Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
Azadlıq Radiosunun suallarını sülhpərvər mövqeyinə görə Ermənistanda radikal millətçilərin tənqidləri və təqibləri ilə üzləşən hüquq müdafiəçisi və antimüharibə fəalı Georgi Vanyan cavablandırıb.
Media xəbərlərinə görə o özününün Facebook səhifəsində Azərbaycanla dialoqa çağırdığına görə noyabrın 8-də polis tərəfindən cərimələnib.
Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistandan revanşizmə çağırışlar eşidilir. Amma bu çağırışları edənlər Ermənistan xalqının mövqeyini nə dərəcədə təmsil edirlər?
Georgi Vanyan hesab edir ki, bu, ölkədə hakim ideologiyanın davam etdirilməsidir. Onun sözlərinə görə Ermənistan 30 il bundan əvvəl SSRİ-nin çökməsi ilə müstəqil olub və onun, belə demək mümkündürsə elitasının statusu dünya siyasəti səviyyəsinə qaldırılıb:
"Bu 30 il əvvəl baş verib. "Qarabağ komitəsi” o vaxt Ermənistanın elitasına çevrilib. Bu komitə xarici aləmlə qarşıdurmaya əsaslanan və sovet illərində formalaşdırılmış doktrinaya sahiblənib. 70 il müddətində SSRİ-nin güc strukturları erməni milləti yaradıblar, bu etnosun tarixini "xalq üçün” təfsir ediblər, adamlar qarşısında "vəzifələr və məqsədlər” qoyublar. Bugün Ermənistanda və ondan kənarda yaşayan ermənilər belə yaranıblar. İdeoloji sferada ermənilərin üzərinə NATO üzvü Türkiyə, İslam dünyası və Şərqin "anqlosaksların” təsiri altında olan hissəsi ilə qarşıdurma vəzifəsi qoyulub. Elə sovet imperiyasının xarici siyasətinin bu istiqaməti etnik ideologiyanın formalaşmasına gətirib çıxarıb. Sov.İKP-dən olan uşaqlar yaxşı işləyiblər və özlərindən sonra üçün nəsil hazırlayıblar”.
Georgi Vanyan hesab edir ki, revanşa çağıran da bu nəslin varisləridir:
"Bugün həm hakimiyyət, həm də Ermənistanda hakimiyyətin devrilməsinə çalışanlar həmin nəslin davamçılarıdır. Bizdə siyasətçilər yoxdur, yalnız natiqlər var. Onların bir qismi xalqı sakitləşdirmək, digər qismi isə ona inamsızlığın və gələcək qarşısında qorxunun təlqini üçün revanşist ritorikaya üz tutur. Halbuki, mənim şəxsi qənaətimə görə vətəndaşlar heç kimin vecinə deyil. Ermənistanın yüksək eşelonlarında (deputatlar, qeyri-parlament partiyaları, ziyalılar) aparılan millətçi müzakirələr "strateji müttəfiq” – Putinə tərəf edilən reveranslardır: "Biz burdayıq, biz Sizin maraqlarınıza bundan sonra da xidmət etməyə hazırıq”.
Vanyan Azərbaycan və Ermənistan arasında daha bir müharibənin mümkünlüyü barədə suala da cavab verib:
"Biz indi hərbi əməliyyatların "dondurulmuş” statusuna qayıtmışıq, amma müharibə davam edir. Erməni-Azərbaycan müharibəsi 30 ildir ki, davam edir. İqtisadi və insan resurslarının miqyaslı itkisi baş verir. Bizim iki xalqın bir-birini yenidən fiziki baxımdan məhv etməyə nə vaxt başlayacağını deyə bilmirəm. Münaqişənin donunun açılması xarici faktorlardan asılıdır. Amma elə dondurulmuş vəziyyətdə də bu münaqişə öldürür və hələ öldürəcək, adamları təhlükəsiz və ləyaqətli həyat hüququndan məhrum edəcək”.
