Şirəliyevin qızı:"Atama Allah vergi verib"
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyevanın APA-ya müsahibəsi
- Nərmin xanım, Sizin haqqınızda Azərbaycan oxucusunda məlumat çox azdır. Azərbaycanın Səhiyyə nazirinin qızı olduğunuz və vaxtı ilə Moskva vilayətinin Mədəniyyət naziri, indi isə Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri olduğunuz məlumdur. Özünüz haqqınızda məlumat verməyinizi istərdim. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu (MQİMO) bitirdiyinizi və uzun müddət "Kultura" kanalında çalışdığınızı bilirik...
- Mən, MQİMO-nin beynəlxalq jurnalistika fakültəsini bitirmişəm. Hələ tələbəlik illərində "Kultura" qəzetində aktiv işləyib, digər nəşrlərdə də çap olunmuşam, TASS agentliyində təcrübə keçmişəm. İnstitutu bitirəndən sonra bir il "Kultura" qəzetində beynəlxalq şərhçi işləmişəm. 1997-ci ildə Rusiyanın görkəmli rejissoru Yevgeni Ginzburqla ailə həyatı qurmuşam. Elə həmin il "Kultura" kanalı yaradılıb və onun ilk rəhbəri o zaman beynəlxalq məzmunla dolu mədəniyyət sahəsində parlaq, ağıllı jurnalistikanı təcəssüm etdirən bir insan - Mixail Şvıdkoy olub. Gənc telekanalın komandasında mən də yer aldım. Bu, çox maraqlı idi. Televiziya gəncliyimin son dərəcə xoşbəxt bir vaxt olduğunu söyləyə bilərəm: bənzərsiz insanlarla görüşlər, bütün dünya üzrə maraqlı ezamiyyətlər, ilk studiya verilişlərim. "Xudsovet" proqramı ortaya çıxdı, studiyada müsahibə, proqramı həmkarlarımla birlikdə aparırdım. Lakin fikrimcə, reportyor işi gənclər üçündür. 40 yaşa yaxın başqa hansısa formata - müəllif, analitik jurnalistika, ya idarəçilik, ya da inzibati işə keçmək tələbatı yaranır. Bir qayda olaraq, bu, televiziyada çox fəal işləyən insanlarda olur. Mən, tədricən Moskva vilayətinin İctimai Palatasında işləməklə qubernator Andrey Vorobyovun komandasına qoşuldum və regional hökumətdə fəaliyyətimin yeni, heç də az maraqlı olmayan bir dövrü başladı.
- Jurnalistika sənətini özünüz seçmisiniz, yoxsa valideynləriniz istiqamət verib?
- Mənim humanitar elmlər sahəsində bacarığımın olduğu məlum idi. Məktəb vaxtı ən çox sevdiyim fənn ingilis dili olub. Dili asan qavramışdım, Avropa ədəbiyyatını həvəslə oxuyurdum. Tarix, dillər, ictimai elmlər-bütün bunlar mənim maraq dairəm idi. Yeri gəlmişkən, Bakıda 27 nömrəli ingilis dili təmayüllü məktəbi bitirmişəm. Əlbəttə ki, repetitorlarla məşğul olmuşam, lakin təhsil bazam mükəmməl olub. MQİMO-ya qəbul olunmaq ideyası olduqca məntiqli, jurnalistika fakültəsi isə yaradıcılıq sahəsindəki istəklərimə ən uyğunu idi. Paralel olaraq Bakıda Xarici Dillər İnstitutuna da imtahan verdim. Lakin MQİMO-ya beş imtahandan 24 bal toplayanda, qərar artıq qəbul olunmuşdu. 16 yaşımda MQİMO-ya qəbul olub, Moskvaya köçdüm. İndi 45 yaşım var. Artıq 30 ildir, Rusiyada yaşayıb, fəaliyyət göstərirəm.
- Bugünkü Azərbaycan jurnalistikası ilə tanışsızmı? Müasir Rusiya jurnalistikası ilə müqayisədə nə deyə bilərsiniz?
