Azərbaycanda yaşıl turizm və kiçik sahibkarlığın inkişafı
Ekoloji Tarazliq İctimai Birliyi KetuRy İctimai Birliyi
Azərbaycan – Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik, unikal tarixi və mədəni irsi olan ölkədir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələrinin olması ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır.
Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm iqtisadiyyata təsir göstərən güclü amildir. Dövlət büdcəsinin formalaşmasında,ticarət balansının sabitləşməsində turizm mühüm rol oynayır. Lakin turizmin rolu təkçə buninla bitmir, ölkədə turizmin dayanıqlı inkişafı ölkə iqtisadiyyatının bütün istiqamətlərinə mühüm təsir göstərir və ölkənin beynəlxalq imicinin formalaşması və nüfuzunun yüksəlməsinə zəmin yaradır.Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib. Ümumdünya Turizm Təşkilatının hesablamarına görə, 2020-ci ildə dünyada turizm gəlirləri 2 trilyon dollar olacaq və bunun da 20%- ə qədəri kənd turizminin payına düşəcək. Kənd Turizminin sürətlə inkişaf etdirilməsi, daxili və xarici turistlərin Azərbaycanda yaşıl turizmə maraqlarının artırılması respublikada son zamanlar müşahidə olunur. Azərbaycanda yaşıl turizmin inkişafı, bələdçilərin təlimatlandırılması, mükəmməl turizm marşrutların işlənib hazırlanması, daxili və xarici turistlərə təqdim edilməsi, turizm sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıgın inkişafı - ölkədə dayanıqlı turizmin inkişafı və qeyri-neft sektorundakı sahələrdə çalışan insanların gəlirlərinin artırılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına bir başa müsbət təsir göstərəcək.
Ekoloji Tarazliq İctimai Birliyi – KeTury (Finlandiya) ictimai təşkilatı ilə birqə Finlandiya Xarici Işlər Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2017 - ci ildən - “Turizmin inkişafı və Azərbaycan kəndlərində yerli sənətkarlığa dəstək” layihəsini icra edir.Layihə çərçivəsində ölkəmizin Lənkəran- Astara, Qəbələ-Şəki, Quba regionlarında Ekoloji Tarazlıq ictimai birliyi Ketury ictimai birliyi ilə birgə və Azərbaycan Turizm və Menecement Universiteti əməkdaşlıq vasitəsi ilə - kənd turizmi bələdçilik kurslarını təşkil etmişdir.
Bu kurslarda iştirakçılara dayanıqlı turizm prinsipləri, turizm marşrutlarının hazırlanması, bələdçilərin vəzifə və borcları, qonaqpərvərlik üzrə təlimatlar verilmişdir. Layihə çərçivəsində kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlara texniki və maliyyə dəstəyi, Finlandiyanın Tampere, Kayane və Azərbaycan Turizm və Menecement Universiteti tələbələr və müəllim heyyəti üçün mübadilə proqramları, Şəki, Quba və Lənkaranda Ekoloji Yay Düşərqələri təşkil olunmuşdur. 2018-ci ildə layihənin fəaliyyəti və nəticələrinə dair jurnalistlərlə görüşlər və layihənin bir neçə dəfə təqdimatı keçirilmişdir. Layihə çərçivəsində Kənd Turizmi Marketinq Strateqiyası konsepsiyası hazırlanmışdır və Azərbaycan Turizm və Menecement Universitetində respublikanın turizm sahəsində olan aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı olmuşdur. Hal-hazırda həmin strategiya mütəxəssislər tərəfindən verilmiş şərhlər nəzərə alınmaqla yenidən hazırlanır və 2019-ci ilin axırlarında müvafiq dövlət və ictimai qurumlarına təqdim olunacag.Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov öz çıxışlarında qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu da dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı turizmin də inkişafına təkan verəcək. Qatar turizminin inkişafı böyük İpək Yolunun inkişafında yeni mərhələ olacaq. Yaxın gələcəkdə dəniz turizmi də inkişaf edəcək, kruizlər fəaliyyətə başlayacaq. Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahili ölkələri ilə turizm əlaqələrini canlandıracaq və sıx iqtisadi münasibətlər yaradacaq.Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir.
Dövlətin diqqəti və qayğısı sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində Turizm Peşə Məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində Turizm Peşə Məktəbi və Liseyi, Mingəçevir şəhərində Turizm Kolleci fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir. Layihə çərçivəsində Ekoloji Tarazlıq ictimai təşkilatı Ketury Finlyandiya ictimai təşkilatı ilə turizm sahəsində bütün yaradılmış təşkilatlar və qurumlarla əməkdaşlıg edir və layihə ilə baglı fəaliyyətlərə cəlb edir.
Gülqız Süleymanova
turizm
- Azərbaycanda yeni idman növü yaradıldı
8 may 2024 12:50
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
3 may 2024 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25