Bir ana Prezidentdən və deputatdan imdad diləyir
Sabunçu icra hakimiyyəti vətəndaşın qanuni mənzilini başına uçurdu
Bir neçə ay əvvəl mətbuatda gedən məlumatdan bəlli olurdu ki, bu il Bakı şəhərində 17 binanın sökülməsi planlaşdırılır. Həmin binalardan biri də Sabunçu rayonu , Sabunçu qəs, A.Rəsulzadə küçəsindəki 2 saylı binadır.
Qısa məlumat üçün qeyd edək ki, bu bina keçən əsrin ortalarında tikilib. Və həmin binada xeyli sayda vətəndaş öz ailə üzvləri ilə yaşayırdı və binada rəsmi pasport qeydiyyatları var və mənzillər özəlləşdirilib. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların yaşayış şəraitini yaxşılaşdırılması ilə bağlı xoşməramlı təşəbbüsü bəzi məmurlar üçün əməlli-başlı gəlir mənbəyinə çevrilib. Ən pisi odur ki, bu söküntü prosesində yüzlərlə, bəzən minlərlə vətəndaş dövlətdən narazı salınır. Bu prosesdə əsas mexanizm belə düşünülüb: vətəndaşlara məxsus faktiki yaşayış sahəsi qəsdən az göstərilir, vətəndaşlara ödənilən kompensasiya azaldılır və nəticədə vətəndaşlar dövlətdən narazı salınır. Cənablar, axı dövlətin vaxtilə tikdiyi bınanın faktiki sahəsini necə azaltmaq, yaxud artırmaq olar? Axı, binanın, yaxud mənzillərin divarlarını necə sürüşdürmək olar ? Haqqında bəhs edəcəyimiz müraciət də belə haqsız-ədalətsiz məmur yanaşması ilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz Sabunçu qəs, A.Rəsulzadə küçəsinədki 2 saylı binanın 52 saylı mənzilində yaşayan Allahverdiyeva Xalidə Saday qızı dövlət başçısı cənab İlham Əliyevə və həmin ərazidən millət vəkili seçilmiş hörmətli Fazil Mustafaya müraciət edərək kömək - imdad diləyir. Müraciətdə deyilir:
"Hörmətli İlham Əliyev cənabları !
Sizin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın xalqımızın rifahı üçün etdikləriniz, atdığınız humanist addımlar cəmiyyət tərəfindən yüksək qarşılanır. Təəssüf ki, bəzi məmurlar Sizin bu xoş məramınızdan sui-istifadə edir və mənim kimi yüzlərlə, minlərlə ailəni dövlətdən narazı salır.
Belə ki mən Allahverdiyeva Xalidə Saday qızı 5 nəfərlik ailəmlə və bacım 2 xəstə uşağı ilə Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi, bina 2, mənzil 52 ünvanda uzun illərdir yaşayırıq, pasport qeydiyyatımız var. Binanın sökülməsi ilə bağlı dəfələrlə Sabunçu icra hakimiyyətində icra başçısı Adil Vəliyevin qəbulunda olmuşam və məsələnin ədalətli həllini ondan xahiş etmişəm. Və məsələ ədalətli həll olunmasa binadan çıxmayacağımı bildirmişəm. Sonra Bakı şəhər icra hakimiyyətindən gələn komissiya mənim haqlı olduğumu ortaya çıxarıb. Buna baxmayaraq mənim haqlı tələbim dövlət qurumları tərəfindən təmin edilməyib və üstəlik mənzilim başımıza uçurulub, ev əşyalarımız orda qalıb.
Cənab Prezident !
Axı, mən keçən əsrin ortalarılnda dövlət tərəfindən inşa olunmuş mənzilimin sahəsini necə artıra bilərəm? Mən binanın divarlarını sürüşdürə bilərəm ? Bu məntiqsizlikdir. Mənim 5 nəfərlik və bacımın 3 nəfərlik ailəsini bayıra atıb kimlərsə özünə 7 mərtəbəli bina tikdirəcək deyə biz bayırda qalmalıyıq ?
Cənab Prezident! Belə ədalətsizlik olar ?Bayıra atılan 2 uşaq ağır xəstədir. Mən isə bir ana olaraq ordumuz üçün əsgər böyüdüb tərbiyə edirəm. Sabunçunun icra hakimiyyəti anaya belə hörmət qoyur ?
Möhtərəm Prezidentim !!!Mən artıq heç nə, heç bir güzəşt, kompensasiya tələb etmirəm. Mən faktiki olaraq uzun illər yaşadığım mənzilin sahəsinin düzgün, ədalətli hesablanmasını tələb edirəm. Bununla bağlı sonuncu dəfə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbuluna yazıldım. Mənə bildirdilər ki, məsələ Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb və problem ədalətli həll olunacaq. Ancaq hər dəfə Bakı ŞİH-ə zəng edirəm cavab verirlər ki, məsələyə baxılacaq. Nə vaxt həll olunacaq ? Konkret cavab yoxdur.
Əziz Prezidentimiz ! Mən bir ana kimi Sizdən xahiş edirəm, rica edirəm 8 nəfərlik ailəmin hüquqlarını qopruyun.
Sonda seçicisi olduğum hörmətli millət vəkili Fazil Mustafaya da üz tuturam. Sayın millət vəkilim !Mən anayam, ailə başçısıyam. Mən Sizdən heç nə istəmirəm. Haqqımı tələb edirəm. Bu məsələdə 8 nəfərlik ailəyə kömək olun".
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Şəhid atası oğlunun adına park salıb, ancaq açılış edə bilmir...
19 fevral 2024 15:54
- Deputatın oğlu ilə məşhur həkimlər arasında qalmaqal
25 yanvar 2024 19:06
- Deputatdan təklif: Matəm günləri təqvimdən çıxarılsın"
2 oktyabr 2023 13:42
- Prezidentdən təbrik məktubu
30 sentyabr 2023 16:40
- Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin AÇIQLAMASI
29 sentyabr 2023 11:22
- Sumqayıt ,yetim şəhərim, qalmısan əsir -yesir dəllaların əlində...
19 sentyabr 2023 18:09
- Prezidentdən Vaqif Mustafayevlə bağlı - Sərəncam
28 avqust 2023 16:38
- Prezidentdən yeni icra başçısı - Təyinatı
5 avqust 2023 13:43
- Deputatdan nazirə cavab - Adımı siyahıdan çıxarıb ki...
18 iyun 2023 13:11
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41