- Azərbaycan jurnalistikası ilə yaxşı tanış olduğumu deyə bilmərəm, axı, mən Rusiyada yaşayıram, işləyirəm. Bununla belə, mənə elə gəlir ki, hamının problemləri eynidir: jurnalistikanın ümumi səviyyəsi düşüb, çoxlu sarılıq, səriştəsizlik, yoxlanılmamış faktlar, açıq yalanlar. Artıq bir neçə ildir ki, MQİMO-nun professoruyam, öz jurnalistika fakültəmdə dərs deyirəm və çox çalışıram ki, övladlarım - tələbələri başqa cür adlandıra bilmirəm, onları bu şəkildə qəbul edirəm, oğlumla eyni yaşadırlar - seçdikləri peşəyə ciddi və məsuliyyətlə yanaşsınlar. Mənim bu gün boş dedi-qodulara, qeybətlərə, mənasız söhbətlərə xərclənən resurslara-virtual saatlara və ya adi kağızlara heyfim gəlir. Jurnalistika öz maarifçilik funksiyasını itirir. Bu, çox qorxuludur.
- Siz Rusiyanın media məkanında çalışmış, barmaqla sayılacaq azərbaycanlı jurnalistlərdən birisiniz. Niyə Rusiya mediasında fəaliyyətinizi davam etdirmədiniz? Nəzərə alaq ki, Azərbaycana düşmən olan ölkənin, Ermənistanın nümayəndələri Rusiyanın media sahəsini, belə desək, zəbt ediblər.
- Bu sual çox sadəlövh səslənir, eləcə də cavab verəcəyəm. Bilmirəm, orada kim nəyi zəbt edib, - ümumiyyətlə, “sui-qəsd nəzəriyyəsi”nin tərəfdarı deyiləm, - bu gün "şəxsi heç nə, sadəcə biznes" əsas qanundur, yaxşı satılan qazanır. “Yerlibazlıq” prinsipi peşəkar mühitdə işləmir. Heç işləmir. Ən azı 25 illik professional həyatım boyu bir dəfə də olsun kiminsə nəyisə istisnasız olaraq əslən haradan olmasına və ya mənşəyinə görə aldığını görməmişəm. Düzünü deyim, mən özüm də həyatımda bir çobanyastığı çiçəyini belə hədiyyə almamışam. Əlbəttə ki, bunu obrazlı şəkildə deyirəm. Taleyimdəki bütün çobanyastığı, qızılgül və səhlab çiçəyi işimə göstərdiyim zəhmətkeş, ciddi və vicdanlı münasibətlə qazanılıb. İndi yadıma salmaq istəyirəm ki, bu barədə nəsə bu cür bir şeyi xatırlayım, alınmır, çünki yoxdur. Bizim bir televiziya layihəmiz vardı. Bu barədə Sergey Bezrukovla (Rusiyanın Xalq artisti - red.) zarafatlaşırdıq ki, layihə ilə bağlı Timur Vanşteynə (Rusiyanın NTV kanalının baş prodüseri) deyək, axı o, bakılıdır, mənimlə dialoqa gedəcək. Bildiyim qədər Sergey onunla danışıb və bu məsələ heç nə ilə bitib, görüş baş tutmayıb. Sualınızın məntiqinə görə, bu ona görə baş tutmayıb ki, NTV Keosayanın (Tiqran Keosayan - milliyyətcə erməni, rusiyalı kinorejissor - red.) ərazisidir? Əlbəttə ki, yox. Bütün bunlar çox ciddi biznesdir. Rusiyada yaşayan və işləyənlərin heç biri öz professional qərarlarını digər ölkənin, hətta doğulduğu doğma ölkəsinin siyasi reallıqları ilə əlaqələndirmir. Buna, sadəcə olaraq, heç kəs imkan verməz, həmin adam dərhal işini itirər.
- Azərbaycanla əlaqələriniz barədə soruşmaq istəyərdim. Tez-tez olursunuzmu vətəndə?