"Dünya erməniliyi” ideyasını SSRİ yaradıb
- Azərbaycanda bir çoxları düşünürlər ki, ermənilərdə Böyük Ermənistan kimi yanlış ideya formalaşıb. Bu barədə siz nə düşünürsünüz?
- Böyük Ermənistanın tarixi xəritələri SSRİ vaxtlarında cızılıb və tirajlanıb. Hansısa geosiyasi faktor kimi "dünya erməniliyi” obrazının yaradılması üçün davamlı iş aparılıb. Bu faktor bugünədək uğurla işləyir. İmperiya (Rusiya imperiyası – red) dağılandan sonra SSRİ xarici siyasətinin layihələrindən biri də erməni dövlətçiliyinin yaradılması olub. Çox məhdud resurslara malik Ermənistan Azərbaycanın 7 rayonunu işğal etdikdən və tanınmamış DQR-in hərbi təhlükəsizliyi öhdəliyini öz üzərinə götürəndən sonra faktiki olaraq yarımleqal vəziyyətə keçib. Bu situasiyanın uzadılması tədricən suverenliyin itirilməsinə gətirib çıxarıb. Hər bir ermənin yatıb yuxusunda Böyük Ermənistan görməsinə dair söz-söhbətin heç bir əsası yoxdur. Sadəcə olaraq mənim həmvətənlərimin yuyulmuş beyinlərində bir ideya özünə yer edib – tarixə qayıdış bizim başqa xalqlarla ünsiyyətimiz üçün yeganə kanal olmalıdır.
"Biz mismarı ayfonla vuranlardanıq”
Politoloqun fikrincə belə yanaşma müasir dövr üçün qətiyyən işə yaramır:
"Həm vətəndaş, həm də diplomatik səviyyədə belə yanaşma 21-ci əsrin reallıqlarında dirçəlişinə ümid olmayacaq dərəcədə köhnəlib. İfadəli desəm, biz mismarı ayfonla vurmağa çalışanlardanıq və gözləyirik ki, tamaşaçılar bu hərəkətimizə heyran olacaqlar. Bütün normal xalqlar tarixi tarixçilərin ixtiyarına buraxıb onu yalnız turizm biznesinə xidmət üçün adaptasiya edirlər. Biz isə ümumbəşəri dəyərlərdən, qonşularla münasibətləri yoluna qoymaqdan, suverenliyimizdən imtina edib,heç kimə lazım olmayan mismarı vurmağın primitiv və ətalətli hərəkətlərinə üstünlük veririk”.
"Biz müharibə edəndə, bizdən istifadə edirlər”
"Bir gün Azərbaycan, Ermənistan və hətta Gürcüstan Rusiyadan xilas olub müstəqil ola bilərlərmi” sualına Vanyan belə cavab verib:
"Ermənistanın, Azərbaycanın və Gürcüstanın ümumi keçmişi var. Bunu tarixçilər, əsl tarixçilər yaxşı bilirlər. Bizim orta əsrlərdəkinə bənzəyən lokal müharibəmiz bizim müharibəmizdir. Bizim dinc yanaşı yaşamağımız da təkcə bizə aid olan məsələdir. Eləki biz bir-birimizlə müharibə edirik, bizdən istifadə edirlər. Təhlükəsiz yaşamağa canatımı yalnız bizim marağımızdadır və buna biz özümüz nail olmalıyıq. Cənubi Qafqaz regionunun inkişafını çətinləşdirən budur. Erməni revanşzminin lətifəyəbənzər təfsiri budur ki, Türkiyənin, Rusiyanın və Azərbaycanın eyni vaxtda zəifləməsini gözləmək lazımdır. Cənubi Qafqaz ümumilikdə ümidsiz şəkildə tənbəlliyin girdabına düşüb. Heç olmasa bunu etiraf etmək lazımdır. Cənubi Qafqaz İttifaqı ideyası əminəm ki, bizim regionumuzda mədəni inqilabın yeganə alternativi və açarıdır. Bu məsələ nə qədər çox müzakirə olunsa, əsl inteqrasiya üçün daha çox şans yaranar və bu, istənilən imperialist qüvvəyə meydan oxuyan ölkələrin bərabərhüquqlu koalisiyasına gətirib çıxarar. İnsan üçün daha yaxşı olanı nədir? Utopiyaya işləmək, yoxsa müharibəyə?”
