“13 nəfəri güllələdilər, adamın başını kəsib futbol oynayırdılar, kəlbətinlə...”
Xəbər verdiyimiz kimi bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq.
Moderator.az bir müddətdir ki, hadisə şahidləri ilə müsahibələri təqdim edir. Bu dəfəki müsahibimiz Xocalı sakini, Əməkdar həkim Nağıyev Məmməd Ağalar oğludur.
Nağıyev Məmməd Ağalar oğlu 1 yanvar 1953-cü ildə Xocalıda anadan olub. 1960-1970-ci illərdə orta məktəbdə təhsil alıb. Daha sonra 1971-1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 1978-ci ildə təyinatla Xankəndi şəhərinə göndərilib. 1989-cu ildən ermənilə yaşayan Ballıca, Xanəzək kəndlərinin əhatəsində olan Cəmilli kənd ambulatoriyasının baş həkimi vəzifəsində işləyib.
“Xocalı faciəsinə qədərki dövrdə Xocalı-Şuşa-Ağdam yolunda ermənilər bizim camaatı daşa basırdılar. Buna daş dövrü də deyirdik. Həmin dövrdə 50-ə yaxın xəstəyə yardımlar etmişəm. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mən də Xocalıdaydım. Son 10 günü isə yaralılarımız olduğu üçün evimə gedə bilmirdim, başqa-başqa evlərdə yatırdım. Son bir neçə günü isə bizim ağsaqqalımız Kamran dayının evində Xocalıya köməyə gələn Milli Qəhrəman Aqil Quliyev və onun köməkçisi Cabbar yaralandığı üçün qalırdı. A.Quliyev 21 nəfər döyüşçüsü ilə Xocalıya köməyə gəlmişdi.
Mən onların yarasını sarımağa gəldim. Ordakı hadisə isə məni daha çox kövrəltdi. Aqilin yarasın sarımaq istəyəndə dedi ki, “həkim Cabbarın yarasın sarı, sonra mənim yaramı sarıyarsan”. Cabbarın yanına gedəndə isə o, dedi ki, “həkim komandirimin yarısın sarı, sonra mənim yaramı sarıyarsan”. Görün bu insanlar nə qədər vətənpərvər idilər”.
“Düşmənin məqsədi isə bizi qırıb soyqırım törətmək idi...”
“Fevralın 25-dən gecə saat 22:30 radələrində hər tərəfdən Xocalı atəşə məruz qaldı. Ermənilər ilk olaraq axıska türklərinin yaşadığı evləri yandırmağa başladılar. Bizim yerli özünümüdafiə taborunun döyüşçüləri, polis əməkdaşları və Aqil Quliyevin dəstəsi həmişə Xocalını müdafiə etmişdi. Mən Aqili və Cabbarı xərəyə yerləşdirdim və Qarqar çayından keçib Kətik meşəsinə doğru irəliləməyə başladıq. Düşmənin məqsədi isə bizi qırıb soyqırım törətmək idi və çox təəssüflər olsun ki, buna da nail oldular”.
“Atışmadan sonra gördük ki, artıq mümkün deyil...”
“Beləliklə biz iki gün meşədə qaldıq. Bizi yolda Azərbaycan dilində çağırıb dedilər ki, “ay xocalılar, biz ağdamlılarıq burda sizi gözləyirik, bura gəlin”. Biz də yaxına getdik və 50 metr qalmış bizi atəşə tutdular. Dərhal özümüzü yaxındakı dərəyə atdıq. Atışmadan sonra gördük ki, artıq mümkün deyil və ağ bayraq qaldırıb ermənilərə təslim olduq. Bizdən bir az aralıda isə 10 yaşlı uşaq yaralı idi, sürünə-sürünə gedib uşağın yarasın sarımaq istəyəndə ermənilər atəş açdılar və güllə papağıma dəydi. Daha sonra mən yenə də irəlilədim və uşağa çatıb yarasını sarıdım. Onda meşədə iki nəfər silahlı hərbçimiz var idi və mənə dedilər ki, həkim, gəl bizimlə gedək”.
“Kiminki ağzında qızıl dişləri var idi kəlbətinlə ağzından çıxarırdılar...”
“Mən isə onlarla getməyi özümə sığışdırmadım və anasını da götürüb dərədəki camaatımızın yanına gəldim. Daha sonra biz əsir düşdük. Ermənilər Dəryaz kəndində bizi yas mərasimlərini keçirdikləri bağlı yerə gətirdilər. Orda ilk olaraq hamının üstünü yoxlayıb nə var idi, hamısını götürdülər. Qadınların üstündən qızıl-zinət əşyalarını soydular. Kiminki ağzında qızıl dişləri var idi kəlbətinlə ağzından çıxarırdılar. Bir neçə saat sonra xəbər gəldi ki, ermənilərdən bir nəfər bizimkilər tərəfindən meşədə vurulub. Onlar içəri daxil olub 13 nəfər hərbi paltarda olan adamı bayıra çıxardılar. Bayırda avtomat səsi gəldi və daha sonra bir “Kamaz” maşını əraziyə gəlib geri qayıtdı. İndiyə kimi bilmədik ki, o 13 nəfəri öldürdülər, yoxsa diri apardılar”.
“Ermənilər onun başını kəsib futbol topu kimi oynamağa başladılar...”
“23 yaşında axıska türklərindən bir cavan oğlan var idi. Ermənilər onun başını kəsib futbol topu kimi oynamağa başladılar. Təsəvvür edin ki, onlar bundan həzz alırdılar, amma biz dəhşətli vəziyyətə düşmüşdük. Daha sonra yenə içəri daxil olub məni bayıra çıxardılar, onlar həkim olduğumu bilirdilər və üstümdə tibbi ləvazimatlar da var idi. Amma onlar buna baxmayaraq mənimlə də vəhşicəsinə davranırdılar. Mənə dedilər ki, sizdə kimdəsə silah olub və bunu öyrənib bizə denən. Buna görə mənə 20 dəqiqə vaxt da verdilər və dedilər ki, deməsən, başını kəsəcəyik. İyirmi dəqiqədən sonra gəlib məni çağırdılar və soruşanda dedim ki, bilmirəm kimdə silah olub. Amma hansı ki, silahın kimdə olduğunu bilirdim və o, adam da Ağdamda idi. Ermənilər avtomatın qundağı ilə sinəmdən vurub yerə yıxdılar. Bıçağı boğazıma söykəmişdilər və elə bu zaman bir maşın dayandı və içindən iki mülki şəxs düşdü. Onlar düşən kimi ermənilər məni buraxdılar. Sonradan bildim ki, onlar Qızıl Xaç Komitəsinin işçiləri imiş. İki gün erməni əsirliyində qaldım və başımıza olmazın zülmü gəldi.
Əsirlik həyatından sonra Naftalanda məskunlaşmışıq. Daha sonra Xocalı divizionunu yenidən bərpa etmişik. 1992-ci ildən 1995-ci ilin dekabr ayına kimi ön cəbhədə hərbi həkim kimi xidmət göstərmişəm. Bu fəaliyyətimə görə Respublikanın Əməkdar həkimi fəxri adına layiq görülmüşəm. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan bayrağı ordeni ilə təltif edilmişəm. 2018-ci ildə Xocalı rayonunun Mərkəzi Xəstəxanasının Baş həkimi işləmişəm və hazırda isə təqaüddəyəm”.
Vasif Əlihüseyn
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Azərbaycan - Monqolustan oyunu başladı - Yenilənib
22 mart 2024 20:36
- Bu gün Azərbaycanla Monqolustan üz-üzə gələcək
22 mart 2024 10:14
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04