"Pəhləvanlar" kafesinin 18 otağında 49 əxlaqsız qadınla ...
Əxlaqsızlıq yuvası olması ilə məşhurlaşan "Pəhləvanlar" kafesini işlədən şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonundakı kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən Habil Ramazanov və Yalçın Əzimli 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qabil Ramazanov barəsində isə şərti cəza təyin edilib. Bildirək ki, Qabil Ramazanov məhkəmə istintaqı dövründə həbsdə idi. Onun səhhətində ciddi problem yarandığı, infarkt vurduğu üçün ev dustaqlığına buraxılmışdı.
İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib.
Məlumata görə, Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.
İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı kafenin ikinci mərtəbəsində müştərilərlə intim əlaqədə olmaq üçün gözləyən 49 qadın saxlanılıb.
Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarla intim münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və barələrində zəruri tədbirlər görülüb. İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.
İstintaq orqanı Qabil Ramazanov barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.
Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.
Ramazanov qardaşları dəfələrlə televiziya verilişlərində, tədbirlərdə pəhləvan kimi şoular göstəriblər. Onların pəhləvan kimi fəaliyyəti ilə bağlı “Youtube” kanalında xeyli sayda videogörüntülər də var. Həbs edilən Ramazanov qardaşlarının böyük qardaşları da pəhləvan olub.
Musavat.com
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- Mehman Xəlilova hökm oxundu - 19 il həbs
20 mart 2024 12:10
- Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər həbs edildi
12 mart 2024 15:47
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Azərbaycanlı fəhlə necə milyarder oldu? – Yarımçıq ömür
9 mart 2024 18:25
- Hamamda əxlaqsızlıq: Bakıda 43 yaşlı kişi sevgilisinin 10 yaşlı qızına...– ŞOK DETALLAR
29 fevral 2024 15:45
- Azərbaycanda qadın keçmiş sevgilisini çılpaq vəziyyətdə evdən qovdu
10 fevral 2024 15:55
- Xankəndidə erməni qadınla azərbaycanca müsahibə - Video
5 fevral 2024 12:02
- Məzuniyyətə gələn hərbçimiz dəm qazından öldü
4 fevral 2024 12:28
- Bakıda müğənninin qətlə yetirilməsinin detalları məlum oldu
31 yanvar 2024 14:22
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06