Cahangir Hacıyev həbsdən azad oluna bilər
Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərləri, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Cahangir Hacıyevin bacanağı cinayət işində təqsirləndirilən şəxs olan İsmayıl Hidayətzadə də apelyasiya şikayəti verib.
Hakimlər onun şikayətinə C. Hacıyevin şikayəti ilə eyni icraatda baxılması ilə bağlı qərar qəbul ediblər.
Cahangir Hacıyevin vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, müvəkkili barəsində olan birinci hökmlə bağlı qanunvercilikdə olan dəyişiklərə əsasən Sabunçu Rayon Məhkəməsinə ərizə veriliblər.
Həmin ərizədə qeyd olunub ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsini 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb. Vəkillər Cahangir Hacıyevin cəzasının azaldılması ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət ediblər.
Vəkillər yanvarın 14-də məhkəmədə həmin ərizəyə baxılacağını qeyd ediblər. Bu səbəbdən məhkəmənin təxirə salınmasını istəyiblər.
Məhkəmə prosesi yanvarın 21-ə təyin edilib.
Yada salaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Digər təqsirləndirilən şəxslər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.
C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.
Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.
Bəs, vəkillərin istinad etdiyi Cinayət Məcəlləsini 179-cu maddəsinin sanksiyası necə dəyişib və sabiq bankirin cəzası nə qədər azaldıla bilər. Bu səbəbdən internet resurslarından əldə etdiyimiz bilgiləri oxuculara çatdırırıq.
Dəyişən 179-cu maddədə nələr var?
1.63.1. 179.1-ci maddənin sanksiyasında “ictimai işlər və ya” sözlərindən sonra “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin;
1.63.2. 179.2-ci maddənin sanksiyasında “üç ildən yeddi” sözləri “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş” sözləri ilə əvəz edilsin;
1.63.3. 179.3.3-cü maddə ləğv edilsin və müvafiq olaraq 179.3.2-ci maddənin sonundakı nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin;
1.63.4. 179.3-cü maddənin sanksiyasında “yeddi ildən on iki” sözləri “beş ildən on” sözləri ilə əvəz edilsin;
1.63.5. aşağıdakı məzmunda 179.4-cü maddə əlavə edilsin:
“179.4. Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə – on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Qeyd edək ki, C.Haciyevin məhkəmə işi xeyli dolaşıq məqamlar da var. Bu səbəbdən sabiq bankirin cəzasından nə qədər azldılacağını demək çətindir. C.Hacıyev ötən ilin sentyabr ayında başa çatan məhkəməsində son sözdə ittihamı qəbul etmədiyini bildirib: “Burada heç bir şahid mənim əleyhimə ifadə vermədi. Bankdan götürülən pullar isə layihələrə xərclənib, hamısının təyinatı göstərilib. Buna görə də hesab edirəm ki, barəmdə bəraət hökmü çıxarılmalıdır”. Yada salaq ki, 2015-ci ilin dekabr ayından həbsdədir. Bu artıq 4 il cəza müddətinin arxada qalmasıdır. Daha 4 il “srok”undan götürülərsə, bu o anlama gəlir ki, sabiq bankir daha 8 il həbsdə yata bilər. Amma mümkündür ki, bir neçə il sonra o əfv üçün müraciət etsin.
Musavat.com
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04