“Prezident Elçibəyin təyyarəsinə Mingəçevirdən S20 raketi atıldı…”

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini deyib; eks-baş nazir: “Gəncədən havaya qalxan prezidentin təyyarəsinə Mingəçevir su anbarını mühafizə edən S20 raketi atıldı”
Müsavat Partiyasının başqanı Arif Hacılı fecebook profilində özünün video-çıxışını paylaşıb. Çıxış 1993-cü ilin fevral ayında Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarışında olub. Həmin dövrdə keçmiş korpus komandiri Surət Hüseynov açıq şəkildə AXC iqtidarına qarşı çıxmışdı. Gəncədə gərginlik yaşanırdı.
A.Hacılı həmin videonu özünün qeydi ilə paylaşıb. Və videonun altında müxtəlif şərhlər yazılıb. Müsavat başqanı da bir neçə post yazaraq, o dövrdə bu çıxışının səbəbi haqda izahat verir. Həmçinin həmin vaxt Gəncə şəhərində gedən proseslərdən söz açıb.
Arif Hacılının 26 il öncəki həmin videoda dediyi sözlərlə tanış olaq: “Məsuliyyətimlə əminəm ki, Surət Hüseynov Azərbaycan prezidenti Əbülfəz Elçibəyin ardıcılıdır, tərəfdarıdır. Onun prezident seçilməsinin tərəfdarı olub, tərəfdarlarını ona səsverməyə çağırıb. Əbülfəz Elçibəy bunu kifayət qədər bilir. Söz gəzdirən, ara vuran adamlardan fərqli olaraq, dövlətin müxtəlif istiqamətlərdən informasiya yığmaq imkanları var”.
A.Hacılı dolayısı ilə Gəncəyə getməklə həmin vaxtdakı qiyamın qarşısını aldığını diqqətə çatdırır. O, həmin vaxt dövlət katibi işləyən, sonralar baş nazir postunu tutan Pənah Hüseynin onun Gəncəyə getməsinə razılıq verdiyini və ona bu sözləri dediyini yazır: “Uşaqların mənim boynuma, get”.
Daha sonra Müsavat başqanı ardıcıllıqla rəylərdə fevralın ilk on günlüyündə baş verənləri yazıb. Burada isə əsas diqqətçəkən məqam mərhum prezident Əbülfəz Elçibəy Gəncədə olarkən yaşananlardır. A.Hacılı rəylərin birində 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin S.Hüseynovun əleyhinə bəyanatını populizm adlandırıb. Hətta buna görə o dövrdə AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyevi də suçlayıb.
“Son dövrdə belə açıqlamalar çoxalıb, diskussiya istəyənlər varsa, buyursunlar. Mən hazır” |
O, İcraiyyə Komitəsinin 9 fevralda qiyamçı S.Hüseynovun və ona dəstəkçi olan müdafiə naziri Rəhim Qazıyevin xəyanətkar elan olunmaları ilə bağlı bəyanatlarının yayımlanmasına P.Hüseynlə telefon danışığı zamanı etiraz etdiyini bildirir. Səbəb kimi də Elçibəyin həmin vaxt Gəncədə olmasını göstərir.
Sitat: “Pənah Hüseyn vəziyyəti soruşduqdan sonra Fərəc Quliyevin imzası ilə bir bəyanatın olduğunu, bu bəyanatda Surət Hüseynovla Rəhim Qazıyevin xəyanətkar elan olunduğunu dedi. Onların bu bəyanatın televiziya ilə səslənməsini tələb etdiklərini bildirdi. Mənim rəyimi soruşdu. Mən belə bəyanatın indi televiziya ilə səslənməsinin çox ziyanlı olduğunu, hər şeyin artıq həll olunduğu zamanda belə bəyanatın əks effekt verəcəyini, həm də indi prezidentin Gəncədə olduğu vaxt bunu etməyin yolverilməzliyini Pənah Hüseynə dedim. O mənimlə razılaşdı. Belə bəyanatın indi səslənməsinin necə qorxunc nəticələrinin olduğunu bildiyim üçün çox narahat oldum. Bir müddət sonra özüm Pənah Hüseynə zəng vurub bu söhbətin necə yekunlaşdığını soruşdum.
O bəyanatın artıq televiziya ilə səsləndirildiyini bildirdi. Mən qəti etiraz etdim, ona mənimlə razılaşdığını xatırlatdım. Cavabı qısa oldu “Hər şey məndən asılı deyil”.
Müsavat başqanı S.Hüseynovun Ə.Elçibəy hakimiyyətinin sonunu gətirən 4 iyun qiyamından da xəbərsiz olduğunu deyir: “İyunda məsələni məndən gizli saxlamışdılar. Yalnız iyun ayının 4-də səhər saat 10-da Gəncə icra başçısının şəhərdə atışma getdiyi barədə mənə məlumat verməsindən sonra baş verənlərdən xəbər tutdum. Dərhal Gəncəyə getdim. Yerli icra başçıları və Daxili Qoşunların köməyi ilə Gəncənin girəcəyində, Zazalıda blok-post qurdum. Niyə belə mühüm məsələni məndən gizlin saxlamışdılar, qurduğum postun, müdafiə xəttinin taleyi necə oldu? Bu artıq başqa bir söhbətin mövzusudur”.
Ardınca A.Hacılı bunu yazır: “Pənah Hüseyn mənə dedi ki, Gəncədə həyata keçiriləcək tədbirlərin ciddi fəsadları olacağı ehtimalını nəzərə alaraq bəzi dövlət adamlarının, o cümlədən sənin bu məsələdən kənarda, təmiz qalmağını istədik”.
Sabiq baş nazir P.Hüseyn “Yeni Müsavat”da Müsavat başqanının statusunda adı hallanan yerlərə bu cür aydınlıq gətirdi: “Əvvəldə qeyd edim ki, Arif bəyin statusunu oxumamışam. Şərhim də sizdən eşitdiklərimə aiddir. Açığı, nə üçün birdən-birə 1993-cü ilin fevral hadisələrinin gündəmə gətirilib, aktuallaşdırıldığını da bilmirəm və anlamıram. Bu məsələlər elə 93-cü ildə həmin hadisələrin baş verdiyi günlərdə KİV-lərdə, o cümlədən, dövlət KİV-lərində kifayət qədər əks olunub. Mənim prezident Əbülfəz Elçibəyin həyatda olduğu dövrdə o hadisələr barədə yazılarım, müsahibələrim var, habelə hadisə iştirakçılarının çoxu yaşayır. Yəni o hadisələri mən, yaxud digəri təhrif etmək istəsə belə alınmaz.
Söhbət AXC İcraiyyə Komitəsinin məlum 9 fevral bəyanatından və onun ardınca həmin bəyanatın səbəbi, nəticəsi olaraq baş verən, yaxud da belə başa düşülən, qələmə verilən hadisələrdən gedirsə, suallarınızla əlaqədar aşağıdakıları deyə bilərəm:
“Prezident 8 fevralda Gəncəyə gedərkən AXC İcraiyyə Komitəsinin Surət Hüseynov barədə bəyanat verəcəyi, eləcə də həmin bəyanatın məzmunu haqqında nə Prezidentin, nə digər rəsmi dövlət vəzifəlilərinin, o cümlədən, mənim və Arif bəyin informasiyası olmayıb. 9 fevralda, axşam xəbərlərinin efirə getməsinə təxminən 2 saat qalmış Teleradio Komitəsi sədrinin birinci müavini Səfər Alışarlı mənə təxirəsalınmaz mühüm işlə bağlı təcili qəbula gəlmək istədiyini bildirib. Qəbul etmişəm. Məlum olub ki, AXC İcraiyyə Komitəsindən televiziyada oxunmaq üçün sənəd daxil olub və Səfər Alışarlı hesab edib ki, həmin sənədin efirə getməzdən əvvəl siyasi rəhbərliyin tanışlığına və efirə getməsi üçün icazəsinə ehtiyac var. Sənədlə tanış olmuşam. AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevi dəvət etmişəm. Sənədin bəyan edilməsinin ləngidilməsinin mümkünlüyü haqqında onun fikrini öyrənmişəm. Fərəc Quliyev bildirib ki, İcraiyyə Komitəsi bu gün artıq mətbuat konfransı keçirərək həmin bəyanatın yazılı mətnini mətbuat nümayəndələrinə paylayıb və əlavə edib ki, komitə bəyanatın efirə getməsində təkid edir. Mən Gəncə ilə əlaqə saxlamışam. Orada səfərdə olan prezidenti məlumatlandırmışam. Prezident sənədin dövlətin rəsmi mövqeyi olmadığını, AXC İcraiyyə Komitəsinin sənədi olduğunu bildirib. Əbülfəz bəyin mövqeyi belə olub ki, bəyanat bir ictimai-siyasi təşkilatın orqanlarından birinin mövqeyidir. Bir növ mənim öhdəmə buraxıb, mən də sənədin artıq KİV-də paylandığını nəzərə alıb efirə getməsinə razılıq vermişəm. Dəqiq deyə bilərəm ki, sənəd efirdə oxunana qədər Gəncədə olan hər hansı digər şəxslərlə bu barədə müzakirəm olmayıb.
