Kardiologiya İnstitutunda nə baş verir? Baş direktor və ətrafı narahatdır
Ondan başlayaq ki, Kardiologiya tibbin ürək xəstəlikləri, onun əmələ gəlməsi və müalicəsi ilə məşğul olan geniş bir sahəsidir. Bu sahənin fəaliyyəti ilə məşğul olan həkimlərə kardioloqlar, məşğul olmayanlara isə…
Bütün dünya ürək-damar xəstəliklərinin cavanlaşması prosessinin qarşısını almaq, yeni yollar, müasir müalicə üsulları axtardığı halda, ölkəmizdəki Elmi –Tədqiqat Kardiologiya İnstitutunda hələ də isti küləklər əsir. Pul alan, pul verənə, vəzifəsini itirən ürəkdən xəbəri olmayan şöbə müdirinə, reanimasiya şöbəsi qəbiristanlığa, yeni və gənc direktor da bunlara qarışıb.
Durmadan inkişaf edən ölkələrdə baş kardioloq adını qazanmaq üçün azı 20 il təcrübə, 100-dən artıq elmi məqalə sahibi olmalısan. Azərbaycanda isə şükürlər olsun elə problem yoxdu. Tibb Universitetini bitirdinsə, bir iki il çalışdınsa, rəngləri tanıdınsa baş kardioloqsan.
Amma nədənsə ölkəmizdəki o yekəlikdə Elmi –Tədqiqat Kardiologiya İnstitutunun yeni direktoru Gülnaz Dadaşova fəaliyyəti ilə özünə Baş Kardioloq dedizdirmək istəmir. Bu barədə daha sonra…
Son illər prezident İlham Əliyevin ölkənin tibb sahəsinin inkişafı, paytaxtda və regionlarda xəstəxanaların əsaslı təmiri və tibbi avadanlıqlarla təminatı üçün sərəncam və fərmanları ciddi şəkildə icra olunmaqdadır. İnsaf naminə demək lazımdır ki, bu gün Bakıda və regionlarda təmirsiz, müasir tibbi avadanlıqlarla təmin olunmayan çox az sayda xəstəxana var. Paytaxt Bakıda isə elə tibb müəssiələri var ki, bura xüsusi diqqət və qayğı göstərilir və bu xəstəxanaların inkişafı, gələcək fəaliyyəti barədə ciddi planlar hazırlanır. Belə tibb ocaqlarından biri də, C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutudur.
Adından da göründüyü kimi, bura sıradan bir tibb ocağı deyil, İnstitutdur. Ola bilər ki, bu İnstituta yeni direktor təyin olunan Gülnaz Dadaşova bunu anlamasın. Amma söhbət ölkənin Elmi –Tədqiqat Kardiologiya İnstitutundan gedirsə, burada baş verənlərə laqeyd qalmaq mümkün deyil.
Məsələn, avropa dövlətlərində bu növ institutlara kimin rəhbərlik etməsi, məhz bu şəxsin ölkənin kardioloğiya sahəsinə hansı tövhələrin verə bilməsi əsas faktorlardan biridir. Ciddi savadı, böyük naliyyətləri olmayan və ən əsası ürək-damar xəstəliklərini dərindən bilməyən, elmi araşdırmaları olmayan adamları belə institutlara rəhbər təyin etmirlər.
Adi bir misal göstərək. Qonşu Gürcüstanda, Rusiyada kardioloğiya elminin dahilərindən sayılan, 100-lərlə elmi məqalənin müəllifi, Almaniya Kardilogiya Akademiyasının fəxri üzvləri, “ürək kralı” hesab olunan – Leo, Çazov, Paqava kimi insanlar bu sahəyə nəzarət etməyə ehtiyyat etdikləri halda gözəlim Azərbaycanda hörmətli Oqtay Şirəliyev gənc bir xanımı – Gülnaz Dadaşovanı direktor təyin edir. Çox maraqlıdır ki, bilərəkdən və ya bilməyərək direktor Dadaşova da buna etiraz etməyib, bu ağır yükü daşıya biləcəyini düşünür. Təsəvvur edirsinizmi ki, ölkənin kardioloğiya sistemi gənc bir xanıma həvalə edilib və bu direktor da nə istəyir onu da edir… Təəssüflər olsun ki, bu belədir.
Əslində “nə istəyir onu da edir” fikirləri heç özəl tibb ocaqlarının direktorlarına da şamil deyil. Çünki tibb sahəsi insan həyatının əsas hissəsini təşkil etdiyindən baş verənlər yuxarıdan aşağıya hər kəsi narahat etməlidir.
Elə bunun nəticəsidir ki, bir az imkanı olan adamlar müalicə üçün İran, Gürcüstan və diğər Avropa ölkələrinə üz tutur. Hələ ölkənin Səhiyyə naziri Oqtay Şirəliyev də müalicə və müayinə üçün Avropaya gedir. Əcəba nədən? Azərbaycanın səhiyyə sisteminə milyonlar xərcləndiyi halda sıradan adamlar və hətta nazirimiz Avropaya müalicəyə gedir? Bizdə həkim yoxdur, yoxsa, yaxşı idarəedici? Bəlkə təyinatları düz etmirik? Bəlkə “avazımız yaxşı gəlsə də oxuduğumuz quran deyil”? Bəlkə, bəlkə… Bu bəlkələrlə XXI-ci əsrə gəlib çatdıq… Amma səhiyyəmiz hələ də naşıdır.
Mətləbdən uzaqlaşmadan Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verənləri diqqətdən kənar saxlamaq gələcək nəslin ürək problemlərinin artmasına, onların hər zaman ürək xəstəliklərindən əziyyət çəkməsinə şərait yaratmaqdır.
Axı necə ola bilər ki, milyonlar ayrılan səhiyyəmiz ciddi problemlər içində çabalasın. Hansısa yeni qudanın qohumunu baş direktor təyin etmək, rəngləri rənglərə qarışdırıb qırmızı əvəzinə qara qan keçən ürək düzəltmək səhiyyənin, ölkə kardiologiyasının inkişafı deyil, cənab nazir… Axı bu gənc xanımı o yekəlikdə instituta direktor təyin edərkən ən azı tapşırın ki, professorlara, illərdir kardioloğiya sahəsini dərindən öyrənən insanlara toxunmasın. İmkansız adamlardan rüşvəti az istəsin, otaqları satmasın, dərmanları qarışdırmasın. Məncə bir daha tapşırın ki, Elmi –Tədqiqat Kardiologiya İnstitutu ucqar dağ kəndindəki feldşer məntəqəsi də deyil, bəlkə qarışdırıb nəyisə…
Son aylar C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verənlər barədə yazılır, həkimlər danışır, insanlar narazılıq edir, işdən çıxarılan illərin təcrübəli həkimləri haray çəkir, amma bu gənc xanıma dur deyən tapılmır?
Bəs səhiyyə nazirimiz nədən düşünmür ki, bu qədər həkim, hətta ürəyini götürüb bu instituta gələn məzlum xəstələr gənc direktorun fəliyyətindən niyə narazılıq edir? Hamı yalanmı danışır Oqtay Şirəliyev? Hamı Gülnaz Dadaşovanın yerinəmi göz dikib? Xəstələr də direktor olmaq istəyir? Ona görə Gülnaz Dadaşovaya böhtan atırlar?
Redaksiyaya daxil olan elektron müraciətlərdə qeyd olunur ki, direktor Gülnaz Dadaşova xəstələrə lazım olmayan dərmanların yazılmasını həkim kontingentinə məcbur edir. Hansısa dərman şirkətləri ilə razılaşmalar nəticəsində filan dərmanı falan adlı bir dərman əvəzləməlidir. Hippokrat andı içmiş bir həkimin bunu etməsi bir bəla, etməməsi, nəticədə işini itirməsi başqa bir bəladırsa, deməli bu institutda böyük BƏLA hökm sürür. O bəlanı siz görməsəz də, xalq görür, həkimlər görür, xəstələr görür. Bu yaxınlarda baş verənlərlə bağlı Gülnaz Dadaşovaya edilən xəbərdarlıq da başqa bir bəla…
Hələlik heç bir rəsmi açıqlama ilə yadda qalmayan yoxlamalar, nəticədə “xahiş edirik baş verənləri açıqlamayın, özümüz yoluna qoyarıq” kimi cavablar və sonluqda eyni əməllərin təkrarlanması deyəsən, rənglərin melodiyası ilə uyğunlaşmır. Molla Nəsrəddin demiş- “Biz belə danışmamışdıq” məsələsinə dönüb. Çünki sözügedən İnstitutda məhşur mahnıda deyildiyi kimi, “ürək deyir hələ yaşa” fikirlərinin altından qalın xətt çəkilib. Hansı ki, Gülnaz Dadaşovanın qalın xəttlərdən xoşu gəlmir.
Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verənlərin araşdırılması və ciddi tədbirlərin görülməsi aidiyyatı qurumların işidir. Əmma bu araşdırmalar zamanı nələr ortaya çıxacaq, bunun altından kim çıxacaq, bax bu başqa məsələdir. Rəngləri səhiyyəyə qarışdırıb yeni qara rəngli Elmi–Tədqiqat Kardiologiya İnstitutu yaratmaq, “Qudalar” mahnısının sədaları altında yallı getmək ÜRƏK bulandırmağa başlayıb.
Redaksiyaya daxil olan eksklüziv məlumata görə, hazırkı acınacaqlı vəziyyəti nəzarətə götürmək və həkimlərin narazılığına son qoymaq üçün Elmi–Tədqiqat Kardiologiya İnstitutunda ciddi struktur islahatlarının aparılması barədə ciddi təkliflər var.. İslahatlar zamanı Elmi–Tədqiqat Kardiologiya İnstitutunun bazasında Tibbi Müalicə Mərkəzi və yeni İnstitut yaradılacaq. Hər iki quruma daha peşəkar, savadlı və bu sahəni bilən şəxslər təyin olunacaq. Elmi–Tədqiqat Kardiologiya İnstitutunu çətin vəziyyətə salan direktor Gülnaz Dadaşova isə yeni strukturda təmsil olunmayacaq.
Məlumatda qeyd olunur ki, bu prosessdən əvvəl ciddi yoxlamaların aparılması qaçılmazdır. Bütün bunların fonunda hazırda məhkəmə salonlarında adı hallanan Elmi–Tədqiqat Kardiologiya İnstitutun hazırkı rəhbərliyi həm də səhv kadr islahatları apardığı üçün bərk narahatdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin İnstitutda apardığı yoxlamalar bitsə də, rəsmi heç bir açıqlamanın verilməməsi daha ciddi sualları ortaya qoyur. Əcəba, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Elmi–Tədqiqat Kardiologiya İnstitutunda aparığı yoxlamaların nəticəsi barədə məlumatlar niyə açıqlanmır? Açıqlanacaqmı? Bəs diğər aidiyyatı qurumlar yoxlamaları nə zaman başlayacaq? (Bizimxeber.Az)
NUH.az
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- BAKCELL-də yeni təyinat
15 mart 2024 20:20
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04