Icra başçısının otağından 50 min pul oğurlandı - VİDEO
Yevlax İcra Hakimiyyətinin inzibati binasında oğurluq olub.
Reportaj.tv-yə ayondan verilən məlumatda deyilir ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanıb. Başçının köməkçisinin otağından 50 min manat yoxa çıxıb. Hadisə ilə bağlı rayonda böyük ajiotaj yaranıb. Dərhal şübhəli şəxslərin axtarışına başlanıb. Pulları götürən şəxs ehtiyyatlı davransa da kameralara yaxalanıb və şəxsiyyəti müəyyən edilərək həbs edilib. Rəhbərliyin halal pulunu çırpışdıran şəxs elə İcra Hakimiyyətinin öz işçisi olub. Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmmədov günahını etiraf edib. Cinayətin üstü açılsa da icra başçısının tapşırığı ilə hadisənin ictimaiyyətə sızmasının qarşısının alınması üçün möhkəm tapşırıq verilib. Bunun isə səbəbləri var. Əvvala hadisənin özü və cinayətin törədilməsi suallar doğurur. İlk əvvəl o ağıla gəlir ki, icra başçısının müavini olan Ceyhun Kərimxanovun kabinetində bu boyda nəğd pul haradandır? Son zamanlar belə iri həcmdə olan pulları ancaq Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi rüşvətxor icra başçılarının və müavinlərinin otağından çıxarılarkən görmüşük. Məlum olmuşdu ki, icra başçıları işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb ediblər, əməkhaqqı kartlarına köçürülən pulları mənimsəyiblər. Bundan əlavə, onlar rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçiriblər. Eləcə də rayonda yeni inzibati binaların tikintisinə ayrılan dövlət vəsaitlərini dədə malı kimi həzmi rabedən keçirmişdilər. Həbs edilən başçılar və müavinləri həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar almışdılar. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldıqları vəsaitlər də daxil idi. Görəsən Yevlax İH-də oğurlanan pulların mənşəyi haradandır? Əgər İcra Hakimiyyəti bu məlumatın gizli qalmasını istəyirsə demək bu oğurluq pulun da mənşəyi naməlumdur. Mənbənin bildirdiyinə görə Elnur Məmmədov pulun mənbəyindən xəbərdar imiş. Yəni pulun hansı iş adamından , hansı şəraitdə, nə səbəbə alındığını bilirmiş. Fikirləşib ki, rüşvət pulu olduğu üçün oğurluğun üstü açılsa belə ona söz deməyə cürət etməzlər. Ancaq görünür ki, memarlığın mütəxəssisi yanılıb. Biri var çertyoj cızasan,biri də var oğurluq edəsən. Bacarmadığı işdən yapışıb deyə özünü yandırıb. Əvvəlcə Yevlax Rayon Məhkəməsi Elnur Məmmədov haqqında həbs qəti imkan tədbiri seçmək istəməyib. Amma sonra Apelyasiya şikayətindən sonra Elnur Məmmədov haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Hər bir halda bütün bu işlər kiçik bir rayonda böyük söz-söhbətə səbəb olub. İndi gözləyək Yevlaxdan rəsmi şəxslərin rəsmi açıqlamasını. Yoxsa adamın gümanı çox yerlərə gedir.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06