Ermənistanda "baş satqının" axtarışı gedir
- Hazırda Yerevanda nə baş verir. Paşinyanı istəməyən kimlərdir? Siz onun istefaya gedəcəyini gözləyirsinizmi?
- Əgər daxili informasiya meydanından danışsaq, orta əsr qaydalarına uyğun olaraq indi bizdə başsatqının axtarışı prosesi gedir. Bu prosesin məqsədi adamları yayındırmaq, onların situasiya barədə düşünmək qabiliyyətini kütləşdirmək, onların müharibənin nəticələrinin aradan qaldırılmasında iştirak etmək əzmini sarsıtmaq və onların sülhə canatımının qarşısını almaqdır. Hakimiyyət uğrunda mübarizənin bazar ab-havası yaradılıb, normal insanlar bir tərəfə çəkilmək məcburiyyətindədirlər. Bazar Ermənistanda bərqarar olmuş birpartiyalı sistemin içində gedir. Bugünlərdə Paşinyan özünün Facebook səhifəsində vətəndaşlara gələcəyə baxışlarını formalaşdırmağı təklif etmişdi, çünki onun fikrincə bugünkü hərəkətlər ölkəmizin gələcəyini necə gördüyümüzə tuşlanmalıdır. Baxın, o n legitim baş nazir işini belə icra edir, özünün birbaşa vəzifəsini sosial şəbəkə istifadəçilərinin ixtiyarına verir. Burda nə demək olar? O istefaya gedəcəkmi, onun yerinə növbəti populist , yoxsa Ramzan Kadırov kimi birisi gələcəkmi? Mən gözləmirəm, amma ümid edirəm ki, Gürcüstanda azərbaycanlıların və ermənilərin rəmzi görüşlərini – Təkəli prosesini mümkün qədər tez dirçəltmək lazımdır. Ümid edirəm ki, siyasi konyunktur sülhməramlı aksiyalar üçün azad meydan yaradacaq.
"Paşinyan 7 rayonu müharibəsiz versəydi həyatını təhlükəyə atardı"
- Paşinyan barəsində deyirlər ki, Ermənistan müharibəni demokratiya, onun seçilməsi nəticəsində uduzub...
- Paşinyan və onun komandasının seçkiqabağı proqramı olmayıb. Vətəndaşlar ona hakimiyyətin dəyişilməsi, Ermənistanı işğal etmiş quldurlardan xilas olmaq ümidi ilə səs veriblər. Mən yumşaq desəm, qonşu ölkə ilə dondurulmuş münaqişə şəraitində demokratikləşmə proseslərinə həmişə şübhə ilə yanaşmışam. Bunlar çox təəssüf, mütərəqqi beynəlxqalq icma tərəfindən fəal dəstəklənən imitasiya prosesləri idi və ona gətirib çıxartdı ki, hakimiyyət peşəkar populistin əlinə keçdi. Mən Qərbin maliyyə dəstəyindən danışmıram. Mənəvi və ideoloji dəstəkdən danışıram. Hərbi kazarma rejimində yaşayan ölkədə siyasətdən, insan haqları və azadlıqlardan, demokratik seçkilərdən ciddi şəkildə danışmaq olmaz. Ermənistan müharibəni artıq çoxdan uduzmuşdu. Niyə Nikol Paşinyan 7 rayonu müharibəsiz vermədi? Niyə müvəqqəti köçkünlərin Dağlıq Qarabağ Muxtar Vilayətinə qayıtmasına razılaşmadı? Çünki o belə bir qərar qəbul etsəydi, həyatını riskə atardı. Onu devirərdilər, amma müharibə bütün hallarda başlanardı.
Oxşar xəbərlər
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
Xəbər lenti
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
