Füzuli və Cəbrayılın işğalından 26 il ötür
Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.
"Qafqazinfo"nun məlumatına görə, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.
Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.
Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.
Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, kəndin ərazisi minalardan təmizlənərək, ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdrılıb.
Kənddə bərpa işlərinin ikinci mərhələsində dövlət başçısısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektlər inşa edilib. Bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib. Bunlar, əsasən, Bakı və Şirvan çəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir.
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
6 mart 2024 11:27
- Sumqayıt hadisələrindən 36 il ötür
28 fevral 2024 11:54
- Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür
9 fevral 2024 09:55
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür
31 yanvar 2024 11:07
- Zaxarova Rəsulzadəyə də dil uzatdı...-Yəqin, arxayındır ki, Azərbaycandakı “5-ci kalon”..
27 yanvar 2024 18:01
- Prezidentliyə namzəd AĞILLI kəndi tənqid etdi - Kəndli toyuq-cücə saxlamalı...
27 yanvar 2024 17:03
- AXC-nin daxili işlər nazirinin oğlu danışdı....
20 dekabr 2023 21:10
- Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi - Foto
23 noyabr 2023 10:19
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05