Sərdar Cəlaloğlu övladının Londondakı şirkətindən danışdı
Cəmiyyət5 noyabr 2019 12:04
Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun övladı Cəlal Məmmədov Londonda şirkət açıb. Onun bildirdiyinə görə, "SYNERGY COOPERATION LIMITED” şirkəti bu il fevralın 15-də qeydiyyatdan keçib. C.Həsənli qeyd edir ki, S.Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da oğlu Britaniyada şirkət açmışdı.
Qoşqar Məmmədova məxsus "BYTE IT LTD” 2011-ci ildən fəaliyyət göstərib, maliyyə çətinlikləri üzündən 2015-ci ildə bağlanıb.
ADP sədri bununla bağlı "Yeni Musavat"ın suallarını cavablandırıb. Onun müsahibəsini təqdim edirik:
- Sərdar bəy, oğlunuzun Londonda şirkət açması düz xəbərdir?
- Kaş ki düz olaydı... Əvvəla, çox şad olardım ki, oğlum Londonda şirkət açsın. Çünki Cəlal beynəlxalq hüququ oxuyub, 15 ildir İngiltərə vətəndaşıdır. Amma bildiyim qədər şirkət açmayıb. Çünki onun səhhətində problem var. Ona görə yüngül, "qara” işlə məşğul olmasını istəmişik. İndi Cəlal taksi sürür. Şirkət açdığı deyilən Cəlal Məmmədovun atasının adının Sərdar olduğu orada qeyd olunmayıb. Ola bilsin ki, başqa Cəlaldır. Yəni mən Cəlalın şirkət açmasından xəbərsizəm. Amma özüm də ona demişəm ki, bizneslə məşğul ol. Sadəcə, biznes qabiliyyətimiz aşağıdır, ailəmizdən güclü biznesmen çıxmayıb. Amma yenə də oğlumdan dəqiqləşdirərəm, əgər şirkət açıbsa öyrənərəm. Mən çox arzu edərdim ki, Cəlalın şirkəti olsun.
- Ümumiyyətlə, onun şirkəti olmayıb?
- İngiltərədə şirkət açmaq asan məsələdir. Sizin fikriniz Azərbaycana getməsin. Sən orada üç saata şirkət yarada bilirsən. Axı İngiltərədə bürokratiya yoxdur, bir əməliyyat keçirirsən, şirkət qurursan.
- Amma cəmiyyət həmişə qınayır ki, müxalifət liderləri uşaqlarını xaricə çıxarıb, camaatın uşaqlarını mübarizəyə səsləyirlər...
- Mənim uşaqlarımın ölkədən getməsinin öz tarixçəsi var. 2003-cü ildə həbsdə olanda Andreas Qross (o vaxtkı AŞ PA həmməruzəçisi - E.S.) dedi ki, uşaqlarını tutacaqlar. Mənə təklif elədi ki, razılıq ver, onları çıxaraq. O vaxt bir oğlum Sankt-Peterburqda oxuyurdu, Cəlal isə Bakıdaydı. Qross mənə dedi ki, uşaqları incidəcəklər. Mən artıq həbsdən çıxanda Rusiyada olan oğluma BMT mühacir statusu vermişdi. Sonra ikisini də İngiltərəyə göndərdilər. Qızım isə ailə qurdu, həyat yoldaşı yaxşı yerdə işləyirdi. Məni tutanda kürəkənimin iki yolu varı idi: ya ölkədən getmək, ya da ailəni dağıtmaq. Onlar da İngiltərədədir. Yəni biz uşaqlarımızı ölkədən qaçırmamışıq. Əksinə, onların heç biri xaricdə yaşamağa razı deyildi. İndi də darıxırlar. Hazırda iki nəvəm Norveçdə yaşayır, 5 nəvəm isə İngiltərə vətəndaşıdır. Yəni bir var kefdən, bir də var məcbur qalıb mühacirətə gedəsən. O dövrdə şərtlər belə diktə edirdi.
- Nəvələrinizi görmüsünüz?
- Nəvələrimi görmüşəm. Mən gedib-gəlirəm, onlar da gəlirlər. Amma İngiltərəyə gedəndə bir ay sonra darıxmağa başlayıram. Pisdir, hər nədirsə, ən gözəli Azərbaycandır. Mənim vətənimdən getmək fikrim yoxdur, övladlarım da qayıtmaq istəyirlər. Sadəcə, burada şərait yoxdur. Sizə asan gəlməsin. Onlar Azərbaycanda harada işləyəcəklər? Heç özüm də onların qayıtmasının tərəfdarı deyiləm. Nə vaxtsa normal şərait olarsa, qayıtmağa razılaşaram.
- Mən sizin üzərinizdə fokuslamıram, Əli Kərimlinin, Arif Hacılının və başqa siyasətçilərin uşaqları da xaricdədir. Övladı Avropada, Amerikada olan siyasətçinin millətin uşaqlarını mübarizəyə səsləməsi nə dərəcədə etikdir?
