Təkamül Partiyasının yaradılmasının 25 ili tamam olur - Müsahibə
Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun partiyanın Mətbuat Xidmətinə müsahibəsi
Bəzi məmurlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair Prezidentin sərəncamlarını, fərmanlarını, qərarlarını sobataj edirlər Azərbaycanda bir sıra sahələrdə islahatlar kompaniya xarakteri daşıyır: yığışırlar, bəyənirlər və ...unudurlar, hər şey əvvəlki qaydada davam edir Teyyub Bəy!
Sentyabr ayının 1-də Təkamül Partiyasının yaradılmasının 25 ili tamam olur. Bu münasibətlə Sizi təbrik edirik! Deyə bilərsinizmi, Təkamül Partiyasının yaradılması hansı zərurətdən irəli gəlmişdi?
Təbrikinizə görə çox sağ olun! Mən də Sizləri və partiyamızın bütün üzvülərini bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, hamınıza çan sağlığı, vətənimizin firavanlığı naminə şərəfli mübarizəmizdə uğurlar arzulayıram! Sizlər hələ cavansınız. 1994-cü ilin sonları və 1995-ci ilin əvvəlləri, xüsusilə də həmin ilin mart ayında, ölkəmizdə baş verən hadisələr haqqında məlumatları tarixdən və partiyamızın qurucularından almısınız. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda baş verən hadisələri, xüsusilə də 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında dövlət çevrilişinə edilən cəhdləri və onların nəticəsində ölkəmişdə yaranmış vəziyyəti hərtərəfli təhlil edərək bir qrup həmfikirimizlə birlikdə həz cür zorakılığı, iştişaşları, dövlət çevrilişinə cəhdləri, inqilabları yolverilməz hesab edən, siyasi mübarizədə yalnız qanunlar çərçivəsində, sivil mübarizə formalarına üstünlük verən bri siyasi partiya yaratmaq qərarına gəldik. Uzun müzakirələrdən sonra belə mübarizənin yalnız təkamülçülük yolu ilə mümkün olacağı qənaətinə gəldik və 1995-ci ilin sentyabr ayının 01-də Azərbaycan Təkamül Partiyasının təsis edildiyini elan etdik! O zaman bir çoxları partiyamızın elan etdiyi kursu düzgün başa düşmədilər, hətta bəziləri bizi qınayaraq deyirdilər ki, "ölkədə baş verən hadisələri görmürsünüz, belə şəraitdə dinc, uzun mübarizə yolunu özündə ehtiva edən təkamülçülük yanlış mövqedir". Belə düşünənlər siyasi mübarizənin yalnız mitinqlər, vətəndaş itaətsizliyi, inqilablar yolunu məqbul sayırlar. Ancaq zaman bizim seçdiyimiz mübarizə kursunun düzgün olduğunu subut etmişdir! Partiyamızın ardıcıl və prinsipial mübarizəsinin nəticəsidir ki, indi demək olar ki, mütləq əksəriyyət (radikallar istisna olmaqla) siyasi mübarizədə təkamül yolunun dügün olduğunu qəbul edir, təkamülçülükdən danışır. Ancaq hələ də siyasi mübarizədə təkamül yolunu məqbul saymayanlar var və bunun səbəbini təkamülçülüyün düzgün başa düşülmədiyi ilə izah etmək olar. Qısa olaraq belələrinin nəzərinə çatdırmaq istəyirəm ki, təkamülçülüyü "dəmyə əkinçiliyi" ilə səhv salmasınlar! Siyasi təkamülçülük siyasi mübarizədə "gözləmə mövqeyi"ndə olmağı deyil, aktiv mübarizə yolunu özündə ehtiva edir. Ancaq bu mübarizənin Konstitusiya, qanunlar çərçivəsində aparılmasını nəzərdə tutur! Bəli, bu nisbətən uzun yoldur. Ancaq qansız, qadasız, ölkəni fəakətlərə sürükləməyəcək yoldur! Biz Təkamül Partiyası olaraq fəaliyyətimizi bu istiqamətdə davam etdirmək əzmindəyik! Teyyub Bəy! Təkamül Partiyası yarandığı dövrdən konstruktiv müxalifət mövqeyindədir. Partiyanın belə mövqe sərgiləməsinin əsas səbəbi nədir? Azərbaycan Təkamül Partiyası dövlətimizə, xalqımıza, dövlət və milli maraqlarımıza heç vaxt müxalifətdə olmayıb və olmayacaq! Partiyanın müxalifər yönünü seçməsinin səbəbi sosial-iqtisadi-siyasi sahələrdə ölkəmizdə aparılan siyasətin bir sıra məqamlarının daha da təkmilləşdirlməsinə eytiyacın olduğunu hesab etməsidir. Biz, Təkamül Partiyası olaraq, hər şeyi öz "rəngində"-ağı-ağ, qaranı-qara, yaşılı-yaşıl və s. görmənin tərəfdarıyıq və belə də görürük. Ona görə də konstruktiv müxalifət yolunu seçmişik. Biz, son illər müxtəlif sahələrdə Azərbaycanda aparılan islahatları təqdir edirik. Bu islahatların nəticəsidir ki, ölkəmiz iqtisadi cəhətdən güclü inkişaf etmiş, regionun ən güclü, qudrətli dövlətinə çevrilmişdir və dünyanın güclü dövlətləri sırasına qatılmaqdadır. Sosial-iqtisadi sahələrdə aparılan islahatlar regionların inkişafına təkan vermiş, əhalinin güzəranının xeyli dərəcədə yaxşılaşdırılmasına şərait yaratmışdır. Eyni zamanda biz hesab edirk ki, sosial-iqtisadi sahələrdə daha uğurlu siyasət aparmaq mümkündür. Məsələn, sahibkarlığın inkişafı üçün ölkəmizdə müvafiq normativ-hüquqi mühitin yaradılmasına baxmayaraq reallıqda sahibkarlığın inkişafı qarşısında, süni olaraq, korrupsiya və rüşvətxorluqdan irəli gələn çoxsaylı problemlər yaradılır; Mərkəzi Bankın apardığı monetar, eləcə də kredit siyasəti, həm sahibkarlığın, həm də ümumiyyətlə ölkəmizin iqtisadi inkişafına mənfi təsir göstərir; Konstitusiyanın və "Mülkiyyət Haqqında" qanunun ziddinə olaraq sahibkarların və sıravi vətəndaşların mülkiyyət hüquqları addım başı pozulur; sosial sahədə aparılan yanlış siyasət sayəsində minlərlə vətəndaşın əmək pensiyası almaq hüququ məhdudlaşdırılıb, işsizlikdən əziyyət çəkən yüzminlərlə vətəndaşımız işsizliyə görə müavinət almaq, aztəminatlı ailələrin xeyli hissəsi müvafiq müavinət almaq hüququndan məhrum edilib. Müşahidələr göstərir ki, ölkə iqtisadiyyatının, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətlərində real islahatların aparılmasında yalnız ölkə Prezidenti maraqlıdır. Bu sahədə Prezidentin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar müvafiq qurumların rəhbərləri tərəfindən dərhal "dəstəklənir", onların bəyənilditinə dair bir-iki həftə ərzində öz qurumlarında iclaslar keçirirlər, Prezidenti tərifləyirlər və ...vəssalam! Bundan sonra "hər şey yaddan çıxır" və "proseslər" öz əvvəlki axarı ilə davam edir! Başqa sözlə, Azərbaycanda bir sıra sahələrdə islahatlar kompaniya xarakteri daşıyır: yığışırlar, bəyənirlər və... unudurlar! . Bir neçə misalı yadınıza salım. 2015-ci ilin dekabr ayında milli valyutamızın ikinci kəskin devalvasiyasından sonra onun əhalinin dolanışığına mənfi təsirlərinin azaldılması üçün Prezident İlham Əliyev xaricdən şəxsi istehlak üçün alınıb-gətirilən 10 min dollar məbləğində malların kömrük rüsumundan azad edilməsi ilə bağlı sərəncam vermişdi. Ancaq bu sərəncamın "ömür müddəti" cəmi bir ay çəkdi! Geniş biznes şəbəkəsinə malik olan, korrupsiyaya uğramış məmur təbəqəsi Prezidentin bu sərəncamını ləğv etdirdi! Bu günlərdə isə bu məbləğin 300 dollara qədər azaldılması haqında qərar qəbul edildi! Ən acınacaqlı hal odur ki, bunu sosial yönümlü qərar kimi qələmə verdilər !(?). Daha bir neçə misal: 2015-ci ildə Prezident sənədsiz evlərin dövlət qeydiyyatına alınması ilə bağlı sərəncam vermişdi. Ancaq müvafiq işlərin həyata keçirilməsinə məsul olan məmurlar, Prezidentin bu sərəncamını da sobataj etməkdədirlər. Nəticədə hələ də 2 milyondan çox vətəndaş min bir əziyyətlə (məmurlara rüşvət verməklə) tikdirdikləri evlərinə qeydiyyat vərəqəsi (tələb olunan "sənədləri" ala bilmədikləri və "müvafiq" məbləği ödəyə bilmədikləri üçün) ala bilmirlər. 2011ci ildə Azərbaycanda həkimlərə və müəllimlərə dövlət qulluğu ilə bağlı xüsusi statusun verilməsinə dair Prezident sərəncam vermişdi. Ancaq indiyədək bu sərəncama əməl edilmir! Pandemiyanın işsiz və müvəqqəti olaraq işini itirrmiş insanların güzəranına mənfi təsirlərinin azaldılması üçün Prezidentin sərəncamı ilə onlara ayda190 manat məbləğində yardım edilməsi nəzrdə tutulurdu. İlkin olaraq bu qəbildən olnan vətəndaşların sayının 600 min nəfər olduğu (əslində bundan dəfələrlə çoxdur) göstərilirdi. Sonradan bu rəqən 280 min və daha az göstərildi! Məgər qalan 320 mindən çox vətəndaş pandemiya dövründə işlə təmin olunmuşdur? Belə misalları çox çəkmək olar. Göründüyü kimi, korrupsiyaya uğramış məmur təbəqəsi Prezidentin qərarlarını sobataj etmək gücündədirlər. Onlar nəzərə almırlar ki (bəlkə də bəziləri bunu qəsdən edirlər), qanunun kim tərəfindən pozulmasından asılı olmayaraq vətəndaş günahı dövlətdə, onun Prezidentində görür? Onlar nəzərə almırlar ki (bəlkə də bəziləri bunu bilərəkdən edirlər) bu cür hərəkətləri ilə ölkədə vətəndaş qarşıdurmasına rəvac verirlər? Nə qədər ki, qanunlara zidd olaraq, ölkəmizdə məmur sahibkarlığı, məmurların qohumbazlıq prinsipinə uyğun vəzifəyə təyin edilməsi davam edəcəkdir, onların bu cür "fəaliyyətinin" qarşısını almaq çətin olacaqdır. Təkamül Partiyası olaraq son zamanlar dövlət səviyyəsində bu kateqoriyadan olan korrupsionerlərə, rüşvətxorlara qarşı aparılan mübarizəni təqdir edirik və onun davamlı olacağına inanırıq. Bir daha qeyd edirəm ki, biz dövlətə, dövlətçiliyə yox, bu qəbildən olan məmurlara qarşı müxalifətdəyik! Bilirsiniz ki, statistika iqtisadiyyatın bel sütunudur. Sosial-iqtisadi sahələrdə mövcud olan problemlərin həlli üçün ilk növbədə bu problemlərin mövcud vəziyyəti haqqında obyektiv informasiyalara malik olmaq lazımdır. Ancaq Dövlət Statistika Komitəsinin (DSK) qeyd edilən sahələrdəki vəziyyət (məsələn, məşğulluğun, işsizliyin, yoxsulluğun, iqtisadi inkişaf templərinin və s.) haqqında "məlumatları" reallıqdan çox uzaqdır. 2019-cu ilin oktyabr ayında DSK-nin əhalinin siyahıya alınmasındakı (əslində alınmamasındakı) bərbad "fəaliyyəti" göz qabağındadır. Bu cənablar başa düşmürlər ki, reallığa uyğun olmayan, yalan informasiyalar əsasında mövcud problemlərin həlli üçün əsaslandırılmış, tədbirlər, proqramlar və s. tərtib etmək və həyata keçirmək mümkün deyildir? Bunun nəticəsidir ki, məsələn, xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün qəbul edilmiş 12 yol xəritəsindən heç biri, eləcə də, "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və s. üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmir. Biz Təkamül Partiyası olaraq dəfələrlə qeyd edilənlər barədə mövcud vəziyyəti obyektiv şəkildə, şişitmədən, heç kəsə böhtan atmadan tənqid etmişik, fikrlərimizi və onların aradan qaldırılması üçün doğru bildiyimiz təklifləri ictimaiyyətin, eləcə də, dövlət orqanlarının nəzərinə çatdırmışıq və bu istiqmətdə fəaliyyətimizi davam etdirmək əzmindəyik. Hesab edirik ki, bu ölkəmizin tərəqqisi üçün yeganə düzgün yoldur.
Teyyub bəy! Son zamanlar regionumuzda, eləcə də, ölkəmizdə baş verən hadisələr Təkamül Partiyasının Dağlıq Qarabağ probleminin həllinə dair mövqeyində hər hansı bir dəyişikliyə səbəb olubmu?
Biz, Təkamül Partiyası olaraq çox istərdik ki, ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normalrına uyğun olaraq, sülh yolu ilə təmin edilsin. Ancaq son 30 ildə baş verən hadisələr, ATƏT-in xristian üçlüyünün dominantlıq etdiyi "vasitəçilik fəaliyyəti" göstərddi ki, bu problemin sülh yolu ilə həlli yoxdur! Bu günlərdə Azərbaycanın XİN ilə RF-nın XİN-inin görüşü bir daha göstərdi ki, əslində bu probelmi yaradan və onun həll edilməsinə imkan verməyən Rusiya öz ermənipərəst mövqeyindən əl çəkmək fikrində deyil. Ona gərə də, Təkamül Partiyası olaraq hesab edirk ki, Dağlıq Qarabağ probleminin yalnız bir həll yolu vardır-bu hərb yoludur! Ancaq bunun üçün daha ciddi hazırlaşmaq lazımdır. Buna ilk növbətə hakimiyyət strukturlarını, xüsusilə də ordunu, rus və ermənipərəst qüvvələrdən təmizləmək lazımdır! Göründüyü kimi, buna start verilib, ancaq bu işi daha sürətlə həyata keçirmək lazımdır! Həzrət Əlinin (ə) bir kəlamı vardır: "Sərçə balası deyil ki, tüklənməmiş qanad açmağa çalışsın, fəqət dəvə balasıdır ki, güc toplamamış səsini çıxartsın". Biz də Azərbaycan olaraq qısamüddətli, qəti qələb çalmaq üçün daha da güclü olmalıyıq. Bu məqsədlə dost və qardaş Türkiyə və Pakistanla əskəri mübadiləni nəzərdə tutan ikitərəfli hərbi müqavilələr bağlamalıyıq. Təbii, bunların müəyyən zamana ehtiyacı vardır və inanırıq ki, bu baş verəcəkdir. İnşAllah Ali Baş Komandanın münasib bildiyi vaxtda biz ərazi bütövlüyümüzü hərb yolu ilə təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın! Teyyub Bəy! Koronavirus pandemiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Təəsüf ki, koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib və istər iqtisadiyyatımıza, istərsə də əhalimizin güzəranına mənfi təsirlərini davam etdirməkdədir. Ancaq təqdirəlayiq haldır ki, dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlər onun geniş yayılmasının qarşısının alınmasına, iqtisadiyyatımıza və insanlarımızın həyatına mənfi təsirlərini minimuma endirməyə imkan vermişdir. Təkamül Partiyası olaraq bu tədbirləri təqdir etməklə yanaşı, hesab edirik ki, pandemiyanın həm iqtisadiyyatımıza, həm də əhalinin güzəranına mənfi təsirlərinin azaldılması üçün daha təsirli tədbirlər həyata keçirmək olardı. Məsələn, aztəminatlı ailələri kommunal xərclərdən azad etmək, işsizlərin, işini müvəqqəti itirmiş insanların sayını reallığa uyğun olaraq düzgün müəyyən etmək və onlara verilən yardımı 250 manata qaldırmaq olardı; sahibkarlıq fəaliyyətinin canlandırılması üçün, xüsusilədə karantin elan edilməmiş regionlarda, bank faizlərini azatmaq (məsələn, ilkin olaraq 12-15% çivarında) məqsədəuyğun olardı. Teyyub Bəy! Son zamanlar iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Biz, Təkamül Partiyası olaraq, dövlətimizin, xalqımızın mənafeyi naminə haqlı mübarizə apardığımıza, məmurların qanunlara zidd fəaliyyətlərini, davranışlarını şişirtmədən, obyektiv mövqedən tənqid etməyimizə baxmayaraq, müəyyən qüvvələr tərəfindən daim təqiblərə, təzyiqlərə məruz qalmışıq. Ancaq bu təzyiqlər bizi haqlı bildiyimiz yoldan çəkindirməyib! Bizə, eləcə də, digər müxalifət partiyalarına, olan belə qərəzli yanaşmaların səbəblərindən birinin bəzi məmurların iqtidara yarınmaq istədiyindən irəli gəldiyini də bilirik. Hesab edirk ki, son illər iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə formasına keçirilməsi istiqamətində ölkə Prezidenti tərəfindən aparılan siyasət, süsusilə də PA strukturunda "Siyasi partiyalar və qanunvericilik orqanları ilə iş şöbəsi"nin yaradılması bu tip məmurların "istəyinə" son qoyacaqdır. Bununa yanaşı, hesab edirk ki, vətənimizin tərəqqisi naminə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması üçün, ölkənin siyasi həyatında müxalifət partiyalarının iştirakına daha münbit şərait yaradılmalı, bu məqsədlə "Siyasi partiyalar haqqında" qanuna müvafiq dəyişikliklər edilməlidir. Biz Təkamül Partiyası olaraq, istənilən halda, dövlətimizin inkişafı naminə əlimizdən gələni etməyə hazırıq!
Teyyub Bəy! Sentyabr ayının 6-sı Sizin ad gününüzdür. Bu münasibətlə Sizi qabaqcadan təbrik edirik! Sizə möhkəm can sağlığı, vətənimizin tərəqqisi naminə siyasi fəaliyyətinizdə Sizə və rəhbərlik etdiyiniz Təkamül Partiyamıza uğurlar diləyirik!
Çox sağ olun! Minnətdaram!
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56