“KAMAZ” SÜRÜCÜSÜ NECƏ ŞÖBƏ MÜDİRİ OLDU?
İqtisadiyyat3 aprel 2020 10:14
“KAMAZ” SÜRÜCÜSÜ NECƏ ŞÖBƏ MÜDİRİ OLDU? – İKİ “DİPLOMLU” XUDADATOV HAQQINDA “ƏFSANƏ”
Azərbaycanda bəzi məmurların şəxsi işlərində qeyd olunan diplomlarının şübhəli olduğuna dair məsələlər mütəmadi olaraq gündəmdə olub. Hətta sabiq deputatlar arasında da belə diplomlara sahib olanların olduğu da deyilir.
Qeyd edək ki, belə hallar təkcə, Azərbaycanda deyil, dünyanın bəzi ölkələrində də baş verir. Məsələn, hələ Əhmədinejat İranın prezidenti olan zaman təyin etdiyi Daxili İşlər nazirinin Harvardın məzunu olduğu deyilsə də, sonradan aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, sabiq nazirin diplomu saxtadır. Elə Rusiyada da belə hallar az olmayıb. Amma Azərbaycan deyəsən, bu məsələdə də çoxlarını geridə qoymaqdadır.
JAMAZ.İNFO-ya daxil olan məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti Şöbəsinin hazırkı müdiri Adil Xudadatov da belələrindən hesab oluna bilər. Bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Təbii ki, həmin vaxt rayonun icra başçısı olan Zakir Fərəcovun dəstəyi sayəsində. Lakin bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.
Məlumatda deyilir ki, Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Onun Zakir Fərəcovun “kassiri” olduğunu deyənlər də az olmayıb. Çünki Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı.
Bildirək ki, Adil Xudadatov bir müddət vəzifəsini icra etdikdən sonra elə onu himayə edib, vəzifə başına çəkən Zakir Fərəcov tərəfindən işdən qovulur. Bu azmış kimi, onun 15 sutka həbsdə yatdığı da deyilir. İddialara görə, Xudadatovun işdən qovulmasının səbəbi onun icra başçısını aldatması, “hesab-kitab” məsələsində kəf gəlməsi olub.
Hərçənd keçmiş “Kamaz” sürücüsünün bəxti ona sonradan yenə yar olub. Məsələ belədir ki, Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir. Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansıda hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirir.
İş adamları və şəhər sakinlərinin dediyinə görə, Adil Xudadatov Sumqayıtda bütün abadlıq və tikinti işlərinə nəzarət edib. Elə Abşerondakı kimi fəaliyyətinə davam edib. Hətta səlahiyyətlərinin və imkanlarının çoxluğu səbəbindən özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim etməkdən də çəkinməyib.
Maraqlıdır ki, sözügedən şəxs bu postda da uzun müddət qala bilməyib. Bbelə ki, Arxitektura Komitəsinin iradlarından və nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək, cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər Arxitektura Komitəsi Babək Hüseynovu təyin edib. Naəlac qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Bu dəfə isə Xudadatov işi daha da böyüdərək, koronavirusdan pul qazanmağa başlayıb. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.
Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə təyinat alacaq. Daha doğrusu, özü deyir ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı gedəcək. Görəsən, “Kamaz” sürücüsünü niyə icra başçısı qoysunlar ki?
İndi isə keçək yazının əvvəlində qeyd etdiyimiz diplom məsələsinə. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır.
Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya