Göyçə mahalının anım günü olub
GÖYÇƏ MAHALININ ANIM GÜNÜ OLUB
Oktyabrın 12-də Göyçə Mahal İcmasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində erməni vəhşiliyi ilə dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalan göyçəlilər itirilmiş yurd yerlərinin Anım Gününü qeyd ediblər. “Mənim Göyçə adlı bir həsrətim var” adlı tədbiri giriş sözü ilə açan mahal icmasının sədri Mürvət Yusifov çıxşında bildirib ki, rus imperiyasının erməni daşnaklarına verdikləri dəstək nəticəsində Göyçə mahalının yerli əhalisi bir neçə dəfə məskunlaşdıqları yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıblar: “ Göyçə təkcə xalqımızın saz-söz sənətinin beşiyi kimi tanınmır. Eyni zamanda 170 ilə yaxın bir zaman kəsiyində apardığı mübarizələrin nəticəsində tarixi torpaqlarımızda qalıb, burada yaşayıb-yaradıblar. Bizim babalarımız bu illər ərzində təkcə erməni ilə deyil, həmçinin onlara arxa-dayaq olan Rus imperiyası ilə də döyüşüb, mübarizə aparıblar. Amma bu dəfə arxa dayaqları möhkəm olub. 31 ildir ki, geri dönə bilmirik. Bunun nəhayət bir sonu olmalı, öz tarixi torpaqlarımıza sahib çıxmalı, işğaldan azad etməliyik.” Çıxış edənlərdən şair Eldar İsmayıl ermənilərin Göyçə mahalında və o cümlədən Qərbi Azərbaycanda törətdikləri faciələrdən, tarixi torpaqlarımızda baş vermiş hadisələrdən və proseslərdən söhbət açıb. Bu barədə yazdığı tarixi romanların əhəmiyyətini vurğulayaraq haqq səsimizin beynəlxalq arenaya çatdırılmasının vacibliyini bildiribdir. Məruzəçilərdən tarixçi Qəhrəman Cəfərov isə Göyçə mahalı, İrəvan və digər mahallarla bağlı tarixə ekskursiya edərək, ermənilər tərəfindən təşkil olunmuş çoxsaylı terror təşkilatlarından və bu təşkilatların xalqımızın başına gətirdiyi çoxsaylı fəlakətlərdən söhbət açıb. Digər məruzəçilərdən professor Fərrux Rüstəmov, şairlərdən Aqşin Hacızadə, Səyyarə Məmmədli, jurnalist Qabil Zimistanoğlu, Aşıq Alı nəslinin nümayəndəsi Taleh Əlioğlu, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, Qərib Həsənli, Taleh Abbas, Zəfər Zeynallı Göyçə mahalı ilə bağlı xatirələrini danışıb, erməni şövinizmi və vəhşiliyi ilə bağlı məqamlara toxunublar. O yerlərə həsr edilmiş şeirlər söyləyən məruzəçilərin hər biri yurd həsrəti ilə bağlı qəlbindən keçənləri dilə gətirib, iştirak edənlər arasında kövrək hisslərin aşılanmasına səbəb olub. Aşıq Bəhmənin sazda, Əziz Göyçəlinin isə balabanda özünəməxsus ifaları tədbirin axarına bir rəng qatıb. Ləman İsmayılovanın sazda ifası, Günay və Elay Vəlizadə bacılarının qiraətləri alqışlarla qarşılanıb. Tədbirdə çıxış edənlərin hər biri nitqində tezliklə yurd yerlərinə geri qayıtmaq arzusunu səsləndirib.
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49