“1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir”
Maqazin9 noyabr 2019 10:42
SOCAR-ın 2018-ci il üzrə illik hesabatında qeyd edilib ki, hesabat ilində şirkət üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib. Təbii qazın faktiki xərcinin 1000 kubmetrinin 57,6 manatı təkcə qazın çıxarılmasının maya dəyəridir.
Bunu "Report”a Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib.
Ekspert qeyd edib ki, bura nəqletmə xərcləri, Qaradağ rayonunda Qaz Emalı Zavodunda təmizlənməsi və qurudulması xərcləri, əhaliyə çatdırılmadan öncə qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, həmçinin boruların korroziyadan mühafizə olunması, işçilərin xidmət pulu da daxil olduqda istehlakçıya çatan qazın maya dəyəri qat-qat yüksək olur: "Qaz bir təzyiqdən başqa təzyiqə keçdikdə borularda buzlanma əmələ gəlir ki, onun da tərkibinə metanol maddəsi vurulur. Bu qiymət də xərclərə daxildir”.
O vurğulayıb ki, bu gün Azərbaycanda əhaliyə verilən qazın sırf səmt qazı olması ilə bağlı deyilənlər cəfəngiyyatdan və şayiədən başqa bir şey deyil.
"Azərbaycanın illik qaz tələbatı 11 mlrd. kubmetrdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi səmt qazının həcmi o qədər azdır (Bu ilin 9 ayında 1,6 mlrd. kubmetr) ki, onu istehlakçıya göndərməklə bugünkü istehlak tələbatını ödəmək mümkün olmaz. Azərbaycanda əhaliyə verilən qazın böyük hissəsi SOCAR-ın hasil etdiyi qazdır. SOCAR-ın qaz hasilatında səmt qazının payı azlıq təşkil edir. Şirkətin hasil etdiyi qazın 76%-i fontan qazıdır.
Ölkədə təbii qaza tələbat ilbəil artır. SOCAR öz hasil etdiyi qazın, demək olar ki, hamısını daxili tələbata yönləndirir. Bununla belə, SOCAR-ın öz hasil etdiyi qaz da ölkənin tələbatını tam ödəməyə yetərli olmur. Buna görə "Şahdəniz” yatağından, həmçinin "Azəri-Çıraq-Günəşli” yatağından qaz da əlavə olaraq alınır. Yəni Respublikada istehlak edilən qaz SOCAR-ın hasil etdiyi qaz, "Şahdəniz” qazı və AÇG qazından formalaşır. AÇG-dən hasil edilən qaz səmt qazıdır, "Şahdəniz”dən hasil edilən qaz isə fontan qazıdır. Nəticədə səmt qazının payı ümumi istehlak edilən qazın daxilində 30%-dən azdır. Ümumiyyətlə, təbii qaz nəql zamanı borularda qarışır, yəni "o qazı buraya verək, digər qazı oraya verək" kimi bir şey mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin məişətdə istifadəsi üçün verilən qaz sırf səmt qazı deyil”.
N.Qasımov vurğulayıb ki, bu gün dünyada ən təmiz qaz Azərbaycanda hasil olunur. Onun sözlərinə görə, bu qazın 94-96 faizi metandan ibarətdir: "Bu gün bəziləri iddia edir ki, qazın tərkibində zəhər var, amma bunun hansı zəhər olduğunu heç kəs söyləmir. Onların heç biri isə bütün bunları hansı laboratoriyada yoxladıqlarını deyə bilmirlər. Düşünürəm ki, ümumiyyətlə, Azərbaycanın məhsullarını pisləmək düzgün deyil. Bu gün Azərbaycan qazı Türkiyəyə, Gürcüstana ixrac edilir, gələcəkdə Avropaya ixrac olunacaq. Təbii qazın ixracı Azərbaycan büdcəsinə gəlir gətirir. Bəziləri də çıxıb Azərbaycan qazını pisləyir. Düşünürəm ki, Azərbaycan qazının pisləyərək gözdən salmaq ədalətli deyil”.
O, məlumat verib ki, qazın öz standartı var və hökumət onu nəzarətdə saxlayır və qazın keyfiyyəti daimi olaraq yoxlanılır: "Bu gün "Azəriqaz” İstehsalat Birliyinin özünün laboratoriyası var ki, mütəmadi olaraq müxtəlif yerlərdən qaz götürülür və yoxlanılır. Əgər əhaliyə verilən qazın tərkibində təmizlənməmiş qaz və digər kənar maddələr varsa, onlar bu laboratoriyada onu aşkar edirlər”.
Ekspert həmçinin qeyd edib ki, bu gün dünyada ən ucuz qaz elə Azərbaycanda satılır.
Qeyd edək ki, "Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, hazırda İB-nin təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr civarındadır. 2018-ci ildə ölkədə istehlakçıların təbii qaza olan illik tələbatı 6 mlrd. kubmetrə yaxın olub.
Oxşar xəbərlər
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
