- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
“Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil”

Elnur Allahverdiyev: “Milli biznesi ayağa qaldırmaq üçün güzəştlər edilməlidir”
Modern.az Milli Məclisin yeni deputatı Elnur Allahverdiyevlə müsahibəni təqdim edir.
- Elnur müəllim, deputatlıq fəaliyyətinizdən öncəki dövrə qısa nəzər salmaq istərdik. Sahibkarlıq sahəsində çalışmısınız. Bu öz yerində… İctimai sahədə də müəyyən fəaliyyətləriniz olub. Hazırda keçmiş sahibkar olaraq parlamentdə deputat kimi siyasi fəaliyyətinizi necə qurmusuz?
- Bildiyiniz kimi, fevralı 9-da Milli Məclisə keçirilən seçkilərdə deputat seçildikdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyətimə son vermişəm. Yalnız “Azercell Telecom” MMC-nin Müşahidə Şürasının sədri vəzifəsində qalmışam ki, qanunla buna icazə verilir. Təbii ki, deputat olmadan öncə sahibkar kimi həm biznesdə, həm içtimai həyatda müəyyən uğurlar qazanmışam. Düşünürəm ki, bu təcrübəm mənə qanunverici orqandakı faəliyyətimdə kömək olacaq. Çünki bilirsiniz, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüyəm, özəl sektora, sahibkarların ehtiyaclarına yaxından bələdəm və bu təcrübəmi qanunvericilik prosesində həmkarlarımla bölüşməyə çalışıram. Qarşımda duran əsas vəzifə də budur: dövlətimizin güclənməsi, iqtisadiyyatımızın inkişafı, genişlənməsi, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi islahatlardan irəli gələn tələblərin reallaşması naminə çalışmaq.
- Parlamentdə təmsil olunmağınız sizə həm də vətəndaşlarla birbaşa ünsiyyət imkanı verib. Düzdür, yeni parlamentin formalaşması pandemiya dövrünə təsadüf etdi. Bu da bir qədər deputatlarla seçicilərin sıx təmasına maneə oldu. Ancaq seçicilərlə onlayn, telefon vasitəsilə ünsiyyət qurmaq imkanlarınız var. Bu müddət ərzində seçicilərin əsas problemləri nədən ibarət olub?
- Dediyiniz kimi, Milli Məclisin altıncı çağırışının işə başlaması yeni növ koronavirus pandemiyasına təsadüf etdi. Bu baxımdan mənim, komanda üzvlərimiz – könüllülərimizin son iki ayda və bu günün özündə də əsas fəaliyyətimiz əhalinin aztəminatlı qisminə yardım etməkdən, "Covıd-19" virusundan qorunmaq üçün maarifləndirmə işinin aparılmasından ibarətdir. Tək bir faktı qeyd edim: Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı ilə birgə sərtləşdirilmiş karantin rejiminin ilk günündən əhalinin aztəminatlı, ahıl, imkansız qismindən 1815 ailəyə ərzaq və gigiyenik məhsullar çatdırmışıq. Bu, tək bizim 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə olan göstəricidir. Fürsətdən istifadə edib bizə dəstək verən Yasamal Rayon İcra Hakimiyyətinə, “Regional İnkişaf” İctimai Birliyinə və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatına təşəkkürümü bildirirəm.
Təbii olaraq seçicilərin istəkləri, xahişləri, şikayətləri olur. Biz bunların həllində vasitəçi oluruq, həll yolunu tapmaq üçün müvafiq icra orqanlarına müraciət edirik, məktubları onlara yönəldib mütəmadi olaraq mövcud durumla maraqlanırıq. Məsələn, iki küçənin işıqlandırılmasına nail olmuşuq. Bu küçələrdə onillərdir ki, gecələr işıqlandırma yox idi. Bu işdə də Yasamal Rayon İH və “Azərişıq” ASC səsimizə operativ səs verib. Küçə və dalanların, binaların bəzilərinin həyətlərinin asfalt örtüyü arzuolunan vəziyyətdə deyil. Seçicilər bizə müraciət edirlər, biz də öz növbəmizdə icra strukturlarına… Deyə bilərəm ki, indiyədək onların əksəriyyətinin də həllinə nail olmuşuq.
- Seçkiqabağı təşviqat dövründə siz rəqibiniz olan Cavad Cavadovun çağırışına qoşularaq, yaşlı qadına yardım əlinizi uzatdınız. Etiraf edək ki, bununla daha çox tanındız. Ancaq bu reaksiyanıza iki formada yanaşıldı. Ya siz özünüzü diqqətdə saxlamaq üçün bunu etmişdiniz, ya da insani keyfiyyətlərinizdən irəli gəlmişdi. Maraqlıdır, kənardan özünüzə hansı reaksiyanı sərgilədiz?
- Açığını deyim ki, həmin anda kimin nə düşünəcəyini, bunu necə və hara yozacağını düşünməmişdim. Ortada çətin vəziyyətdə olan yaşlı, kimsəsiz qadın vətəndaşımız var idi və belə hallarda məncə, önə vətəndaş həmrəyliyi anlayışı çıxmalıdır. O vaxt hər şey çox tez baş verdi, komanda üzvlərim bildirdilər ki, Cavad müəllim belə bir çağırış edib. Oturub müzakirə etdik və cəld qərara gəldik ki, bu çağırışa cavab verməliyik. Təəssüf ki, bizdən başqa cavab verən olmadı və biz ikimiz Solmaz xanımla görüşüb, onu dinlədik.
- Hər halda, razılaşarsınız ki, eyni yer uğrunda mübarizə aparan rəqiblərin bir araya gəlməsi kütləvi müşahidə olunan hal deyil.
- Bilirsiniz, elə anlar var ki, rəqabəti, fərqli siyasi görüşləri, umu-küsünü kənara qoymaq lazımdır. Məsələn, müharibə, təbii fəlakət halında. Məncə, həmin anda da bu yazılmamış qanun işə düşməliydi ki, biz bunu nümayiş etdirdik. O ki qaldı qərəzli rəylərə və reaksiyalara, Cavad Cavadovla mən seçkilərdə rəqib idik və hamı bu rəqabətin necə sərt keçdiyini xatırlayır. Biz görüşdən sonra bir-birimizə təşəkkür etdik və seçki təbliğatımızı davam etdirdik.
- Deputat olduğunuz dairədə məşhur “Sovetski” adlanan ərazi var. Orada məhəllələrin sökülməsi birmənalı qarşılanmır. Ümumiyyətlə, köhnə və tarixi yerlərin, tikililərin sökülərək çoxmərtəbəli yaşayış yerləri ilə əvəz olunmasını necə qiymətləndirirsiz?
- İcazənizlə bir dəqiqləşdirmə aparım. Bu əraziyə “Sovetski” adı sovet dövründə verilib. Əslində isə tarixi adı “Bayırşəhər”dir. İçərişəhər və Bayırşəhər. Bir də Qaraşəhər. Burada yaşayan yaşlı nəslin nümayəndələri yaxşı bilir. Yeri gəlmişkən, Bayırşəhərdə elə ailələlər var ki, burada məskunlaşmalarının iki əsrlik tarixi mövcuddur.
Sualınızla bağlı deyə bilərəm ki, bu ərazidəki əhalinin köçürülməsi planı hələ ötən əsrin 50-ci illərindən, sovetlər birliyi dönəmindən mövcuddur. Ancaq böyük maliyyə tələb etdiyindən gerçəkləşdirilməmişdi. İndi şükürlər olsun, dövlətimizin kifayət qədər maliyyə imkanları və ehtiyatı var, ona görə də proses mərhələ ilə həyata keçirilir. Təbii ki, uzun müddətdir yaşadığın yeri, evi tərk etmək sadə məsələ deyil. Ancaq gəlin razılaşaq ki, buradakı evlər bir sıra parametrlərə görə müasir şəhərsalma standartlarına nəinki cavab vermir, hətta çox uzaqdır. Bakı dünyanın ən gözəl və iri meqapolislərindən birinə çevrilib. Siması sürətlə dəyişən böyük şəhərlərdə şəhərsalma prosesi bir ahəngə, plana uyğun olmalıdır.
- Çox vaxt iş adamlarının parlamentdə təmsil olunmasına müxtəlif don geyindirirlər. Bəziləri düşünür ki, iş adamları şəxsi piar və nüfuz üçün parlamentdə təmsil olunmağı seçirlər. Bu cür iddiaları necə qiymətləndirirsiz?
- Bilirsiniz, deputat olmaq üçün xüsusi ali məktəb, ya fakültə oxumaq lazım deyil. Dünyanın heç bir yerində deputat hazırlayan ali təhsil ocağı yoxdur. Parlamentdə müxtəlif peşə sahibləri təmsil olunur, onları da xalq seçir. O cümlədən, iş adamını. Bu Konstitusiyanın verdiyi hüquqdur. Ona görə də belə mülahizələr məncə, əsassızdır. Mənimlə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bir neçə həmkarım təmsil olunur ki, uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Bizim şəxsi piara ehtiyacımız yoxdur. Əksinə, iqtisadiyyatı, özəl sektoru yaxından tanıyan keçmiş sahibkarlara iqtisadi qanunvericilik sahəsində ehtiyac var.
- Sahibkarlıq sahəsində kifayət qədər təcrübəyə maliksiniz. Sizcə, parlamentdə bu sahə ilə bağlı hansı təkliflərə ehtiyac var?
- Prezident cənab İlham Əliyevin elan etdiyi geniş spektrli islahatların böyük bir qismi iqtisadiyyatda liberallaşmanı nəzərdə tutur. Xüsusilə pandemiya dövründə hökumətin həyata keçirdiyi iqtisadi siyasətin şahidiyik. Özəl sektora çox ciddi maddi dəstək və güzəştlər edilir. İndi Milli Məclisdə sahibkarlara dəstək üçün güzəştlər paketi müzakirə olunur. Çünki problem pandemiyadan əziyyət çəkmiş sahələrə maddi dəstəklə bitmir. Milli biznesi ayağa qaldırmaq və əvvəlki inkişaf səviyyəsinə çatdırmaq üçün ona güzəştlər edilməlidir. Firkimcə, bizim əsas təkliflərimiz də məhz bu istiqamətdə olmalıdır, çünki dirçəlmiş və inkişaf edən özəl biznes nəticə etibarilə güclü iqtisadiyyatı olan dövlət deməkdir. Hələ sərt karantin rejiminin ilk günlərində təkliflə çıxış etdim ki, yaşlı vətəndaşlarımızın təqaüdlərini rahat almaları üçün banklarımız aralarında aparılan əməliyyatlardan tutulan məbləği ləğv etsinlər və təqaüdçülər pensiyalarını istənilən bankın bankomatından ala bilsinlər. Bu təklif qəbul olundu. “Sosial sığorta haqqında” Qanuna dəyişikliklə bağlı təklif etmişəm. Əgər sahibkar indiyə qədər əmək haqqı fondunu 100% qoruyub saxlayırsa və həmin əmək haqqı fondunda artım edirsə, işçi sayını saxlamaqla və ya işçi sayını artırmaq şərti ilə həmin artım üçün 1 il ərzində işçi maaşına görə özəl sektordan heç bir sosial sığorta haqqı tutulmasın. Bundan həm sahibkar qazanacaq, həm də dövlət. Dövlət büdcəsinə gələcək illərdə əlavə vəsaitin daxil olmasına şərait yaranacaq. Üstəlik, sahibkarlar üçün işçilərini rəsmi qeydiyyatdan keçirmək istiqamətində stimul olacaq.
- Bütün dünyanın bəlasına çevrilən koronavirus pandemiyasının yaratdığı çətinliklər sahibkarlar üçün də müəyyən problemlərə səbəb olub. Bir çox sahələrdə alıcılıq qabiliyyəti aşağı düşüb. Bunun aradan qaldırılması üçün nə kimi işlər görülməlidir?
- Bu məsələyə müəyyən mənada toxunduq. Dövlət sahibkarlara güzəştlər etməlidir və edir. Vergi Məcəlləsindən tutmuş “Sosial sığorta haqqında” qanunadək. Eyni zamanda, sahibkar fəaliyyətini qanuni müstəviyə keçirməli, vergi və ödəmələrdən yayınmamalı, işçiləri ilə rəsmi müqavilə imzalamalıdır. Yalnız bu halda o, dövlətin güzəştindən yararlana bilər.
İkinci məsələ isə ondan ibarətdir ki, real bazara ehtiyac var, bazar isə karantin rejimi yumşaldıqca, fəaliyyət bərpa olunduqca genişlənəcək. Pandemiya ümumdünya problemidir, bizdən də yan keçə bilməzdi. Şükürlər olsun ki, dövlətimiz bu sınaqdan minimum itkilərlə çıxır.
Fürsətdən istifadə edib sizin timsalınızda media təmsilçilərinə bu çətin işinizdə uğurlar arzulayıram. Pandemiya dövründə KİV xüsusilə fədakarlıq göstərdi, çünki əhalinin maarifləndirilməsi sizdən asılıdır. Eyni zamanda, medianın dövlətin əhalinin və özəl sektorun böhrandan çıxarılması üçün həyata keçirdiyi tarixi tədbirlərin mahiyyətini vətəndaşlara çatdırmaqda böyük zəhməti var. Elə qüvvələr var, nəzarətlərində olan media qurumları, sosial şəbəkələrdəki hesablarından hökumətin addımlarını qaralamaq, bilərəkdən yanlış şərh edib vətəndaşların diqqətini görülən pozitiv işlərdən yayındırmaq istəyirlər. Bu baxımdan, obyektiv məlumat yayan, vətəndaşlıq mövqeyini nümayiş etdirib əhalini gerçək informasiya ilə təmin edən, maarifləndirən media təmsilçilərinə bir daha təşəkkür edirəm.
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 2025 11:26
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 2025 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 2025 23:51
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 2025 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 2025 10:40
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41