Məmur qurbanından Mehriban Əliyevaya müraciət
Dünya6 noyabr 2019 16:03
"Son bir ildə oğlum Məmizadə Rəvanın sadəlövhlüyündən və etibarından istifadə etmiş Naftalan rayonu İcra Hakimiyyəti başçısının müavini Cabbarova Afət Hüsü qızı yüksək vəzifəli polis generalının adından, Xudiyeva Yaqut Rəşid qızı isə xalası oğlu – Goranboy rayonunun deputatı Mahir Aslanovun adından istifadə edərək güvən qazanmış və oğlumun bir qohumunu - Mahmudov Hüsü Əsgər oğlunu guya Dövlət Yol Polisi Xidmətinə bir həftə müddətində işə düzəldəcəkləri barədə söz vermiş və ondan yuxarıda göstərilən tarixdə 25000 AZN pul almışdırlar".
Bu sözlər Laçın rayonundan məcburi köçkün, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Yasayis massivində yaşayan Cəbrayılova Raya Novruz qızının Qaynarinfo-ya göndərdiyi I Vitse-prezident Mehriban Əliyevaya müraciətində deyilir.
O, şikayətində yuxarıda adı çəkilən yüksək çinli məmurlar tərəfindən aldadıldıqlarını iddia edib.
Raya Cəbrayılovanın məsələ ilə bağlı Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya yazdığı şikayət ərizəsini olduğu kimi təqdim edirik:
"Yazib sizə bildirirəm ki, mən Laçın rayonundan məcburi köçkünəm, hal-hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Yasayis massivində yaşayıram. Artıq bir neçə ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm.
Bu xəstəlik onsuz da məni və ailəmi maddi olaraq sıxıntılara salıb. Bu sıxıntılar azmış kimi son bir ildə-daha dəqiq desəm, 18.12.2018 tarixindən bu günə kimi mənim oğlum Məmizadə Rəvan Əli oğlunun sadəlövhlüyündən və etibarından istifadə etmiş Naftalan rayonu İcra Hakimiyyəti başçısının müavini Cabbarova Afət Hüsü qızı yüksək vəzifəli polis generalının adından, Xudiyeva Yaqut Rəşid qızı isə xalası oğlu – Goranboy rayonunun deputatı Mahir Aslanovun adından istifadə edərək güvən qazanmış və oğlumun bir qohumunu - Mahmudov Hüsü Əsgər oğlunu guya Dövlət Yol Polisi Xidmətinə bir həftə müddətində işə düzəldəcəkləri barədə söz vermiş və ondan yuxarıda göstərilən tarixdə 25000 AZN pul alıblar.
Onlar bundan əvvəl də bəzi insanları işə düzəltdiklərini deyərək yalançı etibarlarını daha da möhkəmləndirmişdirlər. Bir müddət sonra tam dəqiq aydın olanda ki, işə düzəltmə söhbəti tam yalan və dələduzluq imiş və verilən pul da artıq bu şəxslər tərəfindən geri qaytarılmır, mən özüm Afət xanımın qəbuluna yollandım. Mənimlə söhbətində bu xanım heç bir ittihamı qəbul etmədi və sanki belə bir hadisənin olmadığını təkidlə bildirdi. Lakin oğlum pulu Yaqut xanımın evində Afət xanım da orda ola-ola pulun ona çatacağı səbəbi ilə Yaqut xanıma verib. Sonradan Afət xanım bütün bunları təkzib etdi və hətta oğlumu polisə verəcəyi ilə hədələdi.
Hörmətli Mehriban xanım, çox təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim pul verilmə məsələsi ilə bağlı əlimizdə bir sənəd olmadığına görə hər iki xanım müəyyən adamların adından istifadə edərək oğlumu belə rahatlıqla təhdid edir və daha da təəssüflər olsun ki, pulun verilməsi barədə sənəd olmadığından polis orqanları da bizim şikayətimizə baxmır. Əlbəttə ki, buna Polis orqanlarının tam hüququ çatır. Siz hər nə qədər yüksək vəzifəli rəsmi şəxs olsanız da, mən bu məktubu sizə sırf sizin həmişə istər ümumi xalqa, istərsə də fərdi şəxslərə göstərdiyiniz ədalətli köməyinizə və haqqın yerini tapması üçün heç bir güzəştə getməməyinizə görə yazıram. Bəli, mənim əlimdə heç bir sübut yoxdur, ancaq mən sizin qeyri-rəsmi ədalətinizə və mənə - xəstə və çarəsiz Azərbaycan qadınına həqiqətən köməklik edəcəyinizə inanıram. Hörmətli Birinci xanım, hər nə qədər bunlar ictimaiyyətdə dilləndirilməsə də, mən də digər azərbaycanlılar kimi sizin, hörmətli Cənab Prezidentin və qızınız Leyla xanımın saysız hesabsız çarəsiz insanların son ümid yeri olaraq onlara hərtərəfli köməklik göstərdiyinizi bilirəm.
Çox xahiş edirəm ki, mənim də bu çarəsiz səsimi duyasınız və mənim sadəlovh oğlumdan sui-istifadə edərək onun etibarını zədələyən, bir ildir onun da, mənim də həyatımızı zəhər edən bu özbaşına və dələduz insanları aldıqları pulu geri ödəmələrinə məcbur edəsiniz. Bilin ki, bu qeyri-ədalətli məsələdə ədalətin bərpası üçün yeganə və son ümid bu məktub və siz hörmətli Mehriban xanımsınız".
Oxşar xəbərlər
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
19 mart 2024 15:59
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya