“Prezident diplomatik uzaqgörənliyi ilə göstərdi ki...”
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev prezident İlham Əliyevin Davosda baş tutan Ümumdünya İqtisadi Forumunda keçirdiyi görüşləri və etdiyi çıxışları şərh edib.
“Qafqazinfo” xəbər verir ki, V. Abdullayev bildirib ki, İsveçrənin Davos şəhərində keçirilən 50-ci Ümumdünya İqtisadi Forumu növbəti dəfə Azərbaycanın geostrateji mövqeyini, etibarlı tərəfdaş kimi dünyada artan nüfuzunu və respublikamızın qlobal məsələlərdə yerini və rolunu təsdiqlədi: “Forumun ən yaddaqalan məqamlarından biri “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanlanmış suallara cavabı oldu.
Moderatorun “Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına İlham Əliyevin qısa və lakonik “Bakıya” cavabı, sessiyada iştirak edən bəzi kosmopolit və “bəşəri düşüncələr” təəssüratı yaradan qeyri-səmimi siyasətçilərdə sanki bir çaşqınlıq yaratdı. Prezident İlham Əliyev əksər siyasi dövlət xadimlərindən fərqli olaraq tamamilə səmimiyyəti, geosiyasi proseslərə açıq və obyektiv fərqli və fərdi baxışları ilə, ələlxüsus da milli siyasi kaloritliyi ilə möhtəşəm xarizmasını nümayiş etdirdi.
Azərbaycanın dövlət başçısı diplomatik uzaqgörənliyi ilə göstərdi ki, dünyanın, əsasən də, Avrasiyanın siyasi güc qütblərinin maraq dairəsində yerləşən respublikamızın istinad nöqtəsi müstəqil Azərbaycandır, ən uca səmalarda dalğalanan üçrəngli bayrağımızı köksünə alan paytaxt Bakı şəhəridir. Azərbaycan qlobal siyasi marşrutların dinamik və ən hərəkətli tranzitində yerləşsə də, yolu da özü müəyyənləşdirir, həm də özü yol göstərir.
Prezident İlham Əliyev Davos tribunasından digər mövzulara münasibət bildirərkən də əsl siyasi gerçəklikləri tam çılpaqlığı ilə təqdim etdi. Qloballaşmanın dərin təsirlərinə aludə olaraq vahid dünya fəlsəfəsindən çıxış edən siyasətçilərdən fərqli olaraq milli ideyanın, azərbaycançılığın, dövlət maraqlarının hər şeydən uca olduğunu təsdiqləyən liderliyini nümayiş etdirdi. Onun “Bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir” mesajı dərin siyasi məna kəsb etməklə bütün tərəflərə, hər kəsə aydın oldu.
Dünya İqtisadi Forumu çərçivəsində keçirilən sessiyalarda çıxış edən İlham Əliyevin qlobal iqtisadi proseslərlə bağlı digər fikirləri də böyük maraq doğurmaya bilməz. Azərbaycan Prezidentinin əsas tələbi Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasına dünyanın səssizliyi, biganəliyi ilə bağlı oldu. Cənab İlham Əliyev bu işğalın daimi təhdid mənbəyi olduğunu bildirdi: “Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır”.
Azərbaycanda güclü sabitliyin təmin edildiyini xatırladan dövlətimizin başçısı regionda və dünyada baş verən geoiqtisadi və geosiyasi proseslərin beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid olmasından narahatlığını ifadə etdi: “Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.
Azərbaycan Prezidentinin müxtəlif dövlətlərin başçıları və hökumət üzvləri, eyni zamanda, nüfuzlu şirkətlərin və təşkilatların rəhbərləri ilə görüşləri də maraqlı və faydalı müzakirələr şəraitində keçdi, bu görüşlər olduqca yaddaqalan və açıq siyasi dilaoqun nümunəsi hesab edilə bilər. Onun qlobal proseslərə açıq və düzgün baxışları, cəsarətli və ədalətli mövqeyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdə qarşı tərəfin heyranlığı ilə ifadə olundu. Həmin görüşdə diqqət çəkən maraqlı epizod Azərbaycanın dövlət başçısının dünyada nüfuzuna və siyasi ehtişamına işarə edən ən mühüm detallardan biri idi. M. Barkındonun Azərbaycan Prezidentinin beş il əvvəl Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırışının iqtisadi və siyasi əhəmiyyətinə toxunaraq bu təşəbbüsün gerçəkləşməsi nəticəsində 12 ay müddətində 24 ölkə tərəfindən əməkdaşlıq bəyannaməsinin imzalanmasından sonra o dövrdə ucuzlaşan neftin qiymətinin sabitləşməsini sanki bir möcüzə kimi şərh etdi. Bu, Prezident İlham Əliyevin qlobal siyasi spekulyasiyaların və müdaxilələrin təsiri ilə süni şəkildə ucuzlaşdırılan neftin sabitliyinin təmin olunmasında uzaqgörən prinsipial liderliyinin daha bir nümunəsidir.
Prezident İlham Əliyev dünya birliyini sülhə və sabitliyə, insanların rifahına töhfə verən beynəlxalq platformada sıx əməkdaşlığa dəvət edərək Azərbaycanın bütün ölkələr üçün qlobal layihələrdə iştiraka açıq olduğunu və respublikamızın bu istiqamətdə atdığı addımların beynəlxalq əməkdaşlığa geniş imkanlar açdığını bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihəyə start verib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca xüsusi əhəmiyyət kəsb edir”.
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Prezident xalqı təbrik etdi
8 aprel 2024 19:18
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04