Qoşqar Təhməzovla Əbülfəz Məlikovun xalqa sırıdığı yağlar – Sensasion fotolar
Azərbaycan bazarlarını keyfiyyətsiz, mənşəyi bilinməyən, ucuz qiymətə satılan yağlar cənginə alıb. Hazırda marketlərdə az qala şor qiymətinə, selofanla paketlənmiş, adları belə qəribə olan yağ məhsulları satışdadır. Ekspertlər bu yağların mənşəyi, palma yağları olması, onkoloji xəstəliklərə gətirib çıxarması barədə gecə-gündüz həyəcan təbili çalırlar.
Amma nə sirri-xudadırsa, nə hikmətdirsə, “sehirli əllər” bu qidaları Dövlət Gömrük Komitəsindən keçirir, Dövlət Qida Agentliyi laboratoriyalarda yoxlamır və asanlıqla bazarlarda ayaq açırlar, çoxalırlar.
Yəni, mənşəyi bilinməyən ucuz yağlara nəzarətsizlik hökm sürür, əhalinin sağlamlığı üçün ən mühüm olan bu sektorda anarxiya, xaos, özbaşınalıqdır. Nə AQTA, nə DGK tərəfindən ciddi şəkildə yoxlamalar, təftiş aparılır.
Təəssüf ki, aztəminatlı ailələr məcburiyyət qarşısında mağazalardan həmin yağların kilosunu 4-5 manatdan alırlar, gündəlik qida rasionunda istifadə edirlər. Amma əksəriyyəti marqarin, palma olan, xəstəlik saçan bu yağlardan uzaq durmaq lazımdır.
Reportyor.info-nun İqtisadiyyat Şöbəsi apardığı araşdırma zamanı olduqca dəhşətli faktlar ortaya çıxıb. Əməkdaşlarımız bir neçə marketlərdə reyd keçirib, müşahidələr aparıb, yağların növləri, qiymətləri ilə maraqlanıblar. Bu zaman adı heç nə deməyən, hansı firmanın məhsulu olduğu bilinməyən, olduqca ucuz, saxta adlarla istehsal edilmiş yağların satıldığı məlum olub.
Araşdırma qrupumuzun verdiyi xəbərə görə, hazırda mağazalarda “Kərim”adlı bir yağ satılır. Guya kərə yağıdır, amma kilosu 2 manat 68 qəpikdir. İnternet resurslarında axtarış verəndə də “Kərim” adlı yağın hansı istehsalat müəssisəsinə məxsus olduğu bilinmir. Deməli, sexlərdə, zirzəmilərdə hazırlanmış, xalqın genefondunu məhv edən yağlardan biridir.
Digər bir məhsul isə araşdırma zamanı “Xoman Lyuks” yağları ilə bağlı olub. Bu yağın kilosu 6 manat 74 qəpiyə satılır. Halbuki, bazarda normal kərə yağı kimi təqdim edilən, Zellandiyadan idxal olunduğu bildirilən “Vest Qold”, “Ankor” və s. yağların kilosu 16-18 manat arası dəyişir. Bu halda sual doğurur ki, “Xoman Lyuks” yağları niyə 6 manat 74 qəpiyə satılır?
İnternetdə bu məhsul kərə yağı kimi təqdim olunur. Amma 6 manata kərə yağına “bişmiş toyuğun gülməyi gələr”. Araşdırmalarımız ortaya çıxardı ki, “Kalinka” adlı yağın kilosu 4 manat, “Zolatava”yağlarının kilosu isə 4 manat 20 qəpikdir. Yəni, bu məhsulların heç birinin təmiz kərə yağı olduğuna zəmanət verilməyib.
Marketlərdə axtarışlarımız nəticəsində “Bruyonkin”adlı yağın kilosunun 4 manat 46 qəpik, “Maslo Dabroye”adlanan məhsulun 5 manat 54 qəpik, “Alpen”yağlarının isə 6 manat 25 qəpiyə satıldığını gördük.
Bu cür yağlar bazarlarda “n” qədərdir, adlarını, növlərini saymaqla bitməz, bunun üçün gərək ayrıca siyahı tərtib edək. Sadəcə, faktları göstəririk ki, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Gömrük Komitəsi və digər aidiyyatı qurumlar yağ bazarında nə baş verdiyini görsünlər.
Amma Qida Agentliyi indiyə qədər bu məhsulların keyfiyyəti barədə araşdırma aparmayıb, bəlkə də ilk dəfə bizim tərəfimizdən tanış olurlar.
Hərçənd ki, Gömrük Komitəsindən izahat tələb etməliydilər – bu yağlar Azərbaycana necə idxal olunur, Qida Agentliyi tərəfindən bu qidalar yoxlanılırmı, yox, əgər, ölkə daxilində hansısa yerlərdə istehsal edilirsə, o zaman Fitosanitar Xidməti, Qida Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti bu günə qədər hara baxıblar? Suallar açıq qalır…
Ona görə ki, ölkəyə idxal edilən palma yağlarının başında “Broker” MMC rəhbəri, “veteran” gömrük monopolisti Əbülfəz Məlikovun dayandığı iddiaları var.
Qida Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin isə Əbülfəz Məlikovla işbirliyində olduğu iddiaları səslənir. Bu, iddia inandırıcıdır. Çünki ekspert Eyyub Hüseynov Q.Təhməzlinin “Leş Tofiq”ə sertifikat verdiyini açıqlamışdı.
Əgər AQTA sədri Avropada bizneslərini murdar ət hesabına artırırsa, niyə də Əbülfəz Məlikovun xalqın, uşaqlarımızın gələcəyini genefondunu məhv edən palma yağlarına “yaşıl işıq” yandırmasın?!
Baxmayaraq ki, Q.Təhməzli məhz belə açıqama vermişdi: “Nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur. Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar.
Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.
Onda, buyurun Qoşqar müəllim, yuxarıda adı çəkilən yağları və fotolarını sizə təqdim edirik, araşdırma aparın. Axı özünüz deyirsiniz, 5 manata nehrə, kərə yağı olmursa, bu 5 manatlıq yağlar hansı dələduz, cinayətkarın xalqa sırıdığı məhsuldur? Niyə yoxlama aparmırsınız?
Anlaşılandır, Əbülfəz Məlikovun gömrükdən uzaqlaşdırıldığı ilyuziyası yaradılsa da o, “Broker” MMC-nin əvəzinə “Delta Qrup C.O.” MMC vasitəsi ilə Azərbaycana yağ idxalına nəzarət edir. Bu yağlar isə kərə yağı adı altında xalqa ucuz sırınan palma yağları olduğu iddia edilir.
Qeyd edək ki, palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.
Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir – tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.
İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər. Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.
Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.
Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı pis xolesterini artırır. REPORTYOR.info
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
7 may 2024 00:25
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 2024 19:29
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25