60-cı idə Xankəndində azyaşlı erməni qızını zorlayıb öldürən erməni və...
Hadisə26 aprel 2020 19:08
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş, yəhudi Albert Aqarunovun doğum günüdür. Dünən-aprelin 24-ü isə ermənilərin qondarma “ soyqırım”ını anım günü idi.
Moderator.az tarix elmləri doktoru Moisey Bekkerin Amerikadakı rus dilli “Evreyskiy mir” (Yəhudi dünyası) nəşrində yayılan “Ermənilər və yəhudilər-əbədi münaqişə” yazısını təqdim etməklə həm Milli Qəhrəman Albert Aqarunovu yad etmiş olur, həm də yalançı soyqırımın məhz yəhudi tarixçi alimin tutarlı faktları ilə təkzib edildiyini, 24 aprel “soyqırımının” bir erməni uydurması olduğunu diqqətinizə çatdırır.
“Ermənilər Amalek bibliya qəbiləsinin yanında yer alaraq öz tarixlərinə min il əlavə etməyi uydurublar. Belə ki, ermənilərin yəhudilərə qarşı nifrəti, öz sözləri ilə desək, xeyli qədim dövrlərə gedib çıxır. Osmanlı İmperiyası dövründə iki xalq arasındakı qarşıdurma xüsusilə kəskinləşib. Əlbəttə, yəhudilər yunanlar və ermənilərlə müqayisədə daha yaxşı vəziyyətdə idilər ki, bu da türklər və xristianlar arasında əsrlər boyu davam edən qarşıdurma nəticəsində yaranmışdı. Ticarət və sənətkarlıq mövzusunda xristianlarla fəal rəqabət edən yəhudilərə hakimiyyət tərəfindən verilən üstünlük, ermənilər arasında narazılıq yaradırdı, bu da onların arasında yəhudilər əleyhinə əhval – ruhiyyənin artmasına səbəb olurdu. Məsələn, 1545-ci ildə Amasya şəhərində bir erməni uşağının itməsi, onun yəhudilər tərəfindən ritual məqsədlər üçün öldürüldüyü barədə söz-söhbətə səbəb oldu. Ermənilərin təzyiqi ilə yerli hakimiyyət yəhudi icmasının bir neçə üzvünü həbs etdi, olmayan bir cinayəti "etiraf etmək" üçün işgəncə verdilər, sonra bir çoxu edam edildi. Talançılardan qorxaraq qalan yəhudilər Amasya və qonşu Tokat şəhərini tərk etdilər. İtkin düşmüş oğlan uşağına gəlincə, bir müddət sonra o sağ və sağlam tapıldı. (Haşiyə: bu əhvalat keçən əsrin 60-cı illərində Xankəndində bir faciəli əhvalatı xatırladır. Azyaşlı erməni qızını zorlayıb sonra öldürən erməni, bu cinayəti qonşuluqdakı azərbaycanlının etdiyini deyir. Ermənilər günahsız insanı diri-diri yandıraraq öldürürlər və kütləvi iğtişaş yaranır. Bir müddətdən sonra cinayətin qızın öz qohumu tərəfindən törədildiyi məlum olur-tərcümə). Buna baxmayaraq, iş-işdən keçmişdi: yəhudi tacirləri və sənətkarları – yəni rəqiblər - qovuldu və başqa millətə qarşı nifrət toxumu bir daha erməni şüuruna düşdü. Bununla əlaqədar olaraq məşhur bank işçisi və erməni maliyyəçilərinin liderlərindən biri, sikkə sarayının rəhbəri Katsats-Aretunla mübarizə aparmağa çalışan bankir və Osmanlı rəsmisi İehezkel Qabbayın əhvalatını da xatırlamaq olar. Xeyirxahlıqlarına baxmayaraq (Qabbay Süleyman Paşanın təslim edilməsi üçün Sultan Mahmuda kömək etmişdi), sultan Qabbayı Kiçik Asiyaya sürgün etdi və elə orda da 1826-cı ildə Katsats-Aretunun göndərdiyi qatillər tərəfindən öldürüldü..
Əlavə etmək lazımdır ki, ermənilərin bir vaxtlar hakimiyyətdə olduğu Bizans İmperiyasında yəhudilər xüsusi qəddarlıqla təqib olunurdu. Məsələn, İmperator İrakli (610 - 642) yəhudi ayinlərini şəxsi evlərdən kənarda qadağan etmişdi, 1000-ə qədər yəhudi icması üzvlərinin məhv edən Vasili I Makedoniyaninin (866 - 886) zamanında və Leo III Isavrın (717 - 741) hakimiyyəti illərində ölüm və ya sürgün təhlükəsi altında yəhudilər xristianlığı qəbul etməyə məcbur edilmişdi.
Ərəb coğrafiyaşünası və tarixçisi Məsudi bildirir ki, Roma I Lakapinin dövründə (919 - 944) yəhudilər Bizansdan Xazariyaya qaçdılar, belə ki, "indi hökmranlıq edən və Armanus (Roman) adını alan imperator, ölkəsinin yəhudilərini zorla xristian etdi və onları sevmədi." Bununla əlaqədar olaraq xatırlamaq lazımdır ki, Çar Rusiyasında ilk genişmiqyaslı yəhudi talanları Rusiya imperiyasının kansleri erməni Loris-Melikovun (1881) diktaturası altında baş verdi. Təbrizdə yerli ermənilərin yalançı qan böhtanına görə 4 mindən çox yəhudi öldürüldü.
Bu günlərdə Rusiyada terror təşkilatı kimi tanınmayan Livanın “Hizbullah” dəstələri Ermənistanın “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlıq edir. Bu başa düşüləndir, çünki Xarici İşlər Naziri Lavrov və ərəb yönümlü və uzun müddət Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyən Andranik Migranyan ilə birlikdə Rusiya Federasiyasının xarici siyasətinə əhəmiyyətli təsir göstərirlər.
Bu təşkilatların ittifaqı ortaq məqsədlərlə birləşir. Beləliklə, 1890-cı ildə yaradılan Daşnaksütyun proqramının 8 və 11-ci bəndlərində zərurət olaraq vurğulanır: "Hakimiyət işçilərini terrora məruz qoymaq, hökumət qurumlarını dağıtmaq və məhv etmək." Bundan əlavə, bu hərəkətın ideoloqları tərəfindən hakimiyyətə təzyiq vasitəsi kimi girov götürmək ideyası yaranmışdı. Bu nou-hau ilk dəfə 1896-cı ilin avqustunda, bir qrup tərəfindən beynəlxalq Osmanlı bankının İstanbulda ələ keçirilməsini təşkil etdiyi zaman sınaqdan keçirildi. 150 işçini girov götürərək onlar hədə-qorxu gəldilər ki, əgər xarici qüvvələr Türkiyəni qondarma Ermənistanda islahatlar aparmağa məcbur etmədikləri təqdirdə insanlarla birlikdə bankı da partladacaqlar. Başqa bir partiya "Qnçak"ın proqramında əsas məqsəd kimi Rusiya, Türkiyə və İranda yaşayan bütün ermənilərin birləşməsi və törtöküntülərindən "böyük Ermənistan" yaratmağın vacibliyi bildirilir. Bundan əlavə, ermənilər hələ də 1915-ci il hadisələrində yəhudiləri günahlandırırlar, halbuki, burda ermənilərin özlərini I Dünya Müharibəsindəki "müttəfiqləri"olan və onları əski parçası kimi istifadə edib, sonra da gərəksiz əşya kimi tullayan məhz Rusiya və Britaniya imperiyaları ilə birlikdə günahlandırmaq lazımdır.
