"Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcəklər o cəhənnəmə"
Müsahibə2 noyabr 2019 12:49
Hələlik düşüncəmiz yerindədir, amma bir az ayağımda problemlər var".
Bu sözləri Xalq şairi Ramiz Rövşən oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.
"Həkim nəzarətindəyəm. Zaman-zaman gedib müayinələrdən keçirəm. Bir ay kurs keçəcəyəm, düzələcək hər şey. Bizim xəstəliyimiz maraqlı deyil insanlara”.
Nəsimi ilə çərçivəsində dahi şairin qəzəlinə bir çox müğənnilər mahnı ifa ediblər. Ancaq bu mahnılar cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
"Sənətçilərin ifalarını necə dəyərləndirirsiniz?” sualını Ramiz Rövşən belə şərh edib:
"Xumar Qədimovanın dahi şairimiz İmadəddin Nəsiminin "Neylərəm” adlı şeirinə yazılmış mahnısını çox bəyəndim, ifasından isə zövq aldım. Bu il Nəsiminin 650 illiyi qeyd olunur. Nəsimi ilinin çox uğurlu işlərindən biridir.
Xumar xanımın ruh doğmalığı var. Ruh doğmalığı hətta oxuduğu mahnıda da özünü büruzə verir. Xumarın mahnılarının dinləyicisiyəm. Onun mahnılarında səmimiyyət var. Özünü bu mahnılarda gözəl ifadə edir. Cəlb edir insanı. Şeir də, mahnı da elədir. Bir var adam yazır, bir adam yaşayır. Əgər o yaşayırsa, onu oxuyan, dinləyən də yaşayır.
Sami Yusufla Sevda Ələkbərzadənin ifasını dinləmişəm. Çox bəyəndim. Sevda Ələkbərzadənin ifalarını çox sevirəm. Sevda o gün Çingiz Ələkbərzadənin "Zindan” adlı kitabının təqdimat mərasiminə qatılmışdı. Orada da ifaları ilə qəlbləri oxşadı. Çox fərqli müğənnilərdir. Həm Sevda, həm də Xumar. Hər ikisində "Mən” başlanğıcı var. Onların hər ikisi özünü gözəl ifadə edə bilirlər. Onları fərqləndirən də odur.
Afətin Nəsiminin "Sığmazam” qəzəlinə mahnı qoşub oxuması belə faciə deyil. Şəxsən mənim üçün Nəsiminin qəzəlinə mahnı qoşub oynamaq qəribədir. Amma inandırım sizi, Nəsimidən heç nə getmir. Baxın, Avropanın özündə böyük sənət əsərlərini qeyri ciddi mahnılarla sintez edirlər. Bu da Afətin improvizəsi idi. Mən orada faciəyə rast gəlmədim. Normaldır. Amma Nəsiminin ruhu başqadır.”
Müğənni Akif İslamzadənin "Qadınların yeri cəhənnəmdir” kəlməsi cəmiyyətdə qəzəblə qarşılanıb. Bu sözlərinə görə bir çox həmkarları, eləcə də, sosiak media əhli onu linç edib.
Xalq şairi Ramiz Rövşən redaksiyamızın əməkdaşı ilə söhbətində Akif İslamzadənin bu çıxışına etirazı bildirib:
"Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır ? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə. Bir dəfə bir söz dedim, onu heç kəs başa düşmədi.
Dedim ki, "Qadını biz alçaltmışıq, aşağı salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.
Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”.


Oxşar xəbərlər
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
Xəbər lenti
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
