliyyat Agentliyi (BNA) isə ancaq foto çəkir. Vüsal Kərimli (BNA-nın direktoru) əgər bu xaosun qarşısını ala bilmirsinizsə, çox xahiş edirəm, kiminsə haqqına girməyin. Istefa verin vəzifənizdən, qoy bu işi bilən gəlib, bizi düz yola çıxarsın.
Sizin bəzi işçilərinizdən yaxşı fotoqraf olar. Onları hansısa redaksiyalara yerləşdirib şəhərimizin, küçələrimizin, o cümlədən sürücülərin həyatından yaxşı fotosessiyalar etdirə bilərsiniz. Inandırım sizi ki, bir çox sinəsinə döyən fotoqraflardan yaxşı məhsul ortaya çırxararlar. Baxma, yarandığı gündən bu vaxta kimi sürücülərin fotolarını çəkməklə müəyyən təcrübə əldə ediblər. Amma belə olmamalı idi. Nizamnamənizdə göstərildiyi kimi agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək olmalı idi. Təəssüf, çox təəssüf ki, bəzi işçiləriniz nizamnamənin “N” hərfini belə sanki oxumayıblar. Yol polisi olmasaydı, Bakımızın küçələri bundan da bərbad olardı. Yaxşı ki, YPX əməkdaşları BNA işçilərindən fərqli olaraq soyuq, yağış, qar, isti bilmədən hər zaman qanunun keşiyindədilər və yollarımızda hərəkətin müntəzəmliyini təmin edirlər. Əgər bu işləri ancaq DYP əməkdaşları həyata keçirəcəkdisə, o zaman Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti nəyə lazım idi.
Cənab Vüsal Kərimli, xəbəriniz varmı ki, insanlar səhərlər işə, axşamlar evinə gedib çıxmaq üçün necə mücadilə aparırlar? Bakı kəndlərinə, qəsəbələrinə işləyən avtobusların yoxluğundan xəbəriniz varmı, Vüsal Kərimli? Hər səhər şagirdlər yollarda min bir əziyyət çəkir. Avtobusların qapısından sallanaraq gedən kim, sığlıqdan halı pisləşən kim… Təbii ki, bu zaman baş verən xoşagəlməz hadisəyə görə siz sorğu-sual edilməyəcəksiniz. Amma bunun günahı sizindir. Şəhərin mərkəzində bəzi marşrut xətləri üzrə hərəkət edən avtobusların yenilənməsi ilə deməyin ki, işimiz bitib. Kənar qəsəbələrdə hələ də “Alabaş” avtobuslar, 14 nəfər tutan “Qazel”lər sərnişin daşıyır. Çünki sizin rəhbəri olduğunuz BNA qəsəbə, kənd sakinlərini unudub. Bu yerlərə axşam saat 21-dən sonra sınıq-salxaq avtobus belə tapa bilmirlər. Bu zaman bilirsən neynirlər? 1-2 manatlıq taksilərə üz tuturlar. Bu insanların gəliri, dolanışığı yüksək olsaydı, heç zaman yollarda avtobus, taksi gözləməzdilər və şəxsi avtomobillərindən istifadə edərdilər. Belə olduğu halda avtobusu da onlara çox görürsünüz. Həll edin bu məsələni, insanların heysiyyatı ilə bu qədər oynamaq olmaz. Əminəm ki, bu narazılıqla bağlı ölkə rəhbərliyinə məruzə etsəniz, dərhal problem öz həllini tapar. Nəyisə malalamaqla problemin həllinə nail olmaq mümkün deyil, biləsiniz. Malalamaqdansa, İSTEFA verin. Bilək ki, işinizi yarıtmadınız.
Ülvin Məhəmməd
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...
23 mart 2024 17:53
- SON DƏQİQƏ! Moskvada ölənlərin sayı 40-a çatdı - 100-dən çox insan isə...
22 mart 2024 22:45
- 10 il Respublika prokuroru olmuş Abbas Zamanovun 100 yaşı olur - Təbriklər cənab general
22 mart 2024 19:02
- Samir Adıgözəllini vəhşicəsinə döydülər
22 mart 2024 17:10
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05