Buna baxmayaraq, yuxarıda göstərilən dövlətlərin uydurma siyasətini izləyən və parçalanmış Osmanlı İmperiyası ərazisində “Böyük Ermənistan” yaratmaq vədlərinin yerinə yetirilməsini gözləyən “Daşnaksütyun” partiyasının silahlı birləşmələri yerli əhalinin etnik təmizlənməsinə başladı. Məlumdur ki, 1916-cı ilin yaz-yay aylarında Rusiya Kiçik Asiyanın işğalı zamanı erməni millətçilərinin həddən artıq artması, müsəlmanlardan əlavə yerli yəhudi əhalisinə də təsir göstərdi. Göstərilən faktlar İsrail Dövlətinin Vaşinqtondakı səfirliyinin keçmiş müşaviri Leni Ben Davidin diqqətini çəkdi və o Birinci Dünya Müharibəsi illərində erməni başkəsənləri tərəfindən 10.000 yəhudinin öldürüldüyünü yazdı. Osmanlı Dövləti Daxili İşlər Nazirliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi hesabata görə, Kiçik Asiyanın şərqindəki yəhudi kəndi Seyldə “300 sakin erməni qarətçiləri tərəfindən tikə-tikə edilmişdi. Bu hadisələrin faciəsi odur ki, erməni yaraqlılarının yəhudi əhalisinə qarşı vəhşilikləri nəticəsində sonuncular Şərqi Anadolunu tərk edərək İstanbula getməyə məcbur oldular”.
Ermənistandakı antisemitizmə aşağıdakı faktlar da dəlalət edir. Ermənistanda hələ də "yəhudilərin təzyiqi altında" Sovet Rusiyasının Kamalist Türkiyəyə öz suverenliyini qorumaqda kömək etdiyi barədə əfsanə istifadə olunur. Ancaq məlumdur və bu çoxsaylı sənədlərlə təsdiqlənir ki, Kamalistlər və Sovet rejimi arasındakı əlaqə "Yəhudi-Mason sui-qəsdi" deyil, hər ikisinin ortaq bir düşməni olduqlarına - Antantaya əsaslanır. SSRİ-də 1937-ci ilə qədər deyilən "yəhudi yerləşdirilməsi"nə gəlincə, məhz 1937-1939-cu illərin "böyük təmizlənməsi" bu tezisi rədd edir. Həqiqətən, inqilabçılar arasında çox sayda yəhudi var idi ki, bu da tamamilə vəhşi milli zülm və yəhudi talanları ilə izah olunur. Qeyd edək ki, bolşeviklər arasında müxtəlif millətlərin, o cümlədən ermənilərin nümayəndələri var idi. Avanesov, Qay, Karaxan, Şaumyan, Proşyan, Mikoyan, Myasnikyan və s. Bolşeviklər heç bir yəhudi yönümlü siyasət yürütməmişlər, əksinə, yəhudi məktəblərini, sinaqoqları bağlamışlar, yəhudi mülkiyyətlərini milliləşdirmiş, sionizmə qarşı mübarizə aparmışlar və s.
Yəhudilərin ermənilərə qarşı hər-hansı sui-qəsdinə dair heç bir dəlil yoxdur, çünki olmamışdı və yoxdu. Görünüşü tamamlamaq üçün əlavə edək ki, mətbuatda və İnternetdə erməni dilində yəhudilərə qarşı qanlı böhtan təbliğatı açıq neo-nasizmdir. Məhz bu siyasət nəticəsində müasir Ermənistanda praktiki olaraq başqa millətlərin nümayəndələri yoxdur. Belə ki, 1969-cu il əhalinin siyahıya alınmasına görə, Ermənistanda 66108 rus, 148189 azərbaycanlı və 1000 yəhudi var idi. On il sonra rusların sayı 70,336 nəfərə, azərbaycanlıların sayı 160 841 nəfər artdı, yəhudilər isə 953 nəfərə düşdü. Qorbaçovun yenidənqurmasının sonunda erməni millətçiliyinin böyüməsinin təsiri altında 1989-cu ildə rusların sayı 51.556 nəfərə, azərbaycanlıların 84.860 nəfərə, yəhudilərin isə 676 nəfərə düşdü. Müstəqillik qazandıqdan sonra, Ermənistan burada min il yaşayan azərbaycanlılarsız qaldı, rusların sayı 2145 nəfərə düşdü və təxminən 60 yəhudi qaldı.
