“Qarabağın planı masanın üstündədir” - Sabiq ABŞ səfiri
Müsahibə13 may 2020 23:53
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert F. Sekuta HafizTimes.com bloguna verdiyi müsahibədə zamanı şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, eləcə də ABŞ-ın Azərbaycanla bağlı siyasəti barədə önəmli məqamlardan toxunub. Həmin müsahibəni təqdim edirik.
- Hazırda harada yaşayırsınız? Nə işlə məşğul olursunuz?
-Həyat yoldaşım Anne ilə birlikdə Vaşinqtondakı evimizə qayıtdıq. Vaxtımızın çoxunu Maine-dəki yerimizdə keçiririk. Mən Vaşinqtondakı "Caspian Policy Center”də çalışıram. Bu Mərkəz Qafqaz və Orta Asiyadakı inkişafı diqqət mərkəzində saxlayır. Enerji və iqtisadi mövzularda, həmçinin ABŞ, Azərbaycan və bölgədəki digər ölkələr arasında əlaqələrin necə möhkəmləndiriləcəyini təhlil edirəm, yazılar hazırlayıram. Xaricdə biznes qurmaqda maraqlı olan və enerji sahəsində fəaliyyət göstərən şirkətlərə də məsləhətlər verirəm.
-Siz koronavirusadan necə qorunursunuz? İnsanlara hansı məsləhətləri verərsiniz?
-COVID-19 dəhşətli bir xəstəlikdir və dünyada ölən insanların sayı çoxdur. Məhz ABŞ-da bu virusdan ölənlərin sayı, Vyetnam müharibəsində ölən amerikalıların sayından daha çoxdur. COVID-in Azərbaycanda və dünyanın digər yerlərində insanlara nə edəcəyindən çox narahatam. Dünya miqyasında birgə tədbirlərin görülməsi vacibdir.
Ailəm də, mən də hər kəs kimi həkimlərin, elm adamlarının və ictimai səhiyyə mütəxəssislərinin tövsiyələrini dinlədik, əməl etdik. Buna evdə qalmaq, yalnız lazım olduqda çölə çıxmaq, ictimai yerdə olduğumuz zaman maska taxmaq və əllərimizi dəfələrlə yumaq və s. daxildir. Görüşlər videokonfrans və ya telefon danışıqları ilə əvəz edilib. Ailə üzvləri, dostları ilə də "Zoom”, "FaceTime”, telefon danışıqları və ya e-poçt-la əlaqə saxlayırıq. Hər birimiz buna ciddi yanaşmalıyıq.
-Azərbaycan üçün darıxırsınızmı? Bakıda ən çox nə etməyi sevərdiniz?
-Əlbəttə ki, Azərbaycan üçün darıxırıq. Həyat yoldaşım və mən Azərbaycanda çox gözəl, maraqlı illər keçirdik. İnsanları, ölkəni tanımaqdan zövq aldıq. Bu bizim üçün bir şans idi. Heç vaxt görmədiyimiz yerləri gedib gördük. Belə dostları tərk etmək çətin idi. Bakıda ən çox insanları sevdik. Səfir olduğum üçün şanslı idim. Çünki, bütün insanlarla eləcə də Bakıda yaşayan amerikalılar və digər diplomatlarla da görüşə bildim.
Bakıda bulvarda gəzərkən qədim şəhər memarlığından, 20-ci əsrin əvvəllərindəki binalardan və yeni, müasir dizaynlardan zövq alırdım. Ancaq bunu da deməliyəm ki, Bakıdan kənara çıxmağı və bütün Azərbaycanı mümkün qədər çox görməyi, gəzməyi həmişə sevmişəm. Hətta sabiq ABŞ səfirlərinin getmədiyi bir sıra yerləri də ziyarət etmişəm.
Qeyd edim ki, bəzi Azərbaycan yeməklərini – göyərti, balqabaq, quzu qutabı və yanında manqal salatı hazırlamağı öyrəndik. ABŞ-a qayıtdıqdan sonra ailəmiz və dostlarımız üçün də bu yeməkləri hazırladıq.
-Azərbaycanla bağlı ən unudulmaz xatirəniz nədir?
-Qəribə görünə bilər, amma bu suala cavab vermək çətindir. Azərbaycan məktəblərində tədbir keçirmək, şagirdlər və müəllimləri ilə görüşmək və onlarla ABŞ haqqında söhbət etmək mənim üçün çox xoş idi. Mən Gəncə, Quba, Lənkəran və digər şəhərlərə getdim, Azərbaycanın milli parklarını mümkün qədər çox gəzib gördüm, ölkənin təbii müxtəlifliyini və gözəlliyini görmək şansına sahib oldum. Qaçqın və məcburi köçkünlərlə birlikdə oturmağımı, Dağlıq Qarabağ münaqişəsindən hələ də təsirlənən azərbaycanlılarla görüşməyimi və onlara nə baş verdiyini deyil, gələcək barədə, özləri, ailələri və Azərbaycanla bağlı fikirlərini xatırlayıram.
-Ailəniz haqqında bilmək istərik. Gündəlik həyatınız necə keçir? Robert Sekuta bir ailə başçısı, ata kimi necədir? Valideynlərə hansı məsləhəti verərsiniz?
-Bu suala görə xüsusi təşəkkür edirəm! Azərbaycanı bəyənən, orada olduğumuz illərdən zövq alan 3 övladımız böyüyür. Hər birinin də fərqli karyera planları, maraqları var. Böyük oğlumuz Vaşinqtonda müəllimdir və fotoqraflığa çox bağlıdır. O həqiqətən də Azərbaycanda, xüsusən də şəhər və qəsəbələrdəki insanların fotoşəkillərini çəkməkdən çox zövq alırdı. Onun əkiz bacısı da Vaşinqtondadır, bir konsaltinq firmasında çalışır. Kiçik oğlumuz isə hökumətlə maraqlanır və hazırda ictimai siyasi məsələlər üzərində çalışır. Azərbaycanı ziyarət etdiklərinə görə özlərini şanslı hiss edirlər və orada baş verənlərlə daimi maraqlanırlar.
Gündəlik həyatıma gəlincə isə bu anda bütün dünyadakı insanlar kimi mən və ailəm də uzaqdan çalışırıq. Əlbəttə ki, dostlardan, ailədən uzaq qalmaq və bunu hiss etmək çətindir. Bununla yanaşı, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əməl etməliyik və hazırda üzərinə ağır iş düşən tibb işçilərimizə, xəstəxanalarımıza dəstək olmalıyıq. Həmçinin, indi sağlam qalmağın yeganə yolu başqalarından təcrid olmaqdır. Hazırda gündəlik həyatım budur.
-Azərbaycanda səfir olduğunuz illəri necə xatırlayırsınız? ABŞ-ın Azərbaycandakı səfiri kimi tamamlamadığınız hansı iş var?
-ABŞ səfiri olmaq əvəzsiz bir fürsət idi və düşünürəm ki, həmin illərdə ABŞ və Azərbaycan bir sıra problemləri həll edə bildilər. Ancaq ölkələr arasındakı münasibətlər insanlar arasındakı münasibətlər kimidir; daimi qayğı və əlaqə tələb edir. Və bunları daha da yaxşı hala gətirmək üçün həmişə edilə biləcək çox şey var.
Səfir olduğum müddətdə edə biləcəyim bir şeyə gəlincə, deyərdim ki, ən böyük şey ABŞ-ın Sülh Korpusu (Peace Corps program) proqramının Azərbaycanda yenidən qurulması olacaqdı. Yenidən Azərbaycana səfər edərkən Sülh Korpusu proqramlarının, xüsusilə də ingilis dilini öyrətmək üçün verdikləri proqramların nə dərəcədə faydalı olduğu barədə məlumat eşidirəm.
Həmin Sülh Korpusu proqramlarının yenidən qurulması ölkə daxilindəki bir çox azərbaycanlının xeyirinə olardı və istədikləri çiçəklənən, uğurlu, müstəqil, demokratik bir ölkəni qurmaq üçün çalışdıqları zaman onlara kömək olardı. Onu da qeyd etməliyəm ki, Azərbaycanda Sülh Korpusunda işləyən tanış olduğum amerikalıların hamısı ölkəyə və onun uğurlarına xüsusi maraq göstərirlər.
\
- Xaricdən Azərbaycan necə görünür?
-Azərbaycan beynəlxalq təhlükəsizlik sferasında yalnız neft və qazla deyil, həm də mühüm insan resurslarına malik bir ölkə kimi tanınır. Azərbaycanın geosiyasi mövqeyi – dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və Avrasiya boyunca uzanan şərq-qərb tranzit yollarında əsas mövqe tutur – bu, beynəlxalq münasibətlər barədə düşünməyimizin digər mühüm səbəbidir. Azərbaycanın birlikdə yaşayan müxtəlif dinlərə və etniklərə mənsub olan insanlarının tarixi də əhəmiyyətlidir. Ölkələrimizin birlikdə edə biləcəyi çox şey var.
- Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir? Nə üçün bu günə qədər münaqişənin həlli ilə bağlı irəliləyiş yoxdur?
-Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbul edilməzdir. Çox uzun müddət davam etməsinə icazə verildi. Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirmir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edirlər. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir.
- Münaqişənin həllinin gecikməsi kimin maraqlarına xidmət edir? Tərəflər maneləri necə aşmalıdır?
- Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir ki, o, masanın üstündədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllində də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr, Soyuq Müharibədən sonra qurub görəcəyimizi ümid etdiyimiz daha geniş bölgənin, Avropanın sülhü və təhlükəsizliyini təhdid edir.
- ABŞ-ın dörd konqresmeni – Frank Pallone, Adam Schiff, Jackie Speier və Gus Bilirakis Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimin qondarma "nümayəndəsinə” təbrik məktubu göndərdilər. Sizcə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə daha çox diqqət yetirməli deyilmi?
- Düşünürəm ki, bu məsələdə ABŞ-ın mövqeyi aydındır və elə də qalır.
Bununla yanaşı, düşünürəm ki, ABŞ münaqişənin həllinə kömək etmək üçün daha çox diqqət yetirməli və yanaşmalarında daha yaradıcı olmalıdır. Digər uzun müddət davam edən beynəlxalq mübahisələrə və problemlərə baxdığımda görürəm ki, ABŞ hökuməti, Amerika təşkilatları və ayrı-ayrı amerikalılar mübahisədə iştirak edən insanlar arasında anlaşma yaratmağa və dinc həll yolunu tapmağa kömək etmək üçün müxətəlif səylər göstərirlər. Düşünürəm ki, təkcə ABŞ hökuməti deyil, amerikalı şəxslər və təşkilatlar tərəfindən addımların atılması münaqişənin vaxtı keçmiş sülh yolu ilə həlli üçün uyğun şəraitin yaranmasında faydalı ola bilər.
- Demokratiya, azadlığa nail olmaq siz özünüz nə edərsiniz?
-Yaxşı idarəetmə və qanunun aliliyi hər bir ölkədə vacibdir. İnsanlar istəyirlər ki, hökumətlər onların istəklərini dinləsin və ictimai iradə qarşısında özlərini məsuliyyətli hiss etsinlər. Düzgün idarəetmə, qanunun aliliyi, ölkə vətəndaşlarının ehtiyaclarını ödəyən sistemlərin qurulması və davam etdirilməsi uzunmüddətli bir prosesdir. ABŞ-da gedən müzakirələrə və debatlara baxsınlar.
- Cənubi Qafqazda işləmiş bir diplomat kimi bölgənin gələcəyi barədə nə deyə bilərsiniz?
- Cənubi Qafqaz böyük potensiala malik bir bölgədir. Orada təbii ehtiyatlarla yanaşı, çox sayda yaradıcı, ağıllı insanlar var. Onların zəkası və enerjisi ilə yeni müəssisələr yaratmaq və inkişaf etdirmək olar. Artan nəqliyyat sistemi və digər əlaqə vasitələri barədə düşünmək xüsusi ilə maraqlıdır: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Əfqanıstanda – Türkiyə və Mərkəzi və Şərqi Avropa ölkələri ilə, Çin / Şərqi Asiya və Hindistan və Pakistan ilə əlaqələr və s. Bu Azərbaycan xalqı və Cənubi Qafqazın digər ölkələri üçün sonsuz imkanlar deməkdir. Fürsətlər çox böyükdür.
- Koronavirusdan sonra yeni dünya nizamında kim "qalib” gələr, kim "uduzar”?
- COVID-19-dan "qazananlar” və "itirənlər” barədə düşünmürəm. Pandemiya dünyanın hər yerində insanlara təsir edir və öldürür. Elm adamları və tibb mütəxəssisləri xəstəliyin sağalma yollarını və uğurlu bir peyvəndi tapa biləndə hamımız qazanacağıq. Məncə, pandemiyanın bizim üzərimizdə qalıcı təsirləri də olacaqdır. Önəmli olan isə budur ki, post pandemiya dünyasının necə olması, iqtisadiyyat və digər institutları yenidən inşa etmək haqqında düşünməliyik.
- Gələcək planlarınız nədir? Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?
- Ümid edirəm ki, Qafqazın və bütövlükdə Böyük Xəzər bölgəsinin inkişafına, firavanlığına və təhlükəsizliyinə təsir edən suallar üzərində işləyirəm. Amerikalılarla bölgə xalqları arasında möhkəm, konstruktiv əlaqələr qurmaq yollarını tapmağa çalışıram. Dəyişən qlobal enerji mənzərəsi ilə maraqlanmağa və məşğul olmağa davam edirəm. Və həmçinin illərlə davam edən layihələrimizi tamamlamaq, Maine-dəki yerimizdə daha çox vaxt keçirmək istəyirəm.
Sonda isə azərbaycanlılara sadəcə bunu demək istəyərəm ki, ailəm və mən onlarla tanış olmaq şansını çox yüksək qiymətləndiririk. Və arzu edirik ki, onlar üçün hər şey yaxşı olsun. Görmək istədikləri çiçəklənən, təhlükəsiz, demokratik Azərbaycan qurmaq üçün onlara kömək etmək istəyirik.
Oxşar xəbərlər
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya