Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
19 yaşlı Rüstəm Qurbanov Vətən müharibəsi qazisidir. Müharibə başlananda 9 ayın əsgəri olan Rüstəm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən çoxsaylı qəlpə yarası alıb. Aldığı yaraların təsirindən yerimə qabiliyyətini müvəqqəti itirsə də, Vətən yolunda döyüşdüyünə görə qürur hissi keçirir.
Qazinin anası Raifə Məmiyevanın “Qafqazinfo”ya bildirdiyinə görə, həkimlər oğlunun sərbəst yeriyə bilməsi üçün əllərindən gələni edirlər:
“Biz 15 ildir Bakıda yaşayırıq. Rüstəm də burada böyüyüb, burada məktəbə gedib. Müharibə başlananda 9 ay idi ki, Qapanlıda hərbi xidmətdə idi. Sentyabrın 30-da Suqovuşan uğrunda döyüşdə çox ağır qəlpə yaraları aldığından yerimə qabiliyyətini itirib. Tam sağalması üçün hələ 2-3 il də müalicə olunmalıdır. Qolunun biri işləmir, ayaqlarının ikisi də “İlizarov” aparatındadır. Çənə sümüyü dağılmışdı, yeni əməliyyatdan çıxıb. Yaraları çoxdur, hətta yemək yeyəndə də çətinlik çəkir, dişlərini qəlpə aparıb. Amma bütün bunlara baxmayaraq, qürurvericidir ki, o qazidir, Vətən yolunda döyüşüb”.
Rüstəm əvvəlcə Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb, sonra Bakıya Elmi-Tədqiqat Travmatologiya İnstitutuna köçürülüb. İndiyə qədər 5-6 dəfə əməliyyat olunsa da, sağalması üçün hələ 3 dəfə də əməliyyat olunmalıdır.
R. Məmiyeva deyir ki, 17 ildir həyat yoldaşı ilə ayrılıb. Bu illər ərzində işləyərək uşaqlarını təkbaşına saxlayıb. Hazırda yaxınlarının köməyi ilə Nizami rayonunda kirayədə qalırlar. Ailənin əsas problemi mənzillə bağlıdır. Qazinin anası bununla bağlı daxili ipoteka ilə ev təklif edən bir neçə şirkətə müraciət etsə də, kömək edən olmadığını bildirib:
“7-ci mərtəbədə kirayədə qalırıq. Oğlum əlil arabasındadır, çıxma-düşmə zamanı problem yaşayırıq. Binanın lifti demək olar ki, yoxdur. Gərək 5-6 nəfər çağıram ki, onu düşürsünlər. Yeni tikilən binalarda lift geniş olur, belə bir evimiz olsa övladıma da rahat olardı. İpoteka ilə ev tikib satanlara çox yazmışam, amma heç bir cavab almamışam. Məcbur olub sosial şəbəkələrdə müraciət etdim. Mən demirəm mənə gətirib havayı ev versinlər, özüm hər ay 300 manatadək ipoteka ödənişi edə bilərəm. Sadəcə ilkin ödənişi etməyə imkanım yoxdur”.
Qeyd edək ki, Rüstəm Qurbanov prezidentin sərəncamı ilə ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Gülnar Əliyeva
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...
23 mart 2024 17:53
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- Məşhur polkovnik-leytenant vəfat etdi (FOTO)
13 mart 2024 09:52
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Azərbaycanda qohum evliliyi qadağan oluna bilər
12 mart 2024 13:19
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06