İqor Muradyanın "Ermənistanın səsi" qəzetində yazdığı kimi, yəhudi-erməni qarşıdurması semitlər və arilər arasındakı münaqişədir. O, ermənilərin qondarma "soyqırımı"nda yəhudi ittihamları ilə kifayətlənmir, Dağlıq Qarabağdakı münaqişənin arxasında məhz yəhudi xalqının və İsrail dövlətinin olduğunu sübut etməyə çalışır. Yeri gəlmişkən, bu bölgədəki qarşıdurmanın uzun tarixi kökləri var. Belə ki, 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının mövcudluğu dövründə sonuncuların qoşunları yeni yaradılan Azərbaycan dövlətinin məhz bu ərazisinə soxuldu. Hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağda erməni dəstələrinin vəhşilikləri nəticəsində Yəhudi Milli Komitəsi Bakı qubernatoruna Quba yəhudilərinin pulsuz daşınması üçün vaqonların alınması barədə vəsatət qaldırdı. Qubernator bu müraciətə rəğbətlə yanaşdı və qaçqınların Xaçmaza göndərilməsi üçün 27 vaqon verdi. Ümumilikdə, təxminən 1100 qaçqın xilas edildi.
2008-ci ildə həmin illərin hadisələrinin mənzərəsi yenidən üzə çıxdı və əvvəllər Quba şəhəri ətrafında yəhudi əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi faktları aşkar edildi. Fövqəladə İstintaq Komissiyasının mülki əhalinin erməni bandaları tərəfindən kütləvi qətl hadisələrini araşdırması ilə bağlı protokolları günahsız qətlə yetirilmiş yəhudilərin adlarını bərpa etməyə imkan verdi. Onların arasında çox sayda qadın, qoca və uşaq var. Amazaspın erməni dəstələri tərəfindən yəhudilərin kütləvi şəkildə edam edildiyi yer Şimi dərəsində idi: bura hissə-hissə adamları gətirir, onlara qarşı zor tətbiq edib, qız və uşaqlara təcavüz etmiş, yaşlıların, yeniyetmələrin burun və qulaqlarını kəsib, sonra öldürülmüşdülər. Cəsədlər burada, çuxurda, Şimi dərəsində qaldı. Qırğının əsas ilham verənlərindən biri, sonradan Krımda faşist işğalı zamanı qanlı iz olan Qaregin Njde (Ter-Harutyunyan) idi. Məhz onun təbliğatçıları sonderkommandodan olan quldurları yarımadanın sakinlərini kütləvi şəkildə məhv etməyə təşviq etmişdilər. Belə ki, 1941-ci ilin sonlarında Njde tərəfindən hazırlanan bir hesabatda deyilir: “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17145 yəhudi, 2.504 karaim və 834 qaraçı edam edildi. Simferopol, Evpatoriya, Aluşta, Kerç, Feodosiya yəhudilərdən təmizləndi”.
1970 - 1980-ci illərdə Antisemitizm ideyası 1975-ci ildə yaradılan Ermənistanın Azadlığı üçün Erməni Gizli Ordusu- ASALA tərəfindən "irəli sürüldü". Məqsəd "ənənəvi erməni torpaqlarının azad edilməsi", Türkiyə hökuməti tərəfindən təzminat ödənmələri və 1915-ci il qondarma "soyqırım"ın Türkiyə hökuməti tərəfindən tanınmasıdır.
1951-ci ildə İraqın Mosul şəhərində anadan olan Akop Akopyan (Əbu Cihad) 1980-ci ildə ASALA-nın başçısı oldu. Gənc yaşda Livana köçdü, burada Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinə (FATX) qoşuldu. Bu, qondarma "Ermənistanın azadlıq mübarizi" FAT düşərgələrində hərbi və siyasi təlimlərdən keçdi və 1972-ci ildə Münhendə İsrail Olimpiya komandasının üzvlərinə edilən sui-qəsddə yaxından iştirak etdi.
Bununla da, millətçiliyin məntiqi erməni şovinistlərini beynəlxalq ictimaiyyət tərəfindən qınanan beynəlxalq terror ittifaqının sıralarına gətirdi.
Moisey Bekker
Tarix elmləri doktoru
Tərcümə etdi: İlham İsmayıl
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
- Ərdoğanın nümayəndəsi İrəvana gedir – Zəngəzur planı işə düşdü
22 mart 2024 14:30
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya