“İbrahim Peyğəmbər suç işlədir - yuxuda gördüyünü vəhy kimi qəbul edir”
“İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünür. Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan (Quran-dan-red.) uzaq olmalarıdır”.
HİT.Az-ın məlumatına görə, bu fikirləri tanınmış dinşünas alim Nəriman Qasımoğlu bildirib.
Onun sözlərinə görə, Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsini bunca əzazil imtahana çəksin:
“Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.
İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!! Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan.
Müvafiq ayələrin hərfi tərcüməsi: “...Oğlum, yuxuda görurəm boğazını uzurəm. Bax, görəsən, bu nə ola?” Oğlu dedi: “Atacan, sənə nə əmr edilirsə, yetir yerinə. Tanrı istərsə görəcəksən, götürümlü kimsələrdənəm”. Hər ikisi təslim etdi özünü. Oğlunun alnını yerə dirəyən anda səslədik onu: “Ey İbrahim, yuxunu təsdiqlədin. Beləcə əvəz veririk gozəl davrananlara. Bu, hec şəksiz, aşkar sınaqdır ki var!” Suc bahası qıldıq ona böyuk bir qurbanlığı”.
1. Tanrı iradəsi ilə peyğəmbərlərə aid baş verən bütün epizodlarda onlara vəhy verilməsi vurğulanır. Bu epizodda vəhy söhbəti yoxdur, adicə yuxudur.
2. İbrahimlə oğlu yuxuda görüləni vəhy olmadan Tanrı əmri kimi qəbul edirlər. Və bu səbəbdən təslimiyyət halına daxil olurlar.
3. İbrahim Tanrı əmrinə itaətini sübut üçün yuxuda gördüyünü həyata keçirmək istəyir və bununla da yuxusunu əməldə təsdiqləyir. Məlum epizodda İbrahimə aid vəhy məhz bu məqamda, təslimiyyət məqamında səslənir və bir daha vurğulayım, məlum yuxuda “övladının başını kəs” deyə Tanrı vəhyi səslənmir.
4. İbrahim oğlunun ölümdən xilasına səbəb hər ikisinin təslimiyyət halını yaşamasıdır, Tanrıya təslimiyyət halını.
5. İbrahim Tanrıya təslimiyyət halında olduğuna görədir ki, gözəl davranışdır, mükafatlandırılır. Nə ilə? İbrahim övladının xilası ilə.
6. Baş verən sınaqdır. Tanrı istəyilə baş tutan sınaq yox, Tanrı nəzarətində olan sınaq, çünki hər ikisi təslimiyyət halında olanda Tanrı ilə gerçəkdən təmasa daxil olurlar. OXU ayələrində keçən “imtahan” sözünün işləndiyi epizodları bir-bir təkrar nəzərdən keçirdim. Bunların hər birində imtahanın – istər inananlar üçün olsun, istər dananlar – Tanrı istəyilə baş verdiyi birmənalı və açıqca vurğulanır. Təkcə bir ayədə, İbrahimlə bağlı yuxarıdakı epizoda aid ayədə bunun Tanrı istəyincə olması açıqca bildirilmir və o üzdən də imtahanın əvvəldən nəzərdə tutulması qəbul edilən deyil.
7. Sonuncu cümləni ənənəvi olaraq “biz ona böyük bir qurbanlığı əvəz verdik” kimi tərcümə edirlər. Zənnimcə, təqdim etdiyim ifadə daha dəqiqdir, çünki OXU-da bir şeyə əvəz vermək mənasında işlənən “fidyə vermək” ifadəsi daha çox günahların yuyulması müqabilində işlənir. Həmin ifadədə də sözügedən feil keçir, bunu “suç bahası” kimi vermək OXU məntiqinə daha uyarlıdır:
a) Peyğəmbər suç işlədir – yuxuda gördüyünü vəhy kimi qəbul edir, bütpərəstlərə xas düşüncə ilə bunun Tanrıdan olduğunu güman edir;
b) Az qala daha böyük suç işlədəcəkdi, təslimiyyət halında olduqlarına görə qarşısı alınır;
c) Tarixdə o zamana qədər insanların ilahlar adına, Tanrı adına insanı qurban verməsi böyük suçdur.
8. Və nəhayət, suç bahası olaraq böyük bir qurbanlıq verilir. “Böyük bir qurbanlıq” ifadəsini necə anlamalıyıq? Qurbanlıq heyvanın həcminə görəmi “böyük” sözü keçir? Əlbəttə, yox. Diqqətimiz yönəldilir hadisənin insanlıq üçün önəminə. İnsanın Tanrı adına qurban verilməsinə son qoyulur bəşər tarixində. Verilən qurbanlığın məcazi mənada “böyüklüyü” bundadır”.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31