Neft kəmərinin mühafizəçilərinə hücum hadisəsinin əsl təfərrüatları məlum olub
Reportaj29 sentyabr 2019 17:53
Bəzi kütləvi informasiya vasitələrində SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında münaqişə haqqında yayılmış xəbərin təfərrüatları üzə çıxıb.
"Report"un məlumatına görə, aparılmış araşdırmadan məlum olub ki, bəzi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus neft boru kəmərlərinin mühafizə zolağında qanunsuz "gecəqondu” tikinti işlərini aparmağa cəhd göstəriblər. Mühafizəçilər tərəfindən xəbərdarlıq edilən həmin şəxslər qanunsuz əməllərini davam etdirməyə nail olmaq üçün tikintiyə heç bir aidiyyəti olmayan və özünü müharibə veteranı kimi təqdim edən bir qrup şəxsi tikinti yerinə gətiriblər. Müharibə veteranı kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətindən sui-istifadə edən həmin adamlar onları dövlət mühafizə orqanları ilə qarşıdurmaya təhrik ediblər.
Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Şirvan-Böyükşor neft kəmərində və kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağı daxilində yeni evin tikintisi üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb. Təhlükəsizlik İdarəsinin əməkdaşları həmin şəxslərə inşa işlərinin dayandırılması barədə xəbərdarlıq edib, lakin inşa işlərini həyata keçirənlər xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz tikintini davam etdiriblər.
Sentyabrın 28-də mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə inşa işlərinin davam etdirildiyini aşkar etdikləri üçün bir daha tikinti işlərinin dayandırılması barədə vətəndaşa xəbərdarlıq ediblər. Lakin həmin vaxt tikinti işlərinin aparıldığı əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən 10-15 nəfər şəxs fırıldaqçıların təhriki ilə mühafizə komandasının əməkdaşlarına hücum edərək, qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, atıcı İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə onlara müxtəlif bədən xəsarətləri yetirilib.
Mühafizəçilər qarşıdurma yaradan şəxslərə qarşı zorakılıq tətbiq etməyib, bu barədə dərhal Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə xidmətinə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları tikinti işlərini aparan şəxsləri sakitləşdirməyə çalışarkən, onlar polis əməkdaşlarının da qanuni tələblərinə məhəl qoymayıb, əksinə, xidməti nəqliyyat vasitələrinə də zərər vurublar.
Aparılan araşdırma zamanı məlum olub ki, həmin tikilinin hadisəni törədən şəxslərə heç bir aidiyyəti yoxdur. Sadəcə, başda Hüseynov Şərif Novruz oğlu olmaqla, bir qrup şəxs inşa işlərinə himayədarlıq edib və maddi ehtiyacı olan insanların vəziyyətindən sui-istifadə edərək düşünülmüş şəkildə qarşıdurma yaradıblar.
Qeyd edək ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya