İran Şahının həyat yoldaşı Fərəh Pəhləvi
1979-cu ildə islam inqilabı nəticəsində devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, 80 yaşlı Şahbanu Fərəh Pəhləvi “Şpigel” jurnalına müsahibə verib.
Azpost.info müsahibəni qısa ixtisarla oxucularına təqdim edir.
-Məhəmməd Rza Pəhləvinin İranı tərk etməsində 40 il ötdükdən sonra ayətullahlar yenə sizdən qorxurlar?
–Çoxlu adamlar bu gün də mənim həyat yoldaşım haqqında söhbət açırlar. İranlılar Parisdə, ABŞ-da küçədə məni öpüb qucaqlayırlar. Xüsusən gənclər…Onlar biz ölkədən gedəndən sonra doğulublar. İnternetdən və Tv-lərdən İranın o zaman necə olduğunu görürlər. Bu mənə enerji və cəsarət verir.
-Sizin 70-ci illərdə müxtəlif ölkələrdən aldğınız sənət əsərlərindən ibarət kolleksiyanın toplandığı Tehran İncəsənt Muzeyi kifayət qədər avanqard idi. Bu, o zamankı ənənəvi və mühafizəkar İran üçün hardasa bir az provokativ görünürdü. Əhalinin böyük hissəsi sizin zamanda kasıblıq içində yaşayırdı. Sizin bundan xəbəriniz yox idi?
-Mən elə düşünmürəm. İran mühafizəkar ölkə deyildi. Mən başa düşmürəm, nə üçün bəzi adamlar elə hesab edir ki, yalnız Qərbdə müasir rəssamlıq müzeyləri ola bilər. Mən İranı çox gəzmişəm, insanları ilə danışmışam. Mənim həyat yoldaşım ölkəni irəli aparmaq üçün işləyirdi. O bunu “Ağ inqilab” adlandırıdı.
-Mühafizəkarların təsirini azaltmaq üçün modernləşdirmə Proqramı…
-Biz müasir ölkə olmaq istəyirdik. Mənim ərim feodal sisteminə son qoymaq üçün torpaq islahatı apardı; qadınlara bərabər hüquqlar verdi; fəhlələrə hüquqlar verdi; meşələri və su hövzələrini milliləşdirdi. Təhsil, xəstəxanalar, iqtisadiyyat və sənaye: Biz inkişafa nail olmaq istəyirdik. Dindar adamlar, o cümlədən ayətulla Xomeyni bunların əleyhinə idi.
-O zamanın Amerika qəzetləri yazılar ki, Tehranda müasir incəsənət muzeyinin açılması qədim sivilizasiyanın 70-ci illərin müasir qərb dünyası ilə toqquşmasna çevrildi.
-Bir çox mənada bu iranlılara yuxarıdan aşağı baxmaqdır. İranlıların xeyli mədəniyyəti və tarixi var. Persopolis qullar tərəfindən deyil, maaş alan fəhlələr tərəfindən tikildi. Adamlar deyirlər: “Siz çox sürətlə gedirdiniz”. Hansı tərəqqipərvər hakimiyyət sürətlə getmək istəməz? Mən çox illər əvvəl ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə Misirdə olan söhbətimizi xatırlayıram. Mən ona dedim biz İranda çox güman ki, 5-6 il əvvəldən açıq cəmiyyətə keçid etməli idik, o zaman inqilab da baş verməzdi. O isə cavabında dedi ki, biz bunu etsəydik inqilab 6 il tez olacaqdı.
-Bu Muzeyin açılışından bir neçə ay sonra İnqilab başlandı. Məgər inqilab cəmiyyətdəki dərin uçuruma, var-dövlətin qeyri-bərabər bölünməsinə və elitanın həyat tərzinə olan reaksiyası deyildi? Necə oldu ki, siz hakimiyyətinizi devirəcək təhlükəli sosial cəryanı müəyyən edə bilmədiniz?
-Biz situasiyanın öhdəsindən gələ bilmədik, buna hazır deyildik. Düşmənlərimiz yaxşı təşkilatlanmışdı, biz isə yox. Bir çoxları Fələstin, Kuba və digər yerlərdəki düşərgələrdə təlim almışdılar.
-Şahın regionda ən böyük və qüdrətli hərbi qüvvəsi var idi…
–SSRİ-nin və Çinin kommunistləri və solçuları bizim əleyhimizə idilər. Bizə qarşı Xomeyniyə dəstək verdilər. Həyat yoldaşım bunu “qırmızıların və qaraların uyğunsuz koalisiyası” adlandırırdı. Qırmızlar kommunistlər, qaralar dini fanatiklər idi. Ola bilsin biz məscidlərdə nə baş verdiyindən xəbərsiz idik, bu adamların apardığı işi qiymətləndirə bilmədik. Biz inana bilmirdik ki, Şahın ölkə üçün gördüyü bu qədər işdən sonra onu hansısa Xomeyni əvəz edəcək. Amerikadan və Avropadan İrana qarşı olan reklam da onlara kömək elədi. Xomeyninin çıxışları İrana çatmamış BBC-dən translyasiya olunurdu.
-Çoxları Şaha nifrət edirdi, siz Şahbanunu da xoşlamırdılar. Hətta bir tanınmış ayətulla İrana qayıtmanız üçün ərinizi öldürməyi təklif etmişdi.
-Mən bu adamları iranlı hesab etmirəm. Onlar o qədər insan öldürdülər ki…
-İnqilabdan əvvəl bədnam SAVAK müxalifətə qarşı sistemli şəkildə işgəncələr tətbiq edirdi. Onlar elektrik cəryanından, yandırma, dırnaqların və dişlərin çıxarılması, zorlama metodundan istifadə ediblər.
-Bu məsələdə çoxlu yalan və şişirtmələr olub. Əvvələr inqilabı dəstəkləmiş bir sıra solçular sonralar İran KİV-rində etiraf etdilər ki, bu yalanı qəsdən yayıblar. Mən istərdim sizi seminariyanın sabiq tələbəsi, doktor İmadəddin Baqinin tədqiqatları ilə tanış edim. İslam Respublikası Pəhləvi dövründə siyasi məhbusların sayının müəyyən edilməsi üçün onu səlahiyyət vermişdi. Təhqiqatın nəticələri Baqini təəccübləndirmişdi: O müəyyən etdi ki, İranda Şah zamanı siyasi məhbusların sayı car çəkildiyi kimi yüz min yox, 3200 nəfər olub.
-İranda siyasi məhbus və siyasi motivli ölümlərlə bağlı beynəlxaq səviyyədə tanınmış tədqiqat heç vaxt keçirilməyib. Lap hətta bu say aşağı olsa belə bütün bu baş verənlər insan haqlarının pozulması idi. Siz niyə müdaxilə etmirdiniz?
-Mən bununla bağlı heç nə edə bilmirdim.
– Siz Şahbanu idiniz. Şah kimi siz də nə istəsəniz edə bilərdiniz.
–Yox, hər şey elə də sadə deyildi. Hökümət vardı, başqa nufuzlu adamlar var idi.
-İşgəncə vermək, öldürmək lazım idi?
-Yox. Əgər bu doğrudursa mən təəssüf edirəm ki, onlar bunu ediblər. Mən istərdim ki, bunu etməsinlər. 40 il ötüb, amma bütün bu mənfi və həddən artıq şişirdilmiş məsələ daim təkrar –təkrar xatırladılır. Mən istərdim ki, siz İranda bu gün nə baş verdiyindən yazasınız.
-Madam, biz bu barədə əhatəli şəkildə danışarıq. Sizin bu işgəncələrdən xəbəriniz var idi?
-Mən bu barədə eşitmişəm. Amma bunun həqiqət olduğuna əmin deyildim. Siz bizim ölkəmizi qərb demokratiyası ilə eyni tutursunuz. Amma biz bir gecədə demokratiya yarada bilməzdik. Adamların təhsil alması, siyasi aktiv həyata qoşulması üçün zaman tələb olunur.
Mən ölkəmizin irəli aparılması üçün keçirilən bir çox tədbirlərdə iştirak etmişəm: Cüzamlı xəstələrin olduğu xəstəxanlara, aztəminatlı adamlara, əngəlli adamlara kömək etmişəm. Biz filmlər hazırlayırdıq, kitablar çap edirdik, hər yerdə uşaqlar üçün kitabxanalar açırdıq. Adamların oxumağı öyrənməsi üçün ən uzaq yerlərə CİP-lərlə, eşşəklərlə kitab aparırdıq. Siz bütün müsbət və mənfi tərəfləri nəzərə alaraq balans üzrə mühakimə aparmalısınız. Mən hesab edirəm ki, Şahın həyatında müsbət tərəflər mənfini üstələyir.
-Fikrinizcə, üsyanın yatırılmasında həyat yoldaşınız daha qəti qərarlı olmalı deyildimi?
–Xeyr. Çox adam sual verir: Nə üçün Şah əvvəlcədən daha sərt davranmadı, adamları həbs etmədi, öldürmədi? Həyat yoldaşım belə cavab verərdi: “Mən öz taxt-tacımı xalqımın qanı üzərində qurmaq istəmirəm”. Qərb də inqilaba kömək etdi.
-İranı tərk etdikdən sonra heç bir ölkə sizi və ailənizi qəbul etmək istəmədi. Belə sürətli enişdə sizə büdrəməməyə nə kömək etdi?
–İdman kömək elədi. Mən özümü tennis oynamağa məcbur etdim. Bizə dəstək verən insanlar da var idi. Mən həmişə həyat yoldaşımın və özümün kim olduğunu yaddan çıxarmamışam. Mən ərimin və uşaqlarımın əhvaını yüksək saxlamağa çalışmışam. Mən bilirdim: Əgər əzab çəksəm, düşmən sevinəcək.
-Depresiyaya düşmüşdünüz?
–Müəyyən qədər. Psixoloqa getdim. Bir müddət dərmanlar atmalı oldum. Amma sonra dayandım, çünkü əhvalım daha pis olurdu. Sonra dedim ki, əgər brir gün yıxılıb öləcəyəmsə deməli qədər belədir.
-Qızınız Leyla vəfat etdi. Bir oğlunuz intihar elədi…
–Bu, ürəyimdə olan yaradır, heç vaxt bitməyəcək. Onların hər iki elə ağıllı idilər ki…Öz problemlərinin həlli üçün elə fəal çalışırdlarki… Adamlar küçədə “rədd olsun Şah” qışqırırdılar, biz bir yerdən başqa yerə keçməyə məcbur olurduq. Gəncliklərində qəzet və TV-dən o qədər mənfi şeylər eşidirdilər ki… Allah bilir. Mən tez-tez düşünrəm: Nə edə bilərdim? İndi bunun heç bir mənası yoxdur. Onlar artıq dünyada yoxdular.
-İranın gələcəyi nə vəd edir?
–Mən həmişə pozitiv olmaq istəyirəm. Bizim uzun tariximizdə İran çoxlu sayda digər ölkələr tərəfindən işğal olunub. Bütün bunlara baxmayaraq iran idientikliyi özünü saxlaya bilib. İnsanları çox cəsurdurlar.
Hazırladı:
X.SƏFƏROĞLU
Azpost.info
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Ağacan Abıyevə ağır itki
22 mart 2024 13:17
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06