Elmira Süleymanova istefa ərizəsi yazdı
Müsahibə15 noyabr 2019 13:30
Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi də diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir.
Musavat.com-a daxil olan məlumata görə, Elmira Süleymanovanın ombudsman vəzifəsindən istefa ərizəsi yazdığı, ərizəsində prezident İlham Əliyevdən onun istefasını qəbul etməsini xahiş elədiyi haqda məlumat daxil olub. Elmira xanımın istefası qəbul ediləcəksə, çox güman ki, yaxın günlərdə məsələ ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, noyabrın 1-də Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirmişdi. E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini demişdi: "Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda ”rəsmi qərarı gözləyirəm" dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab prezidentin rəsmi qərarını gözləyirəm".
Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.
Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir. Ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər. Yeni başlayan payız sessiyasından az öncə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli sessiyada yeni ombudsmanın təyinatı məsələsini gündəmə gətirəcəyini açıqlamışdı. O qeyd etmişdi ki, mütləq parlament rəhbərliyinə bu fikri çatdıracaq, çünki bu məsələyə baxılmalıdır: "Deyə bilərəm ki, proses çox ləngiyir. Hesab edirəm ki, bu məsələni həll etməyin zamanıdır. Qanunvericiliyə əsasən, yeni ombudsman təyinatı olmursa, köhnə ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir. Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq.
Deyə bilmərəm yeni ombudsman gənc, ya da yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitusion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin".
Başqa bir məlumata görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsi müzakirə ediləcək. İstisna deyil ki, prezidentin təqdimatı parlamentə daxil olsun. Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da əldə etdiyimiz məlumatlar sırasındadır.
Oxşar xəbərlər
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
8 aprel 2024 14:00
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:03
- Litvalı jurnalist Allahverdi Bağırovla bağlı nələr yazdı....
29 fevral 2024 15:23
- Britaniyanın 49 günlük baş naziri dərin dövlət-dən danışdı...
26 fevral 2024 21:45
- Məşhur həkim Əkrəm Həsənovun həbsini niyə tələb edir?
21 fevral 2024 11:19
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya