87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq – Namizəd Ayaz Qocamanov etiraz edir
Bu gün, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Ayaz İlyas oglu Qocamanov Azərbaycan Nəşriyyatında seçki zamanı baş vermiş ciddi saxtakarlıqlarla əlaqədar mətbuat konfransı keçirib. Konfransa giriş nitqiylə başlayan Ayaz Qocamanov bildirib ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa gənc namizəd kimi qatılıb:“Bizldiyimiz kimi, ölkədə bütün sahələrdə ciddi islahatların həyata keçirildiyini görürük.
9 fevral növbədənkənar seçkiləri də bu islahatların tərkib hissəsidir. mBu islahatlara, xalqın və Prezidentin ortaya qoyduğu siyasi iradəyə dəstək məqsədilə seçkilərə bir gənc iqtisadçı, mütəxəsis olaraq qatıldım. Namizədliyimin qeydə alınması, təbliğat-təşviqat mərhələsində heç bir maneə ilə rastlaşmadım.
Böyük bir komanda ilə heç bir qanunları, seçki məcəlləsinin heç bir bəndinin tələblərini pozmadan təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirtdik. Amma çox təəssüflər olsun ki, səsvermə günü ilə bağlı bunu deyə bilməyəcəm. Yenə təəssüflə deyirəm ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildi. Bildirim ki, seçkini bütün məntəqələrdə 7 vəkilim və 63 müşahidəçim izləyirdi.
Çalışırdıq ki, məntəqə sədrlərinə, onların sərbəst fəaliyyətinə də qətiyyən mane olmayaq. Bir sözlə bizim komandamız səsvermə günü seçki məcəlləsinin bütün maddələri üzrə hərəkət edirdi. 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var – Namizəd Ayaz Qocamanov etiraz edir Lakin seçki başlayan ilk dəqiqələrdən müşahidəçilərim ciddi problemlərlə bağlı məlumatlar verir, bu barədə DSK sədri Azad Dursunəliyev mütəmadi məlumatlandırılırdı”.
Namizəd qeyd edib ki, Müşahidəçiləri və vəkilləri rayon icra nümayəndələrinin, idarə müdirlərinin, MnSK sədrlərinin ciddi təzyiqləri ilə üzləşib: ” Əsasən “karusel”, yəni eyni adamların şəhər məntəqələrinə avtomobillərlə daşınıb təkrar səsvermənin peşəkarlıqla təşkili, səyyar qutularla kütləvi saxtakarlıq, məntəqə sədrlərinin və üzvlərinin topa bülletenləri qutulara atması, səs sayma zamanı heç bir müşahidəçi və vəkillərimin yaxına buraxılmamsı, bilərəkdən səssaymanın MSK-nın kamerası qarşısından uzaqlaşdırılması və sairə hallar bütün məntəqələrdə baş verirdi. Mən hesab edirəm ki, seçkinin qeyri şəffaf şəraitdə keçirilməsi, DSK sədri və rayon rəhbərliyinin bu addımı dövlətin apardığı islahatlar prosessinə müsbət rəy yaratmır.
Həmçinin burdan bildirmək istəyirəm ki, 9 fevral tarixində, axşam saatlarında mənə etimad göstərib səs verən minlərlə şəhər və kənd sakinləri kütləvi şəkildə Tahir Kərimli ilə bağlı DSK-nın MSK-ya göndərdiyi ilkin nəticələrə etiraz olaraq qərargaha toplaşdılar. Bu nəticələrə öz etirazını bildirdilər. Əlavə problemlərin yaranmaması üçün insanları sakitləşdirdim və haqqımı qanuni yollarla tələb edəcəyimə söz verdim. Bu insanlar kütləvi şəkildə mənə səs veriblər. İnsanlar səslərinin qorunmasını, haqqlarının tapdanmaması üçün məndən kömək istəyirlər. Mən isə qətiyyən xaosun yaranmasına imkan vermərəm, dövlətimizin nifuzunun aşağılanmasına şərait yaratmaram”.
Ayaz Qocamanov bildirib ki, artıq qanunların imkan verdiyi qaydada müraciətlərimi etmişəm: “Azərbaycan Prezidenti İlham Əliyevə, MSK sədri Məzahir Pənahova, Baş prokuror Zakir Qaralova rəsmi müraciət etmişəm və videogörüntüləri təqdim etmişəm. İnanıram ki, yaxın günlərdə müraciətlərimə baxılacaq, günahkarlar cəzalandırılacaq. Gənc namizəd olaraq 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində digər namizədlərdən, əsasən də Tahir Kərimlidən daha çox səs faizi ilə qalib mən olmuşam. Bunu əlimizdə olan materiallar tam olaraq təsdiqləyir.
Mən, bu seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar prosessinə dəstək vermək üçün qoşulmuşam. Ölkəmizin bütün uğurlarını dəstəkləyirəm, bu həmişə də belə olaraq qalacaq. İnanıram ki, şikayətim araşdırılacaq, günahkarlar cəzalandırılacaq və 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin ilkin nəticələri ilə bağlı lazımı qərar veriləcək. Bir daha bildirirəm ki, bu faktların araşdırılacağına, aidiyyatı qurumların bu şəxslər barədə ciddi ölçü götürəcəyinə inanıram”.
Tədbir zamanı video-faktlar media nümayəndələrinə nümayış olunub.
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10