"Koronavirusdan qorunmaq üçün ər-arvad bir otaqda yatmamalıdır" - Azərbaycanlı alim
Koronavirus pandemiyası ilə əlaqədar hamımızın beynində müxtəlif suallar yaranır. Xəstəlik kimi bu bəlanın virusdan yayıldığını nəzərə alsaq, pandemiya ilə bağlı qaranlıq məqamlara daha dolğun cavabları virusun xarakteristikasına bələd olan biri daha dolğun cavab verə bilər.
Sualları Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü, "Rekonbinant vaksin və teropevtik zülalların sintezi üçün TUBİTAK” və Beynəlxalq Qrant Agentliyi tərəfindən 5 böyük layihənin rəhbəri olan Tərlan Məmmədov cavablayıb:
- Tərlan bəy, ilkin olaraq Türkiyədə ümumi vəziyyəti təsvir etmənizi istərdim.
- Digər ölkələrlə müqayisədə Türkiyədə mövcud durum hələ ki, yaxşıdır. İtaliya və İspaniyaya baxanda burda vaxtında təyyarə reysləri ləğv edildi və karantin elan olundu. Düşünmürəm ki, vəziyyət bundan sonra ciddi xarakter alsın. Artıq maksimum həddə çatdıqdan sonra durum stabilləşməyə, xəstələrin sayı azalmağa başlayacaq.
- Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yalnız xəstə insanlar maskadan istifadə etsin. Sağlam insanların isə buna ehtiyacı yoxdur. Mütəxəssis kimi sizin fikirlərinizi almaq maraqlı olardı. Yəni doğurdan da maska insanı virusdan qorumur?
- Maskadan müəyyən xəstəliyi olan insanlar istifadə etsə daha yaxşı olar. Çünki immun sistemi zəif olan belə insanlar və yaşlılar üçün xəstəlik risklidir. Xüsusilə də ağciyər xəstəliyi olan insanlar koronavirusa yoluxanda bu xəstəliyi çox ağır keçirir, onlar mütləq maskadan istifadə etməlidir. Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir.
- Virus Türkiyədə yayılmağa başlayanda insanlar xəstəliyə önəm vermirdilər. Deyirdilər ki, “Bizdə türk geni var, bizə heç nə olmaz”. Amma görünən odur ki, bu fikirlər əsassız çıxdı. Ümumiyyətlə, xəstəliyin inkişaf dinamikasında gen faktoru nə dərəcədə önəm daşıyır?
- Bu kimi fikirlər mənasız və ara söhbətlərdir. Təhsili və düşüncəsi geniş olan insanlar belə bir məntiqlə çıxış edə bilməzlər. Koronavirusun bundan əvvəl yayılan viruslardan ciddi fərqləri var. Bu virusun insanlara birləşməsinin mexanizmi eynidir. Virusun üzərində barmaqcıq var. Məhz bu barmaqcıq vasitəsilə o insanın ağciyərinə birləşir. Yəni virusun yayılması yaxud inkişafının türk, alman ya da italiyan geni üçün fərqi yoxdur. Əsas məsələ indi odur ki, hansı ölkə virusa qarşı necə mübarizə aparır. İtaliya ən güclü tibbi olan ölkədir. Amma görürsünüz ki, diqqətsizlik səbəbindən hazırda İtaliya tibbi də yoluxmanın qarşısını ala bilmir. Amma statistikaya baxanda görürük ki, ABŞ-da və digər Avropa ölkələrində yaşlıların immun sistemi türklərə nisbətdə daha güclüdür. Çünki digər ölkələrdə xəstəlik səbəbi ilə yaşlılar daha az ölür nəinki, Türkiyədə.
- Xəstəliyin geniş miqyasda yayılmaması üçün nə etmək lazımdır?
