KQİ-də göyə sovrulan milyonlar-ARAŞDIRMA

ARDNŞ-nin struktur bölmələrindən olan “KQİ” tresti (Kompleks Qazma İşləri Tresti) ilə bağlı internet üzərindən araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, başında İsgəndər Şirəliyev adlı bir neftçi-mütəxəssisin olduğu bu təşkilat ailə qurumuna çevrilib.

Məsələm ixtisar prosesi heç də ARDNŞ rəhbərliyinin əmr-qərarına uyğun aparılmır, ədalət prinsipi kobudcasına pozulur, haqq-ədalət qohum, dost və fərdi maraqlara qurban verilir. Bu da sonda vətəndaşlarımızın ümumilikdə ARDNŞ rəhbərliyindən və dövlətimizdən narazı qalması ilə nəticələnir. Belə ki, trest daxilindəki mənbənin verdiyi məlumata görə; “Neft Şirkətində pensiya yaşına çatmış insanlar müavinət ödənilməklə işdən çıxarıldığı halda, İ. Şirəlinin pensiya yaşını çoxdan ötmüş qohumu ilbəil işdə saxlanılır, üstəlik ixtisasca neftçi olmayan və neft sənayesindən başı çıxmayan bir qohumu üçün idarədə “məsləhətçi” ştatı açdırmaqla onu ixtisarlardan “qoruyur”. Bundan əlavə, ali təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi ARDNŞ rəhbərliyinin əmri ilə yasaq olduğu halda, İ.Şirəliyə yaxın olan adamlar ali təhsili olmadan da mühəndis vəzifəsinə təyin edilir. Yetər ki, bu orta təhsilli şəxs İsgəndər Şirəlinin qohumu olsun. Bundan başqa,Trest daxilindəki mənbə qeyd etdi ki, Trestin rəhbərliyi maliyyə haqq-hesabında da ARDNŞ rəhbərliyini aldadır. Belə ki, guya iş görüldü və bu işə xeyli vəsait xərcləndi deyə, aktlar hazırlanır, pullar silinir. Lakin əslində ortada heç bir iş yoxdur. Mənbə bunun sübutu kimi bir neçə sənədin kserosurətini təqdim etdi. Bu sənədlər bir neçə istismar quyusunun tikintisi və yolun çəkilməsinin başa çatdığını göstərən AKT-lardı. Daha dəqiq desək, bu aktlar Trestə aid olan Cəfərli sahəsində yerləşən 37 nömrəli istismar quyusunun, Lökbatan sahəsindəki 1533 və 1535 nömrəli istismar quyusunun və Buta sahəsindəki 1770 nömrəli istismar quyularının meydançalarının və yollarının tikintisi haqqında aktdır. Quyu tikintisi dedikdə neft quyusu qazılacaq yerin buruq quraşdırılması üçün hazırlanması və ehtiyac olduğu halda buraya gələn yolun gediş-gəliş üçün təmir olunması nəzərdə tutulur. Mənbə deyir ki, burada xərclər ən azı 10 dəfə şişirdilmiş şəkildə göstərlib. Belə ki; Cəfərli sahəsindəki 37 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 45900 (qırxbeş min doqquz yüz) manat, Lökbatan sahəsindəki 1533 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər:71500 (yetmişbir min beş yüz) manat, həmin sahədə 1535 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 56844 (əllialtı min səkkiz yüz qırxdörd) manat və Buta sahəsindəki 1770 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 49079 (qırxdoqquz min yetmişdoqquz) manat göstərilib. Dörd quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər isə ümumilikdə: 223, 323 min manat göstərilib. "Uzun zaman bu sahədə çalışan mütəxəssis kimi bütün adı çəkilən quyularda olmuşam. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, o yerlərə, yəni buruq yerinin hazırlanmasına və yolun təmirinə heç aktda göstərilən məbləğin 10 faizi qədər pul xərclənməyib. Bir çoxunda saxta aktlar tərtib olunsa da yol yerli-dibli çəkilməyib, sadəcə olaraq pullar silinib. Bütün bu aktlar tərtib olunandan sonra ona trestin müdiri İskəndər Şirəli şəxsən imza atıb. Ola bilməz ki, neftçi mütəxəssis kimi o, aktda göstərilən məbləğin gerçək xərcləri əks etdirmədiyini bilməsin. İnanmırsınızsa araşdırma apara bilərsiniz. Əminəm ki, ciddi və dəqiq yoxlama aparılarsa “KQİ” trestinin ağlasığmaz həddə yeyintilərə yol verməsi faktları üzə çıxacaq” –deyə mənbə qeyd etdi. Sonda bildirmək istəyirik ki,Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilir.Xeberdar.net\

NUH.az

- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43