Sahibkarlığa mane olan məmurlar həbs oluna bilər
Siyasət7 noyabr 2019 18:41

Sahibkarlıq fəaliyyətinə mane olan məmurlar sərt şəkildə cəzalandırılacaq.
Yaxın günlərdə xüsusilə bölgələrdə bu istiqamətdə prosesə start veriləcək. Cəzalandırma yalnız işdən çıxarılmaqla məhdudlaşmayacaq. Bəzi məmurlar hətta həbs oluna bilər.
Ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu məslənin üzərində xüsusi dayanması da deyilənlərin təsdiqi sayıla bilər.
"Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun", -deyə İlham Əliyev bildirib.
Prezident daha sonra vurğulayıb ki, sahibkarlara yönəlmiş o çirkin əllər kəsilməlidir: "Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.
Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".
Göründüyü kimi ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını açıq mətnlə bəyan edir. Deməli, problem kifayət qədər ciddidir və qartıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çatıb. Prezident artıq bununla bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini deyib. Bu isə prosesin həbslərlə müşaiyət olunacağını deməyə əsas verir.
Mənbə: "Yeni Sabah"
Oxşar xəbərlər
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 2025 11:42
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 2025 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 2025 23:06
- Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 2025 18:18
- Rusiyada Azərbaycandan gətirilən 18 TON ŞEFTALI ı məhv edildi
11 iyul 2025 14:30
- Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...
11 iyul 2025 13:39
- İran 300 MİNDƏN ÇOX ƏFQANI ölkədən qovur. SƏBƏB ?
11 iyul 2025 12:55
- -Qaş ustası- doğduğu uşağı 1 il SOYUDUCUDA saxladı və sonra...
11 iyul 2025 12:23
- Ermənistan XİN mətbuat katibi Ani Badalyan: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
11 iyul 2025 10:08
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 2025 09:48
Xəbər lenti
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 11:42
- Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi
12 iyul 11:02
- Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı
12 iyul 10:48
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 23:06
- Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 18:18
- Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi: Söyüş söyməmişəm
11 iyul 18:02
- Ermənistan mediası sülh müqaviləsinin detallarını açıqladı – Zəngəzur dəhlizi, separatçılığa qarşı öhdəlik və...
11 iyul 17:51
- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı-na yekun vuruldu
11 iyul 14:43
- Rusiyada Azərbaycandan gətirilən 18 TON ŞEFTALI ı məhv edildi
11 iyul 14:30
- İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi (FOTO)
11 iyul 13:47
- Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...
11 iyul 13:39
- Keçmiş nazir xanımı və gəlinlərindən DANIŞDI: İkisi də əcnəbidir - VİDEO
11 iyul 13:15
- İran 300 MİNDƏN ÇOX ƏFQANI ölkədən qovur. SƏBƏB ?
11 iyul 12:55
- -Qaş ustası- doğduğu uşağı 1 il SOYUDUCUDA saxladı və sonra...
11 iyul 12:23
- Prezident həmkarını təbrik etdi
11 iyul 11:31
- İntihar etmiş rusiyalı NAZİR VİDA MESAJI-nda NƏ YAZIB ?
11 iyul 10:45
- Ermənistan XİN mətbuat katibi Ani Badalyan: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
11 iyul 10:08
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 09:48
- Təyyarədə qadının OMBA-sına toxundu və 7 İL HƏBS...
11 iyul 09:36
- HÖKÜMƏ - kədərim mənim filmi bu tarixdə təqdim olunacaq
11 iyul 02:05
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 01:31
- Bir qətliamın izi – 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib
11 iyul 01:12
- Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
11 iyul 00:36
- Daha bir rayonda yasda EHSAN ləğv edildi
11 iyul 00:26
- 5 saat davam edən İlham Əliyev-Paşinyan görüşünə dair İLK AÇIQLAMA
10 iyul 14:43
- İranlı molla : CƏHƏNNƏM əhlinin dili TÜRKCƏ, CƏNNƏT əhlinin dili ƏRƏBCƏDİR...
10 iyul 13:33
- 100 qadını öldürmüşdü - Manyakın meyiti tapıldı
10 iyul 12:29
- Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib
10 iyul 12:18
- Maral tam Ayı 10 iyul 2025: Nə etməli?
10 iyul 11:41
Video & Fotoqalereya
Video
Fotoqalereya