“ Ramiz Mehdiyevin kitablarını kimlərsə yazır” – Sərdar Cəlaloğlu
“İnsanların ictimai-siyasi, yaxud elmi fəaliyyətini yaşla əlaqələndirmək doğru yanaşma deyil”.
Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deputat Qüdrət Həsənquliyevin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) barədə fikirlərinə münasibət bildirərkən deyib.
Qüdrət Həsənquliyev Milli Məclisin dünən keçirilən iclasında AMEA-nın özəl universitetə çevrilməsini, rəhbərliyinə isə gənc kadr gətirilməsini təklif edib. “Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deyə deputat vurğulayıb.
AMEA-nın hazırkı prezidenti akademik Ramiz Mehdiyevdir. O, Prezident İlham Əliyevin 23 oktyabr tarixli sərəncamı ilə Prezident Admnistrasiyasının rəhbəri vəzifədən azad edilib. Elə həmin gün AMEA-da prezident seçkiləri keçirilib və Ramiz Mehdiyev akademiyanın yeni rəhbəri seçilib və ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təsdiq edilib.
Qüdrət Həsənquliyevin fikirlərinə rəğmən Sərdar Cəlaloğlu hesab edir ki, yaşlı insanlar da çalışdıqları sahəyə fayda verməkdə davam edirsə, onların gənclərlə əvəzlənməsnə ehtiyac yoxdur. ““Gənclər gətirilməlidir” nə deməkdir axı? Əgər bir adamın tutaq ki,100 yaşı var, amma o gənclərin çoxundan daha produktivdir, biz ona necə deyə bilərik ki, çıx get. Dünya tarixində də elm daşıyıcıları yayşlılar olub. Bu mənim ümumi yanaşmamdır. Konkret Azərbaycana gəldikdə isə bizdə elm iflas vəziyyətindədir və bu yaşlı-cavan məsələsilə bağlı deyil”, - deyə ADP sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycanda elmi dərəcələr savad və biliyə görə verilmir: “Azərbaycanda elmi sahədə də konyuktura var. Elmi dərəcələr konyuktura nəzərə alınaraq verilir. Yəni, elmli olduğuna görə deyil, kiminsə qohumu olduğuna görə elmi dərəcə ala bilərsən. Məmurların çoxu pul verib elmi dərəcə alıb. Adam var müadfiə etdiyi işin adını bilmir. Yaxud adına kitab var amma orada yazılanlar barədə təsəvvürü belə yoxdur.
Həqiqi alimlər evlərinə çörək pulu aparmaq üçün ona-buna elmi işlər yazırlar. Yalançı alimlər isə başqalarının beyninin məhsulu ilə cəmiyyətdə yüksək mövqe tuturlar. Azərbaycanda elmi dərəcəsi olanlar 3-5 faizi həqiqi alimdir. Yerdə qalanların hamısı bu titulları rüşvətlə, yaxud qohumluq, tanışlıq əlaqələrinə görə alıblar. Ölkədə elə alim, akademik var ki, danışanda görürsən elmdən xəbəri yoxdur”.
ADP sədri Ramiz Mehdiyevin təyinatına da münasibət bildirib: “Mən Ramiz Mehdiyevin müəllifi olduğu bir neçə kitabı oxumuşam. Əgər o kitabları doğrudan da özü yazıbsa, hesab edirəm ki, kifayət qədər profuktiv elm adamıdır.
Yox başqası yazıbsa, heç. Çünki deyirlər ki, onun kitablarını kimlərsə yazır. Yeri gəlmişkən, o Prezident Admnistrasiyasının rəhbəri olanda saxta elmi titullarla bağlı tənqidi fikirlər səsləndirirdi. AMEA-ya prezident təyin edilən kimi isə həyat yoldaşına orada vəzifə verdi. Gördüm ki, bu da elə tənqid etdiyi əməlləri təkrarlayır”, - deyə Sərdar Cəlaloğlu qeyd edib. /Yenisabah.az/
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- SON DƏQİQƏ! Moskvada ölənlərin sayı 40-a çatdı - 100-dən çox insan isə...
22 mart 2024 22:45
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10