Son 3 il - islahatlar, idarəetmə sistemində yeniləşmə və Böyük Qələbə mərhələsi
2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin andiçmə mərasimi oldu və onun qarşıdakı 7 il ərzində hansı məsələləri prioritet kimi irəli sürəcəyi hər kəs kimi siyasi müxalifət üçün də maraqlı idi.
İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki, növbəti illərdə çox ciddi islahatlar aparacaq, onları dərinləşdirəcək və vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Həmçinin vurğuladı ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da güclənəcək.
Prezident iqtisadi islahatlar və ordu quruculuğu, siyasi opponentlərlə münasibətlərin sağlam əsaslar üzərində qurulması və digər məsəslələrə də toxunmuşdu.
Bildirmişdi ki, seçki kampaniyası dövründə rəqiblərin səsləndirdiyi haqlı tənqidləri öz fəaliyyətində nəzərə alacaq, onların təkliflərini həyata keçirməyə çalışacaq. Eyni zamanda bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, münaqişənin qısa zamanda həlli onun üçün ən əsas prioritetdir.
Bəs İlham Əliyevin növbəti dəfə prezident kimi and içməsindən ötən 3 il ərzində nələr baş verdi?
Bu gün görünən reallıq odur ki, İlham Əliyev andiçmə mərasimindəki nitqində verdiyi vədləri demək olar ki, böyük uğurla yerinə yetirməkdədir. Biz hər şeydən əvvəl siyasi hakimiyyət strukturunda ciddi institusional dəyişikliklərin şahidi olduq. Eyni zamanda artıq yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən dövlət institutlarının daha dinamik və effektiv olanlarla əvəz edildiyini gördük. Bu zaman gənc, xaricdə təhsil almış, bilikli və bacarıqlı insanlar, peşəkar menecerlər hakimiyyət strukturlarında idarəçiliyə gətirildi. Bu proses hazırda da davam etməkdədir. Kommunist partiyasından bizə miras qalmış, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən, öz əməlləri ilə ölkədə inkişafın gedişini ləngidən, xalqın haqlı qınağı ilə üzləşən köhnə komanda modern və gənc kadrlarla əvəz edilməkdədir.
Xüsusilə qeyd edilməlidir ki, Prezident hakim komandanı yeniləyərkən partiya faktoruna yox, peşəkarlığa üstünlük verir. Dövlət idarəetməsinin hər pilləsində əsas prinsip kimi islahatların reallaşdırılması qəbul edilib. Biz dərin islahatlar gözləyirik. Bu, bütün sahələri əhatə etməlidir, dövlət idarəetməsi daha da təkmilləşməlidir.
Eyni zamanda ölkədə gedən siyasi islahatlar öz səmərəsini verməkdədir. İlk öncə qeyd edə bilərik ki, son dövrlərdə iqtidar-müxalifət dialoquna doğru mühüm və çox ciddi addımlar atılıb. Xüsusən də Prezidentin Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından və müvafiq quruma Ədalət Vəliyevin müdir təyin edilməsindən sonra bu struktur fəaliyyətini intensiv həyata keçirir. Bu, ölkədə siyasi mədəniyyətin formalaşması, ölkənin siyasi sisteminin güclənməsi, inkişafı istiqamətində bir prosesdir və hər kəs tərəfindən təqdir olunur.
Son bir il göstərdi ki, Azərbaycan pandemiya ilə mübarizədə ön yerlərdən birini tutur. İlk gündən ölkədə pandemiya ilə mübarizəyə start verilib və çətin dövrdən daha az itkilərlə çıxmaq hədəf götürülüb. Təsadüfi deyil ki, bu gün Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda liderdir. Bu istiqamətdə dövlət səviyyəsində görülən işlər özünü rəqəmlərdə, müxtəlif statistikalarda ifadə edir.
Bundan əlavə, ölkədə aparılan vergi, bank-maliyyə, kənd təsərrüfatı, ekoloji təhlükəsizlik sahəsindəki islahatlar da təqdirəlayiqdir.
Ötən dövr ərzində İlham Əliyevin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi ən böyük xidmət ərazilərimizin işğaldan azad edilməsidir. O, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının əsas səbəbkarıdır. Vətən müharibəsi zamanı şərəflə yazılan Azərbaycanın Zəfər tarixi Müzəffər Ali Baş komandanın ordu və xalqı ilə birlikdə yaratdığı əsl qəhrəmanlıq dastanıdır. 30 illik həsrət cəmi 44 günə sona çatdı, xalqımız öz liderinin ətrafında yumruq kimi birləşdi və nəticədə "dəmir yumruq” düşmənin başına endirildi. Bu zəfər sonrakı min illər ərzində də Azərbaycanın şanlı tarixini bəzəyəcək.
Təəssüf ki, Azərbaycan müharibə dövründə olduğu kimi, müharibədən sonra da xaricdəki anti-Azərbaycan qüvvələrlə mübarizə aparmalı olub. Həm informasiya cəbhəsində, həm də döyüş cəbhəsində aparılan mübarizə ölkəmizin, onun rəhbərinin gücünü göstərdi. Lakin hələ işlər bitməyib. Üstümüzə erməni lobbilərinin dəstəyi ilə daha güclü informasiya savaşçıları gəlməkdədir. Biz müharibənin ardından informasiya savaşını da, diplomatiya savaşını da qazanmaq məcburiyyətindəyik. Ona görə də hamımız ayıq-sayıq olmalı, bütün siyasi ambisiyalarımızı kənara qoyub, vətən naminə ümumi dövlət prinsipləri ətrafında sıx birləşməliyik.
Ümidvarıq ki, ölkədə gedən dərin islahatlar, qələbə əhvali-ruhiyyəsi, nəsil dəyişikliyi və idarəetmə sisteminə gətirilən yeniliklər İlham Əliyevə qarşıdakı illərdə daha böyük uğurlara imza atmağa imkan verəcək.
Asim MOLLAZADƏ,
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Sabiq nazir Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzini özəlləşdirib
15 mart 2024 20:30
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Cənab Prezident! Köməyinizə ehtiyacımız var, Zakir Fərəcov bizi işlədib pulumuzu vermir..
11 mart 2024 16:41
- Azərbaycanlı gənc Harvardda professor oldu - FOTOLAR
11 mart 2024 11:55
- Azərbaycanda Ramazan ayı başlayıb
11 mart 2024 00:42
- Qarşımızda təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin təmin edilməsi vəzifəsi dayanır
5 mart 2024 23:08
- Bu gün od çərşənbəsidir
5 mart 2024 12:24
- Mübariz Qurbanlının yerinə nə vaxt təyinat olacaq?
29 fevral 2024 16:17
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya