Fransız psixoterapevtdən ŞOK: “Bu təhlükə Azərbaycanı da gözləyir”

Karantin dövrü uzandıqca, yoluxanların sayı artdıqca uşaqdan böyüyə hər kəs depressiyanın qapısını açmağa niyyətlənir. Mövcud durumu yumşaltmaq, əhvalımızı az da olsa nəzarət altına almaq məqsədilə Fransanın nüfuzlu psixoterapevti Yulia Korolla həmsöhbət olduq.
Publika.az-ın müsahibi fransız psixoterapevt Yulia Koroldur.
- Doktor, epidemiya epoxasının ruhi sarsıntısından qurtulmağın yollarını bölüşün bizimlə...
- Bu çox məsuliyyətli addımdır. Tarixən epidemiya dövrü insan tələfatı və psixi, psixoloji sarsıntı ilə müşayiət olunub. Bu gün insan beynini zədələyən travmadan qurtulmaq asan olmayacaq. 3 aydan çox evə qapanma, divarlar arasında keçən həyat, gözəgörünməz düşmənlə savaş çox acınacaqlıdır. Açıq desək, insan psixikasını məhv edən prosesdir. Həyat bioritmi, gündəlik rutin dustaq sükunəti ilə əvəzlənib. Bu sahədə çalışdığım üçün dəqiq bilirəm. Karantin müddətində ağlını itirənlərin, dəlilik həddinə çatanların sayı çoxalıb. İnsanların fobiyası şiddətlənib. Bu sistemdən çıxmaq çox nəhəng araşdırma tələb edir. Nəzərə alaq ki, məlum qlobal epidemiyanın sürətlə yayılması prosesi yenidən başlayacaq. Amma belə bir nəzəriyyə var ki, insanların bu çarəsizliyi bəşəriyyət üçün faydalı araşdırmalara yol açacaq. Məcburi sosial məsafə adı ilə həyatımıza girən soyuqluq, ənənələrimizə, insanlıq sevgimizə mənfi təsir edəcək. Bəlkə də təbiətə yad olan onlarla virusla tanış olacağıq. Küçədə gördüyümüz doğmalarımıza, bir evdə yaşamadığımız sevdiklərimizə əl uzadıb görüşə bilməmək, öskürən, asqıran insanların yanından sürətlə qaçmaq içimizdəki mərhəmət duyğusunu sarsıdacaq.
- Bir gün dünya əvvəlki düzəninə qayıtsa, alışqanlıqlarımızdan qurtulmaq asan olmayacaq.
- Təbii ki, virtual cəmiyyətdən qurtulmaq zəhmət tələb edəcək. Bu məsələdə dünya səhiyyəsinin üzərinə böyük iş düşəcək. Fransada hazırda karantin müddəti bitib. Amma insanlar bir-birinin önünə daş hasar hörüblər.
İkinci Dünya müharibəsindən sonra Simon Bott adlı psixoterapevt yəhudi əsirləri sosial həyata alışdırmaq üçün yeni üsul sınaqdan keçirmişdi. Nəzərə alsaq ki, gözəgörünməz düşmənlə savaşırıq, düşünürəm ki, cəmiyyətləri bu üsulla məhvdən xilas etməliyik. Xüsusən də gənclər daha da aqressivləşib. Nəinki bir-birinə, yaşadığı şəhərin insanlarına ancaq zərər vermək istəyirlər. Xüsusən də Avropa, Fransa gəncləri spirtli içki, narkotik kimi zərərli vərdişləri ictimai şəkildə nümayiş etdirir. Karantinin fəsadları yeniyetmələr arasında belə zorakılıq yaradır.
- Bu qarmaşada özümüzü necə sağ saxlayaq?
- Bu durumda özünüzə körpə kimi yanaşmayın. Daxilinizdəki həssas uşağa izah edin ki, dünya dəyişib. Bu sürətli dəyişməyi qəbul etmək məcburiyyətindəyik. Biz stressə düşməklə yalnız özümüzü incidirik. Ən yaxşı halda bunu dəblə müqayisə edərdim. 18-19-cu əsrlərdə qadınlar kilsəyə gedəndə eyni don geyinərdilər. Günlərin bir günü Avropanın mərkəzi kilsələrindən birində yanğın baş verdi və qadınların çoxu bu narahat paltarlar ucbatından yanıb öldü. Bu faciədən sonra qadınların kilsə dəbi dəyişdi. Daha rahat geyimlər tikilməyə başlandı. Həmçinin də indi... Beynimizdəki ünsiyyət modeli dəyişəcək. Can təhlükəsizliyimiz naminə daha soyuq mərhələyə keçid edəcəyik. Bu inqilabı öncə özümüzə dərk etdirməliyik. Şüurumuzun bir nöqtəsində xatırlatma zəngi qurmalıyıq ki, bütün bu çətinliyin sonunda bizi günəşli günlər gözləyir və bu gün Avropa insanı kimi yolda yıxılan, özündən gedən, yardımımıza möhtac olan kəslərdən partlayacaq bomba kimi qorxub qaçmaq olmaz. İmkan daxilində yardım etmək, ən azı təcili tibbi yardım çağırmaq lazımdır. Düşünürəm ki, bu təhlükə Azərbaycanı da gözləyir. Gizli xəstəlik forması insanların bədəninə hopacaq.
- Bu ağır müharibə dövrü uşaqlarımızın zehnini də zədələyir...
- Bu da önəmli problemdir. Adətən yanıma problemli uşaqlar da gətirirlər. Belə ağır günlərdə isə xüsusi tövsiyə edə bilərəm ki, keçmişi varaqlayın. İndi biz yaşayırıqsa, bu ilk növbədə əcdadlarımızın həyat eşqi sayəsindədir. Onlar tarix boyu faciə, müharibə, aclıq, xəstəliyə rəğmən mübarizə aparıblar. Qapalı məkanda böyümək uşaq təbiətinə zidd inkişaf prosesidir. Bu günlərdə övladlarınızla göz ünsiyyəti qurun. Ailənizdən, xatırladığınız nənə, babalarınızdan danışın. Hətta uşaqlığınızın ən çətin məqamlarını bölüşün. Əyləncələriniz haqda məlumat verin. Məhz bu günlərdə övladınıza ailə ağacınız haqda məlumat vermək, onun da həmin ağacın meyvəsi olduğunu xatırlatmaq üçün münbit şərait yaranıb. İzah edin ki, əcdadlarındakı gözəl, səbrli, mərhəmətli insanlardan ona da irsi miras keçib. Xatırladın ki, bütün hekayələr gözəl sonluqla bitir, əgər hələ də çətinliklərlə mübarizə aparırsınızsa, demək əhvalatın ən həyəcanlı səhifələrindəsiniz.
- Doktor, pandemiya dövrü xüsusən də bir evdə yaşayan cütlüklərin münasibətinə təsirsiz ötüşmür. Hətta boşanmaların sayı da sürətli şəkildə artmağa başladı. Çıxış yolunu nədə görürsünüz?
- Qəribə də olsa indiki dövr cütlüklərin münasibəti üzərində indikator rolunu oynayır. Münasibətləri qarşılıqlı hörmət və anlayış üzərində qurulan cütlüklər bu dönəmdə də bir-birini dəstəklədi. Adi günlərdə nə edirdik?! İşə get, evə gəl, ilk gündən ssenarisini birgə qurduğunuz filmdə öz rolunu oyna və s. Rutinlərimizin alt-üst olduğu bu müddətdə isə ailədəki gizli aysberq üzə çıxır. Çünki əvvəllər günün müəyyən saatlarında ünsiyyət qururduqsa, hazırda non-stop birgəyik. Lakin bu hal bir yandan da münasibətlərə faydalı oldu. Çünki cütlüklər bir-birini yenidən tanımağa, hətta ürəklərindəki incikliyi, qırğınlığı qarşı tərəfə bildirməyə, üzr istəyib, hava sızan nöqtələri sevgi ilə doldurmağa imkan tapdılar. Bünövrəsi zəif münasibətlər isə ilk zəlzələdə qopub uçdu. Hər bir cütlüyün münasibəti individualdır. Odur ki, xüsusi yanaşma tələb olunur. Lakin evə qapanmalar uzandıqca münaqişələr, qıcıqlanmalar artırsa, münasibəti qorumaq üçün psixoloq məsləhətindən faydalanmalıdırlar. Ailəvi cütlük olduqca mürəkkəb, intim mexanizmdir. Hamı haqda mülahizə yürütmək doğru olmaz. Lakin bəlkə də uzun illər birgə yaşadığımız insanı dərindən tanımaq üçün əlverişli zamandır. Sutka boyu birgə vaxt keçirməkdən azca yoruldunuzsa, gecə yataq otağınızda deyil, divanda tək yatın, ağlamaq istəyirsinizsə, ağlayın. Özünüzü bərpa edin ki, növbəti günə enerji toplayasınız.
- Və güclü qadın donumuzu geyinib, həyata davam edək?
- Güclü qadın termini çox yanlışdır. Bizim gücümüz zəifliyimizdədir. Qadın təbiətən güc deməkdir. Sizə bir fakt deyəcəm, dünyada boşanmaların 85 faizi qadınların istəyi ilə baş verir. Uşaqların tərbiyəsi, böyüməsi və digər məsuliyyətlər əsasən qadının çiynindədir. Ümumiyyətlə təbiətin belə bir qanunu var. Qadın dul qalarsa, mütləq iş tapır, övladlarını, məişəti idarə edir. Kişilər isə daha çarəsiz duruma düşürlər. Ailədə ərin ölümü faciə, qadının ölümü isə hər şeyin məhvi deməkdir. Çünki istənilən canlı orqanizm qadın gücü ilə ayaqda qalır. Təəssüf ki, çağdaş cəmiyyət qadının çiyninə çox yük qoyur. Fransızlar buna “boyundan hündürə tullanmaq” deyirlər. Baxımlı, bacarıqlı, karyera qurmuş, ideal övladları olan, və, və, və... Bu illüziyadır. Ən pisi də odur ki, “ideal qadın” mifini elə biz qadınlar yaradırıq. Çünki xəyal gücümüz zəngindir. Gözəl obrazlar düşünüb tapmağı sevirik. Sadə həqiqəti qəbul edin. Mən qüsursuz deyiləm, qadınam. Həyatın möcüzəsi də bu məqamda baş verir. Yer qadını olun, parıltılı vaz yox. Dondurma yeməkdən, övladınızı öpməkdən, makiyajsız sadə halınızdan zövq alın. Yorulanda yatın, üzüləndə ağlayın. Siz jurnalın üz qabığındakı gəlincik deyilsiniz.
- Keçmişimizin palçığından yuyunub təmizlənməyin yolu var?
- Bu mümkün deyil. Çünki bizi müdrikləşdirən elə bu palçıqdır. Keçmişindən qurtulan insanın gələcəyi olmur. 15 yaşlı qızla 30 yaşlı qadın tam fərqli insanlardır. Hər acı təcrübə nərdivanın bir pilləsidir.
- Bəzən bu nərdivanı görmürük. İçimizdəki harmoniyanı tapmaq üçün nə edək?
- Özümüzü günahlarımızla, səhvlərimizlə, müsbət cəhətlərimizlə, ağlımızla qəbul edib sevəndə pillələri qalxırıq. Karmamızı təmizləmək üçün pozitivə daha çox köklənməliyik. İndividuallığımızı qorumalıyıq, bununla qürur duymalıyıq. Yoxsa təsəvvür edin ki, Yer üzündə eyni cizgili, mimikalı, düşüncəli insanlar gəzişərdi. Çox mənasız deyilmi?! Xüsusən də bu ağır günlərdə anlayın ki, ikinci həyatımız olmayacaq. Bu məqam təkrarlanmayacaq. Günəşin şüaları ilə qidalanın, siz bu anı yaşamasanız, heç kim gəlib, əvəzinizə həyatdan zövq almayacaq.
- Doktor, övladlarımıza dinləri təbliğ etməliyik?
- Uşaqlara bir şey izah edin. Tanrı xeyir əməllərin toplusudur. İstər “Allah”, istər “Dieu”, istərsə də “Budda” olsun, hamısının bir missiyası var - dünyanı şərdən xilas etmək. Tanrı qəlbimizin ən gözəl halıdır. Niyə uşaqlarımızı din sərhədlərinə bölək? Ümumiyyətlə insan həyatı imitasiya üzərində qurulub. Körpə vaxtı meşədə itən insanı canavar tapıb bəsləsə, böyüyüb canavar-insan olacaq. Amma canavarın bəslədiyi pişik balası elə pişik kimi də böyüyəcək. Bu insanın zəif cəhətidir. İnsana körpəlikdən nə aşılasanız, elə də böyüyəcək. Uşaq ailədə gördüklərini təkrarlayır. Qəlbinə din ayrıseçkiliyi qusmaq yerinə, hər küncünü işıqlandırın.
- Və bu qaranlıqda azan qəlblər ağrı hiss edən kimi, işığı intihar yolunda axtarırlar...
- Xüsusən də bu evə qapanma günlərində mənən zəif insanların əl atdıqları üsuldur. Ailə üzvlərinizlə bir evdə yaşamayın, birgə yaşamağa çalışın. Vaxtınızdan səmərəli faydalanın, sevgi ilə, təmkinlə...
Avropa təcrübəsinə dayanaraq deyə bilərəm ki, birlikdə oyunlar oynayan, evdə əyləncə təşkil edən ailələr karantinin ağırlığını daha az hiss etdilər, nəinki təklikdə öz otaqlarına qapananlar. Bəli onlayn iş sistemi daha çətindir. Həm iş zamanını, həm ailənə sərf edəcəyin vaxtı düzgün tarazlamalısan. Başlıca problemlərdən biri yuxu pozğunluğudur. Xüsusən bu dövrdə gecə yuxumuza xüsusi önəm vermirik. Adətən insanların ümidsizliyi, depressivliyi Erikson hipnozu ilə müalicə olunur. Doğmanızın intihara meylliliyindən şübhələnən kimi psixoterapevtə müraciət edin. Yaxud internetdə olan yüzlərlə meditasiya videolarına birgə baxıb təkrarlayın.
Sadə misal deyəcəm. Bir vaxtlar Fransaya yeni köçən xaricilərə psixoloji yardım göstərirdim. Bilirsiniz ki, insan şüuru ən yaxşı halda xarici dili 30 dəqiqə ərzində qavrayır. Sonra yorulur və diqqət yayınır. Meditasiya üsulu ilə beyni, düşüncələri elə təmizləyirik ki, yenidən bütün gücü ilə dərsə köklənir.
Bu gün Avropada, Fransada xüsusi psixoloji yardım mərkəzləri fəaliyyət göstərir. İntihara meyl edən, hətta ilk addım atan insanların doğmaları, yaxud özləri qaynar xəttə zəng edirlər. Bu xidmət tamamilə ödənişsizdir. Bu pasiyentlərlə uzun və zəhmətli yol gedəndən sonra cəmiyyətə qarışmağına yardım edirik. Xüsusən də karantindən sonra Paris küçələrində gəzişəndə nə etdiyini bilməyən divanə insanlara rast gəlirəm. Əminəm ki, Azərbaycanda da durum bu həddə çatacaq. Tövsiyə edirəm ki, insanların bədənini koronavirusdan müalicə edən dövlət, paralel olaraq ruh sağlıqlarını da tarazlasın.
Leyla Sarabi
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 2025 01:54
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 2025 22:34
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
8 oktyabr 2025 10:07
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
2 oktyabr 2025 13:42
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- III MDB Oyunlarının açılış mərasimi keçirildi, Prezident və birinci xanım iştirak etdi (YENİLƏNİB)
28 sentyabr 2025 22:43
- Qarabağı azad etmək Poladın ən böyük arzusu idi, deyirdi ki.. - Milli Qəhrəmanın bacısı
28 sentyabr 2025 12:04
- Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
27 sentyabr 2025 02:32
- Zəfərə aparan yolun 5 ili - Azərbaycanın yeni hədəfi
25 sentyabr 2025 12:50
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
22 oktyabr 10:46
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- İş adamı İlham Qədimbəylinin həbsdə olan Adnan Əhmədzadə ilə işbirliyi...
20 oktyabr 12:01
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07