50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
Dünya19 noyabr 2019 13:27
Bu gün Xalq artisti, bəstəkar Emin Sabitoğlunun anım günüdür.
kulis.az bu münasibətlə sənətkar haqda maraqlı faktları təqdim edir.
Emin Sabitoğlu Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində dünyaya göz açıb.
***
Yazıçı ailəsində doğulmağı onun gələcəkdə bir sənətkar kimi yetişməsində müstəsna rol oynayacaqdı. Evlərinə daim məşhur şairlər, yazıçılar, sənətkarlar gələrdi.
***
Emin Sabitoğlu indiyə kimi 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəstəkarın tamaşalara yazdığı o qədər çox musiqisi var ki, özü də sayını dəqiq deyə bilmirdi.
***
Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini uğurla bitirib.
***
Hələ gənc ikən çalışmağa başladığı ilk müğənnilərdən biri Şövkət Ələkbərova olub. Şövkət xanıma mahnılar bəstələyib. Həmin mahnılara görə "Komsomol mükafatı” qazanıb.
***
Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi nəhəng sənətkarların repertuarında mühüm yer tutub.
***
Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olurlar və evlənirlər.
***
Bu evlilikdən bir qızları olub. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib.
***
İkinci həyat yoldaşı o dövrün tanınmış müğənnisi Xədicə Abbasova olub. Elə Cəmilə xanımdan ayrılmağına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da qızı ilə heç vaxt əlaqəni kəsməyib.
***
Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşım vardı. Aralarında 20 yaş fərq olub.
***
İkinci evliliyindən uşaqları olmur. Daha doğrusu, iki oğlan uşaqları dünyaya gəlir, ancaq hər ikisi körpə vaxtı vəfat edirlər.
***
Mirzə Babayevin səsinə, ifa tərzinə uyğun olaraq "Kəpənək” mahnısını bəstələmişdir. Mirzə Babayev Emin Sabitoğlunun mahnılarını ən çox oxuyan müğənni olub.
***
Xədicə xanım Eminlə tanışlığını belə xatırlayır: "Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. Emin məni görəndə, Rəşid müəllimə dedi, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı. Bundan müğənni olar?” Aradan vaxt keçir Xədicə xanım sənətdə özünü göstərir və tanınır. Tədbirlərin birində görüşürlər. Emin Sabitoğlu ona vurulur.
***
Bəstəkar Xədicə xanımı sevəndən sonra teatra içkili gəlirmiş. Tez-tez sevdiyi qadının pəncərəsinin altındakı skamyada oturub gözləyirmiş. Bir gün Xədicə xanımın anası onun bu hərəkətindən təngə gəlir və bəstəkara deyir: "Qızım haqqında müxtəlif fikirlər yaranacaq, ailəli adamsınız, evinizə gedin”. Emin söz altında qalmır və dilə gəlir: "Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım”.
***
Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm sol əllə yaza bilirdi.
***
Siqaret qutularının üzərində, vərəqlərin kənarında melodiyalar yazırdı.
***
Emin Sabitoğlu əsərlərini piano olmayanda da yazırdı. Bədahətən, çox tez yazırdı musiqilərini. Əsərlərinin üzərində çox da işləmirdi.
***
O, ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Baklı vaxtına qoymuşdu.
***
Emin Sabitoğlunun qəribə xasiyyətləri vardı. Misal üçün, jurnalistlərə heç vaxt telefon nömrəsini düzgün vermirdi.
***
Emin Sabitoğlu qan təzyiqindən əziyyət çəkirdi. Bəstəkar 18 noyabr 2000-ci ildə Bakı şəhərində trombun ürəyinə tıxanması səbəbindən vəfat edib.
Oxşar xəbərlər
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 2024 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya