Ermənilərin xeyrinə kitab yazan alimdən şok etiraflar
Müsahibə15 may 2020 09:40
"Ermənilərin istəyi sadəcə Osmanlı İmperiyasını bölmək idi. Amma bunu türk xalqına böyük haqsızlıqlar etmədən gerçəkləşdirə bilməzdilər".
Qaynarinfo xəbər verir ki, bu fikirləri 1916-cı ildə ingilis hökumətinin sifarişi ilə Osmanlı torpaqlarında yaşayan ermənilərin vəziyyəti haqda yazılmş "Mavi kitab"ın həmmüəlliflərindən biri olmuş Arnold Cozef Toynbe sonradan yazdığı "Xatirələrim, tanıdıqlarım" kitabında qeyd edib.
Türkiyəli tədqiqatçı Kamal Kahraman müəllifin sözügedən kitabında ermənilərlə bağlı etiraflarını və "Mavi kitab"ın necə yazılması ilə bağlı xatirələrindən bəhs edən məqalə ilə çıxış edib.
Müəllif qeyd edir ki, "Mavi kitab"ı yazarkən dövrün ingilis hökumətinin məramını tam anlamayıblar və bu səbəbdən kitabda müəyyən təhriflərə yol verilib.
Belə ki, Birinci Dünya Müharibəsində almanlar Şərq cəbhəsində böyük üstünlük əldə edirlər. Rus orduları Polşa və Litvadan çəkilərkən isə buradakı yəhudilərə böyük zülm edir. Bunu fürsətə çevirmək istəyən Almaniya 30-a qədər amerikalı jurnalisti bölgəyə yığır və yayımlanan qırğın xəbərlərindən sonra bütün yəhudilər və dünya ayağa qalxır.
İngilislər də rusların müttəfiqi olduqlarından müttəfiqlər prestijlərini itirirlər və Almaniya propaqanda savaşında artıq 1-0 önə keçir.
Belə bir vəziyyətdə ingilislər əks-propaqanda yaratmalı idilər. Bunun üçün də ən əlverişlisi Birinci Dünya Müharibəsində Almaniyanın yanında yer alan Osmanlıdakı erməni və yunan milli azlıqlarından istifadə etmək idi. Həmçinin o dövrdə ermənilər rusların təhriki və silahlandırılması ilə ayağa qalxmışdılar.
Bunun üçün ingilis hökuməti erməni soyqırımı iddialarını qabartmaq məqsədilə ətraflı hesabat hazırlanması barədə tapşırıq verir.
Bu vəzifə yaşlı yazıçı Lord Braysa həvalə edilir. Lakin o özünə bir köməkçi istəyir. Bu da 26 yaşlı Arnold Cozef Toynbe olur. Sonradan Toynbe həmin illəri "Xatirələrim, tanıdıqlarım" kitabında belə xatırlayır:
"O tarixlərdə İngiltərə hökumətinin fəaliyyətinin arxasında hansı siyasi məqsədlər yatdığından xəbərsiz idim. Hesab edirəm ki, Lord Brays da mənim kimi xəbərsizdi. Bəlkə də bu bir tale işi idi. Çünki əgər gözlərimiz açılsaydı, nə mən, nə də də Brays bu işi görməzdik. Biz bu vəzifəni yerinə yetirərəkən ən pak hisslərimizlə çalışırdıq".
Toynbe Alman təbliğatına qarşı hazırlanan bu hesabatın gözlənilən effekti vermədiyini qeyd edir.
"Mavi kitab"ın hazırlanmasına böyük töhfə verən Toynbe xatiratının digər bir yerində erməni soyqırımı haqqında bunları yazır:
"Rusiya ilə Türkiyə arasında 1877-78-ci illərdə müydana gələn müharibədən bəri Osmanlı İmperiyasının şimal şərqində yaşayan erməni toplumu siyasi ideallarının arxasına düşmüşdü. Yunanlar kimi ermənilər də bir gün Osmanlı İmperatorluğundan özləri üçün bir dövlət qoparacaqları ümidinə qapılmışdılar. Yunanların və ermənilərin siyasi məqsədlərinin heç bir legitimliyi yox idi. Çünki hər iki qrup da türklər arasında milli azlıq təşkil edirdi. İstədikləri sadəcə Türk İmperatorluğunu bölmək idi. Yalnız bunu türk xalqına böyük haqsızlıqlar etmədən gerçəkləşdirə bilməzdilər. Ruslar Qafqaza hücum edən zaman türkləri məğlub edib Türkiyənin şimal şərqini işğal etmişdilər. Türkiyə də Birinci Dünya Müharibəsinə girmiş və bu səbəbdən ermənilərini müharibə bölgəsindən çıxartmaq qərarı almışdı. Bu da bir təhlükəsizlik tədbiri olaraq qiymətləndirilə bilər. Oxşar vəziyyətlərdə başqa ölkələrdə də belə hadisələr yaşanıb. Məsələn, Pearl Harbourda yaponlar ABŞ donanmasına hücum edəndə Amerika hökuməti yapon əsilli amerikalıları Sakit Okeandan çıxararaq Missisipi hövzəsinə yerləşdirmişdi. O insanlar da köçürülərkən müəyyən problemlərlə qarşılaşmışdılar".
İngilis tarixçi "Mavi kitab"ı yazarkən qarşılaşdığı ən böyük çətinliklərdən birinin də Qərbdə türklərə mənfi münasibət olduğunu bildirir. Müəllif qeyd edir ki, İngiltərədə türklərin vəziyyətini açıq şəkildə ortaya qoymağa çalışarkən mübarizə apardığım iki çətinlik var idi. Birincisi, xristianların müsəlmanlara olan münasibəti və türklərə qarşı önyarğıları, ikincisi də kiçik bir azlıqdan başqa Britaniyada insanların əksəriyyətinin türkləri canavar olaraq görmələri idi. Toynbe son nöqtəni isə belə qoyur:
"Mənim təcrübələrimə görə, ənənəvi önyarğıları yıxmaq üçün türklərlə şəxsən tanış olmaq lazımdır. İnsan başqa biri ilə tanış olanda hansı din, millət və ya irqdən olursa-olsun, onun özü kimi bir insan olduğunun fərqinə varır".
Çingiz
Oxşar xəbərlər
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Başa düşüb ki, bu iqtidarın, hökumətin əleyhinə nahaq çıxıb
13 mart 2024 10:47
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya