İsgəndər Həmidovun qardaşı oğlu: "Tərtərin icra başçısı mənə məxsus torpağı avtoritetə verib"
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadəyə məxsus torpaq sahəsini kriminal avtoritetə verib.
Bu barədə Ş.Məcidzadə özü məlumat verib. O bildirib ki, bu gün ona Tərtərdən İlqar adlı bir şəxs zəng edib: "Həbsdən təzə çıxdığını və məndən Tərtərdəki evimizin qabağında hasarlanmış baba torpağımızı ona "haqq” olaraq verməyimi istədi. Sərdar Həmidovun Tərtərin müdafiəsini təşkil etdiyi, qarşısında döyüş gedən evin torpağını. Sonra isə dedi ki, bunu ona Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Yəni Müstəqim Məmmədov özünü "kriminal avtoritet” kimi təqdim edən bu şəxsə deyib ki, Sərdar Həmidovun evinin qabağındakı hasarlanmış torpağı, bələdiyyəsinə pul köçürdüyüm və çekləri məndə olan torpağı verib "avtoritetə”! Təbii ki, buna inanmaq çətin olduğu üçün mən bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Öyrəndim ki, bəli, İlqar adlı şəxs icra başçısının qəbulunda olub! Bu o deməkdir ki, 90-cı illərin əvvəllərində Rusiyanın vilayətlərində olduğu kimi reketçiliyə himayədarlıq edən dövlət idarəetməsi praktikasını Müstəqim Məmmədov Tərtərə gətirir! Həm də Prezidentin icra hakimiyyəti başçılarına qarşı korrupsiya mübarizəsi açdığı vaxtda! Təbii ki, bunu susqunluqla qarşılamayacağıq. Dərhal araşdırmaya başladım. Öyrəndim ki, qarət, oğurluq və müxtəlif cinayət hadisələrinə görə bu və onun qardaşları doğrudan da məhkum olublar. Müstəqim Məmmədov isə bu adamları mənim və ailəmin üstünə göndərir. Əvvəllər bu kimi hadisələrdə başçılar əhaliyə zor gücünü polisin əli ilə göstərdi. İndi polis bu işlərə qarışmasa da, ən azı regional səviyyədə buna qarşıda fəaliyyət göstərə bilmədiyinin nəticəsidir ki, belə açıq zəng edib hədə və təhdid ritorikası ilə ictimai fəaliyyətlə məşğul olan bir adamdan torpaq istəyə bilirlər. Bütün həqiqətləri üzə çıxarmaq məqsədi ilə artıq araşdırma yazıya başlamışam. 102 xidmətinə bilərəkdən zəng etməmişəm! Çünki Tərtər İcra Hakimiyyətinin başçısının şəxsən verdiyi işarə ilə mənim üstümə yönləndirilən, özünü hörmətli oğlan, "avtoritet” kimi tanıdan adamla bağlı heç bir tədbir görülməyəcəyindən əminəm. Ona görə də yazı hazırlanana qədər Tərtərdə ağırlaşan kriminal vəziyyətə nəzarət etmək, konstitusion quruluşa böyük zərbə olan, dövlət qurumlarının quldur dəstələrininin əli ilə xalqa qarşı zor gücü istifadəsi praktikası ənənəsinin gətirilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirəm. Burda ictimai qaydada Tərtərdə vüsət almağa başlayan mütəşəkkil cinayətkarlığın inkişafı, hakimiyyət orqanlarının mütəşəkkil cinayətkarlığı himayə etməsi işinin qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyev və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edirəm ki, cinayətkar ünsürlər tərəfindən əhaliyə qarşı divan tutulması prosesinin qarşısını alsınlar. Buradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edirəm ki, bu hüquqi pozuntulara qarşı tədbirlər görsünlər. Bu gün bu məsələyə dair Tərtəri Parlamentdə təmsil edən Sahib Aliyevə zəng etdiyimi də bildirmək istəyirəm. Buradan jurnalistlərə, ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycanın qara günlərə getməsini istəməyən hər kəsə müraciət edirəm ki, məsələnin ictimai şəkildə araşdırılmasına köməklik göstərsin. Mən şəxsən bunu dövlətin konstitusion quruluşuna, ölkə sabitliyinə, Prezident və vitse-prezidentin aparmış olduğu islahatlar prosesinə qarşı sabotaj kimi qiymətləndirirəm. Və Tərtərdə millət vəkili adını mənimsəyən deputata çatmaq mümkün olmadığı üçün bu postu yazmalı oluram". İcra başçısı M.Məmmədovun mövqeyini dərc etməyə hazırıq. Mənbə: Pravda.az
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 2024 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41