Sənəd TV-də oxunandan bir qədər sonra o vaxtkı müdafiə naziri mənə zəng edib. Olduqca emosional formada etiraz bildirib. Hətta sonda, ola bilsin emosional çılğınlıq halının təsiri ilə və yəqin ki də belə olub, hərbi təyyarələri qaldırıb Prezident Aparatının binasını bombalamaqla hədələyib. Bundan bir qədər sonra hərbi əks-kəşfiyyat xətti ilə Surət Hüseynovun nəzarəti altında olduğu məlum olan bəzi hərbi hissələrin Gəncə şəhərində və ətrafında şübhəli hərəkətlənməyə keçdiyi haqqında məlumatlar daxil olub. Mən hətta emosional halın nəticəsi olsa belə müdafiə nazirinin Prezident Aparatını bombalamaq hədəsi və Gəncədəki hərbi hərəkətlənməni ciddiyə alıb, prezidentə məlumat vermişəm, ondan aldığım yetki ilə müdafiə nazirinin birinci müavini Vahid Musayevi, daxili İşlər nazirinin müavini Rövşən Cavadovu (nazir İ.Həmidov həmin anda cəbhə bölgəsində idi), Bakı şəhər havadan müdafiə qüvvələri komandanını və digər güc strukturları rəhbərlərini Prezident Aparatına dəvət etmişəm və elə oradan bütün qüvvələrə həyəcan əmrləri verilib və digər tədbirlər görülməyə başlanılıb. Ali Sovetin sədri İsa Qəmbərlə məsləhətləşmədən sonra Prezidentin Gəncədən təcili olaraq Bakıya qayıtması qərara alınıb. Üzərində geniş dayanmayaraq qeyd edirəm ki, Prezident təyyarəsinin Gəncə hava limanından uçmasının qarşısının alınmasına cəhd edildi və prezident təyyarəsi ekstremal bir vəziyyətdə qaranlıq hava limanından havalandı və təyyarənin uçuş marşrutu ənənəvi olmayan xətt üzrə həyata keçirildi. Yəni təyyarə Mingəçevir su anbarı üzərindən dövrə vurmadı. Sonrakı günlərdə Mingəçevir su anbarını mühafizə edən S20 raketlərindən birinin prezident təyyarəsinə atıldığı məlumatı gəldi. Rəsmi təhqiqat başlanıldı, cinayət işi açıldı və həmin cinayət işinin materialları saxlanır. Bir məsələni qeyd edim ki, prezident təyyarəsinin vurulması planı heç cür AXC İcraiyyə Komitəsinin bəyanatı ilə bağlı ola bilməzdi. Bir neçə saat ərzində bu cür planı hazırlayıb, icra etmək qeyri-mümkün məsələdir. Bu baxımdan ola da bilər ki, AXC İcraiyyə Komitəsinin bəyanatının açıqlanması daha dəhşətli sui-qəsd planını pozmuş oldu.
Hadisələr başlandıqdan sonra Gəncədə prezidentlə olan vəzifəli şəxslərlə, o cümlədən Arif bəylə mütəmadi danışıqlarım olub. Arif bəyin Gəncədə qalması məqbul sayılıb. Qeyd edim ki, o, Gəncəyə prezidentin təyyarəsində yox, prezident avtomobilində getmişdi. Bunun da səbəbləri vardı. Prezident Bakıya qayıtdıqdan sonra Gəncədə Surət Hüseynovun tərəfdarları şəhəri ələ keçirməyə cəhdlər ediblər, hökumətə ultimatum ünvanlayıblar və həmin anda hadisələrin məcradan çıxmamasında orda olan Arif bəyin ciddi rolu olub. Müəyyən məqamda Arif bəy mənə zəng edib ki, Surət Hüseynov onunla görüşmək istəyir, ancaq hərbi şəhərcikdə. “Get. Ailədən, uşaqlarından arxayın ol, səni öldürsələr onlara baxarıq” sözlərini də onda demişəm. Arif bəy həmin görüşdən sonra Bakıya gəlib və rəhbərliyin tapşırığı ilə AZ TV- də hadisələr haqqında çıxış edib. Bu çıxışına qarşı AXC rəhbərliyindən bir qrup şəxs ona haqsız hücumlar etdi, lakin prezident və digər siyasi rəhbər şəxslər, o cümlədən İsa Qəmbər və mən onu müdafiə etdik və bildirildi ki, Arif Hacılı prezidentin göstəriş və tapşırıqları ilə hərəkət edib, danışıb və rəhbərliyin mövqeyini ifadə edib”.
P.Hüseyn bu yerdə bir qədər kinayəli tonda danışdı: “O ki qaldı ”mən olsaydım”, “mən bilsəydim”, “mən etsəydim başqa cür olardı” kimi mülahizələrə çıxış etmək insanların hüququdur. O cümlədən 4 iyun hadisələri ilə bağlı. Bunun əksini iddia etmək də digərlərinin hüququdur. Şəxsən mən bu tip iddialara o qədər də ciddi yanaşmıram və ciddi saymıram. Ancaq nəzərə alaraq ki, son dövrdə belə açıqlamalar çoxalıb, diskussiya istəyənlər varsa, buyursunlar. Mən hazır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
2 iyul 2025 20:12
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
2 iyul 2025 19:15
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
1 iyul 2025 19:04
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
1 iyul 2025 16:20
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
1 iyul 2025 11:27
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 2025 17:46
- Kəngərliyə növbəti köç karvanı yola salındı (FOTO)
30 iyun 2025 09:18
- Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi
30 iyun 2025 01:42
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
- Fasiləsiz 90 saat uça bilən quş - Bioloq açıqladı
02 iyul 11:31
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
02 iyul 10:46
- Azərbaycan Polisi 107 yaşında!
02 iyul 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
02 iyul 09:58
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18