- Xəstəliyin geniş yayılmasında əsas səbəb insanların karantin rejiminə əməl etməməsidir. Buna görə də qaydalar daha da sərtləşdirilməli, cərimələr tətbiq olunmalıdır. Bu dəqiqə səhiyyə naziri də deyir ki, ər arvad evdən çıxırsa onlar yaxın olmamalı, evdə bir otaqda yatmamalıdırlar. Yəni xəstəlikdən qurtulmağın hazırda tək yolu var, o da təması qorumaqdır. Əgər biz təması azaltmasaq xəstəliyin qarşısını almaq mümkün olmayacaq. 2012-ci ildə SARS xəstəliyi də geniş yayılmışdı və təkcə Türkiyədə 700-ə yaxın insan öldü. Xəstəlik sonra birdən zəifləyib yoxa çıxdı. Bunun da səbəbi virusun bədəndə yeni mutasiyalara uğraması idi. Və o yeni mutasiyalar insanların bədənini tanıya bilmədi. Ümid edək ki, koronavirusun da belə mutasiyaları əmələ gələcək və zamanla xəstəlik sonlanacaq.
- Virusun tam bişməmiş yarasadan insana keçdiyi iddia olunur. Amma bəşər boyu çinlilər yarasa və bu kimi digər heyvanlarla qidalanıblar. Yəni niyə virus indi yayıldı və belə geniş miqyasda fəlakətə səbəb oldu? Koronavirusu bioloji silah hesab edənlər də az deyil…
- Virus canlı orqanizm deyil, sadəcə olaraq heyvan bədənində formalaşır. Həmin formalaşan virusun da müxtəlif mutasiyaları olur. Mutasiyaların hamısı insan orqanizmini tanıya bilmir. Yəni yarasada müxtəlif viruslar həmişə olub, sadəcə öz-özünə yaranan bu mutasiyanın digərlərindən fərqi insan bədənini tanımasıdır. Ola bilsin ki, zamanla bu növ də artıq insan resptorlarını tanımayacaq və beləliklə, bəladan xilas olacağıq. Onu da deyim ki, zamanla Ərəbistanda dəvədən də bu virusun başqa forması yayılmışdı.
- Artıq xərçəngə də əlac edən dünya səhiyyəsi var. Bəs, sizcə nə üçün koronavirusu tamamilə məhv edə biləcək vaksin tapmaq olmur? Yəni koronavirus xərçəngdən də təhlükəlidir?
- Virusa qarşı insanda anticisim yarada biləcək vaksin yaratmaq lazımdır. O vaksinlər vasitəsilə anticisim əmələ gəlməlidir ki, virus neytrallaşsın. Yəni söhbət belə bir güclü vaksinin yaradılmasından gedir. Mən hazırda vaksinlərin yaradılması ilə məşğulam. Malyariya xəstəliyinə qarşı vaxtı ilə vaksin yaradan biri kimi hazırda koronavirusa qarşı da vaksinin yaradılması üzərində işləyirəm. Onu da deyim ki, malyariya ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Təkcə Afrikada ildə 0,5 milyon insan, yarısı uşaq olmaqla bu xəstəlikdən dünyasını dəyişir. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, hər il milyon insan bu xəstəliyə tutulur. Amma bu qədər illərə rəğmən malyariya xəstəliyinə qarşı tutarlı vaksin hələ də yaradıla bilməyib. Yəni dediyim odur ki, virus əleyhinə tam uğurlu vaksinin yaradılması çox çətin məsələdir. Amma zamanla müsbət nəticə əldə edəcəyimizə inanıram.
- Malyariya xəstəliyindən söz düşmüşkən, bir neçə gün öncə ABŞ malyariya xəstəliyinə qarşı istifadə olunan hidroksiklorokin və xlorokin dərmanlarını koronavirusa qarşı istifadə edəcəyini bildirdi. Sizcə, hər iki dərman virusa qarşı nə dərəcədə effektiv ola bilər?
- Bayaq da dediyim kimi virusun məhvi üçün bədəndə anticisim yarada biləcək vaksin lazımdır Amma hələ ki, heç bir vaksin bunu bacarmır. Müəyyən dərmanlar var ki, koronavirusa qarşı istifadə olunur. Amma bu dərmanlar da müəyyən mənada kömək edə bilər, xəstəliyi tamamilə məhv edə bilməz. Əsas məsələ odur ki, insanlar immun sistemlərini güclü tutsunlar.
- Türkiyədə xəstəlikdən ölənlər neçə yaş aralığındadır və cins faktoruna görə bu hal necədir?
- Türkiyədə koronavirusdan ölənlərin 70 faizi 60 yaşdan yuxarı insanlardır. Cins faktoruna gəldikdə isə xəstəlik səbəbi ilə ölənlərin çoxu kişilərdir. Bunun da səbəbi odur ki, kişilər daha çox stresli həyat keçirir, siqaretdən istifadə edirlər və.s
- Xəstəlikdən sağalan insanlarda sonralar nə kimi problemlər yarana bilər?
- İnsan xəstəlikdən sağalıbsa, demək ki, onun bədənində anticisim yaranıb. Amma virusun böyrək və ağciyərlərdə sonradan problem yaratma ehtimalı var. Hələ ki, dəqiq demək mümkün deyil sağalan xəstə nə kimi problemlər yaşayacaq.
- Artıq dünya təcrübəsində də var ki, xəstəliyə yoluxan insanlara xəstəxana yetmədiyi üçün onları məktəb, stadion və.s bu kimi yerlərdə yerləşdirirlər. Elə ötən gün də xəbər tutduq ki, Fransada hətta sürət qatarı belə kiçik xəstəxana funksiyasını yerinə yetirir. Bəs, Türkiyədə hazırda vəziyyət necədir? Xəstəxanalar xəstələri qarşılayacaq gücdədirmi?
- Bilirsiniz, ABŞ-da tibb çox bahadır. İnsanlar bir-iki gündən artıq xəstəxanada qala bilmir. Amma indi görürsünüz xəstəxana qıtlığı yaşanır. Çünki heç bir ölkə bu vəziyyətə hazır deyildi. Ona görə də baxırlar, ki, xəstəxana resursları yetərincə deyil məcbur qalırlar, gəmi ya da sürət qatarından istifadə etməyə. Türkiyəyə gəldikdə isə, burada səhiyyə hazırda çox güclüdür. Mən tez-tez burda tibb universitetinin tələbələri ilə görüşürəm. Sizi inandırım ki, mən onların savadına heyran qalıram və düşünürəm ki, onlar ABŞ-dakı tibb tələbələrindən də güclüdür. Bundan başqa, mən xəstəxanada analiz verəndə artıq evə çatdığımda onlayn olaraq nəticələrin mənə yollandığını görürrəm. Yəni onu demək istəyirəm ki, səhiyyə işçiləri və tibbi şərait hazırda bütün ehtiyacları qarşılaya bilir. Amma gələcəkdə nə olacağını heç kim bilmir. Ehtiyac olacağı təqdirdə əlavə alternativə Türkiyə də müraciət edə bilər.
- Tərlan bəy, biz normalda görmüşük ki, virus uşaqlar arasında daha tez yayılır və onlar xəstəliyi ağır keçirirlər. Amma koronavirus çox az hallarda uşaqlarda müşahidə edilir və ölüm halı da barmaqla sayıla biləcəkdir. Bunu da onunla əlaqələndirirlər ki, uşaqların immun sistemi daha güclü və bədənləri sağlamdır. Amma gənc insanların da immun sistemi güclü olur. Sizcə gəncləri, qocaları öldürən virus uşaqlara niyə təsir etmir?
- Mən belə düşünürəm ki, uşaqların bədənində olan reseptorlar hələ virusu tanımır, ona görə də onlar virusa yoluxmur və vəziyyətləri kəskinləşmir. Çox sevindirici haldır ki, uşaqlarda xəstəlik ağır olmur. Amma mən sizə məsələnin elmi tərəfini dedim, ola bilsin ki, bunun başqa tərəfləri də var. Hər şeyi dəqiqliklə Tanrı bilir...Modern.az
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- 17 yaşlı azərbaycanlı qız Moskva terrorunda həlak oldu
23 mart 2024 08:46
- Ölənlərin sayı 99 nəfərə çatdı - Video + Yenilənib
23 mart 2024 08:10
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06