“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”
"İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycanın ilk təhsil naziri Firudin Cəlilov bakupost-a müsahibəsində testi ölkəyə kim gətirib sualına cavab verərkən deyib.
O, test üsulunun Azərbaycana Vurğun Əyyubun deyil, özünün gətirdiyini qeyd edib:
"Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya “hə” de, ya “yox”. Konkret razılıq vermədi. Orda bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.
Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuludur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. Təbii ki, Elçibəyin sonrakı razılığı olmasaydı və Vurğun bəyin gərgin əməyi olmasaydı, test imtahanı baş tutmayacaqdı. 1993-cü ildən 2005-2006-cı ilə qədər “Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Ülvi Quliyevin Avropada oğlunun adına olan mülkləri alınır: Oliqarx deputat London Məhkəməsinin hədəfindədir
11 mart 2024 16:43
- 18 yaşlı gənci TOK vurub öldürdü
10 mart 2024 22:51
- Ərdoğan METRO xəttində qatar sürdü - MARAQLI GÖRÜNTÜƏR
10 mart 2024 20:43
- Milli Teatr Günüdür
10 mart 2024 13:30
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05