- İstədiyimdən daha az oluram. İş çoxdur. İlin sonuna yaxın aydın olur ki, məzuniyyət günlərimin heç yarısını belə istifadə etmirəm. İmkan düşəndə hansısa tədbirə hər zaman məmnuniyyətlə gedirəm. Lakin bu heç də tez-tez olmur. Sonuncu dəfə Azərbaycanda bu qış olmuşam. Həmkarlarıma təşəkkürümü bildirirəm ki, məni Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. İşləmək çox maraqlı idi - seçki proseduru hüquqi və medianın təminatı, təşkili və beynəlxalq proses baxımından qüsursuz idi. Şadam ki, indi oğlum Bakıda tez-tez olur, şəhəri sevir, ailəmizlə danışmağa can atır. Belə ki, ötən yay o, tələbə tətilinin bir hissəsini mənsiz Bakıda keçirib, oradan çox xoşbəxt, günəşlə, dənizlə və isti ilə dolu qayıdıb.
- Rusiyadakı Azərbaycan diasporu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, necə hesab edirsiniz, azərbaycanlıların Rusiya cəmiyyətində mövqeyi necədir? Bu mövqe Sizi qane edirmi?
- Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun Rusiyadakı Azərbaycan diasporunun müsbət imicini formalaşdırmaq üçün gördüyü işlərin miqyasını qiymətləndirmək çətindir. O, bir şəxsiyyət olaraq fikrimcə, Rusiyada yaşayan azərbaycanlının ideal simasını təcəssüm etdirir: qüsursuz, alicənab, təhsilli, cazibədar, xarizmatik, yaşlı insanlara hörmət olunan ənənəvi dəyərlər sistemində yaşayan, qadınlara diqqət göstərən, uşaqları sevən. Mənə elə gəlir ki, məhz bunlar - sağlam konservatizm, həyat eşqi, xeyirxah ünsiyyət, qonaqpərvərlik hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının nümayəndələrinə xas olan müsbət cəhətlərdir. Məncə, bu gün Azərbaycanın nadir mədəni irsi digər mədəniyyətlərlə qarşılıqlı təsir sayəsində nə qədər çox mövqe tutarsa, humanitar sahədə bir o qədər əhəmiyyətli birgə layihələr ortaya çıxacaq, üstəlik ölkənin dünyada imici qalib olacaq. Ümumiyyətlə, mədəni əlaqələr mənim sevimli mövzumdur, təkcə ona görə yox ki, mən bu barədə MQİMO-da dissertasiya müdafiə eləmişəm. Səmimi qəlbdən əminəm ki, bir ölkənin yüksək mədəniyyətə sahib olması ilə qazandığı dividentlər iqtisadi cəhətdən daha çox qazanc gətirir. XX əsrin əvvəllərində Rusiyada da belə idi - "Russkie sezonı" brendi hələ də satılır. Mənə elə gəlir ki, müasir Azərbaycanın bu mənada fantastik potensialı var.
- Nəhayət, Azərbaycan oxucusunu ən çox maraqlandıran suallardan birini vermək istəyirəm. Təbii ki, bu sual atanızla bağlıdır. Oqtay müəllim uzun müddətdir ki, Azərbaycan səhiyyəsinə rəhbərlik edir. Baxmayaraq ki, Oqtay müəllimin qızı jurnalistdir, lakin o, mediaya açıq adam deyil. Ölkə ictimaiyyətində Oqtay müəllimin ünvanlına tənqidlər olur, lakin bu tənqidlər cavabsız qalır. Bununla bağlı Sizin fikirlərinizi bilmək çox maraqlı olardı.
- Birmənalı cavab vermək istərdim: Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə. Bu sözləri olduqca sakit söyləyirəm, qızı kimi deyil, obyektiv gerçəkliyi görməyi bacaran bir yetkin peşəkar insan kimi... Qızı kimi isə onun haqqında ancaq sonsuz sevgimdən danışa bilərəm. Media haqqında isə şəxsi müşahidəmi əlavə edə bilərəm. Bu müşahidə mədəniyyət sahəsindəndir, hansı ki, medianı özündə ehtiva edir. Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir. Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar.
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05