- Burada qeyri-etik heç nə yoxdur. Stalin deyirdi ki, oğul ataya görə məsuliyyət daşımır. İkincisi, Sərdar Cəlaloğlu heç kəsin qızını və ya oğlunu küçəyə çağırmır. Mənim oğlumu elə mitinqlərdə iştirakına görə tutmaq istəyirdilər. Biz vətəndaşları bizim yox, öz azadlığı üçün mübarizəyə çağırırıq. Belə çıxır ki, guya övladlarımızı gizlədirik. Ümumiyyətlə, həmin vaxt həbsdə idim, mənim onları ölkədən çıxarmaq imkanım yoxuydu, bunu Qross elədi.
Mən sizə bir faktı deyim: o vaxt Amerikadakı görüşlərimə və çıxışlarıma görə Naxçıvanda əleyhimizə mitinqlər təşkil olunmuşdu. ABŞ Dövlət Departamentində görüşlərdə olmuşdum. Departament rəsmisi mənimlə şəxsi görüş istədi. Dedi ki, həyatınıza təhlükə var, Azərbaycana getməyin, qalın. Mənə ən yüksək səviyyədə mühacir statusu təklif elədi. Hətta Rəsul Quliyev dedi ki, düz deyirlər, getmə, qal. Dedim, gedərəm, kişi kimi də ölərəm, amma qalmaram. Onda kəndimizin camaatı deyirdi ki, onları asın, kəsin, bu ailəni vətəndaşlıqdan çıxarın.
- İnsanlar deyirlər ki, liderlərin uşaqları da gəlsin, bizə qoşulsun, aksiyaya çıxsınlar...
- Bu tayfa davası deyil ki?! Biz iqtidara traybalist deyirik. Amma müxalifətdən tayfabaz olmağı gözləyirik. Məsələn, Siyavuş Novruzovla bibi nəvəsiyik, indi ona deyim ki, niyə YAP-dasan? Çox qohumlarımız vardı ki, bizimlə eyni mövqeyi bölüşmürdü. Amma o dövrdə repressiyaya dözməyib ölkədən getdilər. Mən qohumumu qoruya bilmirəmsə, günahım nədir? Bu dəqiqə ali savadlı, mütəxəssis olan qardaşım taksi şoferi işləyir. Halbuki konservatoriyanı qurtarıb. Böyük qardaşım bilirsiniz ki, müharibədə döyüşüb, qazidir. Qurban bəy isə vəkil idi. Mən həmişə deyirdim ki, Azərbaycanda vəkillərin "qızıl onluğu”nda Qurban bəy var. Onu da o qədər sıxışdırdılar, vəkillik mandatını əlindən aldılar, həbs elədilər. İnsan bütün ömrünü həbsdə çürütməli deyil axı?! Məsələn, xalam uşaqları baş götürüb Rusiyaya getdilər. Bizim tayfada nə qədər ali təhsilli varsa, ölkədən gedib. Yəni onlar mənim qohumumdu deyə sıxışdırılıblar. Odur ki, reallıq budur, indi nə etməliyəm?
- Yeri gəlmişkən, qardaşınız Qurban Məmmədovun oğlu Qoşqarın da Londonda şirkət açdığı yazılıb...
- Qardaşımın günahı nədir? Onun oğlu acından ölməlidir? Ümumiyyətlə, şirkət açmaq anlayışı fərqlidir. Siz elə bilirsiniz ki, şirkət çox böyük bir müəssisə deməkdir. İngiltərədə pinəçi də bir köşk açırsa, onu şirkət kimi qeydiyyata salmalıdır. Qoşqar Londonda kompüter təmir edir. Sən bufet də açsan, şirkət kimi rəsmiləşdirməlisən. Qurban bəyin bir oğlu da İspaniyada yaşayır. Onu da burada sıxışdırmışdılar. Acından ölməli deyildi, məcbur getdi. Eləcə də Qoşqar getdi. Azərbaycanda işləməyən adam ailəsini necə dolandırsın? Bu gün nazirlərin uşaqlarının İngiltərə vətəndaşlığı var. Bizimkilər məhrumiyyətdən gedir, onlar oğurlanmış pulları ora daşıyırlar. Siz bundan danışın. Mən çox istəyərdim ki, həmin jurnalist oğlum Cəlalın şirkətinin fəaliyyət profilini də açıqlasın, hesabında nə qədər maliyyə olduğunu araşdırsın. Cəlalın çox yaxşı əlaqələri var. O, Malayziya kralının oğlu ilə dostdur. Bu cür yüksək ranqlı münasibətləri çoxdur. Ona həmişə deyirəm ki, bu əlaqələrdən istifadə elə, pul qazan. Sadəcə, səhhəti imkan vermir.
Oxşar xəbərlər
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 2026 22:20
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
