Nyutonun başına alma, bəs Nəriman Əliyevin başına nə düşüb?
Bu gün Azərbaycanda onlarla, bəlkə də yüzlərlə insan saxta ali təhsil diplomu ilə müxtəlif dövlət qurumlarında çalışır.Dəfələrlə bu şəxslərin siyahısını müvafiq qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.Ancaq bizdə olan məlumata görə, dövlət qurumları saxta diplom sahibi olan bəzi şəxslərə “öz xahişi ilə ərizə yazıb sakitcə işdən uzaqlaşmağı” məsləhət bilirlər.
Bəs ortada olan cinayət əməli..?Dövlət büdcəsindən illərlə ödənən əmək haqqı..?
Ən dəhşətlisi odur ki, saxta diplom sahibləri arasında 50 yaşında universitetə daxil olanlar, 60 yaşında alim olanlar da az deyil. Yəni bu şəxslərin saxta universitet qurtarmasını sübut etməyə heç bir ehtiyac yoxdur.Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..? 55 yaşında diplom alır...Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?
Bu elementar məntiqə sığmır, axı. Görəsən bu şəxslərin sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitetə daxil oldun..?Ən dəhşətlisi odur ki, belələri hətta “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.Heç kimə sirr deyil ki, Azərbaycanda yuxarının icazəsi olmadan, nə YAP-çını, nə də hansısa müxalifət partiyasının sədrini Milli Məclisin kandarına buraxmazlar. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu Azərbaycan reallığıdır və mən siyasətdən az-çox başı çıxan adam kimi bunu başa düşməyə və hətta qəbul etməyə çalışıram.Ancaq niyə, saxta yolla diplom alanlar deputat seçilsin..?Əlavə problem yaratmağa nə ehtiyac var..? Deputat qoymaqdırsa, elə ali təhsilli birini qoyun və əlavə problem yaranmasın. Axı, hər seçkidə deputat olacaq şəxslərin siyahısı PA-da diqqətlə öyrənilir. Mən bunu da təbii qəbul edirəm. Ancaq niyə ölkə başçısı sual etmir ki, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...
50 yaşında vəhy verilənlərdən biri də Milli Məclisin Masallıdan olan üzvü Nəriman Əliyevdir. O, 20 yaşında Bakı Ticarət Texnikumuna, 55 yaşında isə Rostov Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.Görəsən, 50 yaşdan sonra hansı möcüzə baş verib ki, Nəriman müəllim əcnəbi dildə universitet təhsili alıb.
Bəllllidir ki, dahi İsak Nyutonun başına alma düşüb və alim Ümumdünya cazibə qanunu kəşf edib. Bəs görəsən, Nəriman müəllimin başına göydən nə düşüb ?
Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz satar, ya da yol qırağındakı pavilyonda çalışardı.Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...Əslində hörmətli Nəriman müəllimi qınamalı deyil, bütün ölkə bu gündədir.Yaxşı olar ki, bu rüsvayçılıq barədə ölkəni idarə edənlər düşünsün.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20