Niyə rəhbər vəzifəyə keçən qadınlar daha çox boşanırlar?
Reportaj16 fevral 2020 08:47
"Nə qədər yaxşı işləsən, o qədər tez boşanacaqsan" - isveçli qadınlar zarafatla belə deyirlər. Həqiqətən də belədir: alimlər aşkar ediblər ki, işdə uğur qazanmaq qadınlara baha başa gəlir, statusları yüksəldikcə boşanma ehtimalı artır. Ancaq kişilərdə heç də belə deyil. Nə üçün?
Uğurlu karyera və sədaqətli həyat yoldaşı çoxumuzun arzusudur. Ancaq qadınlara kişilərlə eyni imkanlar təmin edən ölkələrdə belə yüksək vəzifə tutan qadının uğurlu ailə qurması eyni situasiyada olan kişidən daha çətindir.
Məsələn, Avropa Birliyi ölkələri arasında gender bərabərliyinə görə birinci yeri tutan İsveçin nüumunəsinə baxaq - bu ölkədə uzunmüddətli analıq məzuniyyəti var, dövlət uşaq baxçalarına subsidiyalar ayırır, valideynlərə dəyişkən iş qrafikiylə çalışmaq imkanı yaradılır və sairə.
Bu yaxınlarda İsveç iqtisadiyyatçıları hər iki cinsin nümayəndələrinin karyera pillələrində irəliləməsinin boşanma ehtimalına necə təsir etdiyini araşdırıb. Məlum olub ki, kişilərlə müqayiəsədə qadınlar üçün bu ehtimal xeyli çoxdur.
"Siyasət sahəsində irəliləmə məhz qadınlar arasında boşanmaların sayını artırır, elə müəssisə rəhbəri olan qadınlar da eyni situasiyada olan kişilərdən daha çox boşanırlar" - Stokholm Universitetinin professoru, yanvarın əvvəlində "American Economic Journal" nəşrində dərc edilmiş araşdırmanın həmmüəllifi Johanna Rickne belə deyir.
Özəl şirkətlərdə çalışan 100-dən çox heteroseksual kişi və qadının həyatını araşdıran alimlər müəyyən ediblər ki, müdir vəzifəsinə təyin edilən evli qadınlar anoloji situasiyada olan kişilərə nisbətən iki dəfə çox boşanırlar.
30 ilin göstəricilərinə görə, dövlət qulluğu, yaxud seçkilər nəticəsində əldə edilən mer və ya deputat statusu qadınlar arasında boşanma ehtimalını iki dəfə artırıb.
Seçkilərdən 8 il sonra onların 25%-i boşanmış olub, siyasətdə bu səviyyədə uğur qazana bilməyənlərinsə 15%-i ərindən ayrılıb. Kişilərdə belə hal ümumiyyətlə olmayıb.
Həkim, polis və rahibə olan qadınların da karyera pilləsində irəliləməsi partnyorlarıyla münasibətlərində problemlər yaradıb.
Qadınların yeni sosial rolları onların ailə münasibətlərinə mənfi təsir edir - buna hazır olmayan kişilər var
Müəlliflər qeyd edirlər ki, araşdırma iştirakçılarının çoxu övlad sahibi olub, ancaq uşaqları artıq böyüdüyü üçün onlarla bir yerdə yaşamırlar, yəni, ayrılığın səbəbi azyaşlılara qayğı məsələsindəki fikir ayrılığı problemi deyilmiş.
Rikne qeyd edir ki, İsveç qanunvericiliyi və sosial struktur vətəndaşları nəzəri baxımdan "ya iş, ya da ailə" seçimi qarşısında qoymasa da, real həyatda karyera yüksəlişi qadınlara müəyyən çətinliklər yaradır.
Ailələrin çoxunda qadının sosial və iqtisadi vəziyyətindəki dəyişikliklə bağlı konfliktlərin sayı artır, mübahisələr və stresli situasiyalar yaranır. Çünki qadının ev işlərinə və ya birgə istirahətə ayırdığı vaxtın əvvəlkindən az olması ondan gözləntiləri tam təmin etmir.
Rickne-nin araşdırmasında boşanma təşəbbüsünün kimə aid olduğu öyrənilməsə də, qənaətlərdən biri belədir: rəhbər vəzifəyə yeni təyin olunmuş qadının əri bu situasiyanı özüyçün daha mürəkkəb hesab edir, nəinki əri müdir olan qadın.
Rickne deyir ki, müasir nikah bazarı gender bərabərliyi məsələsində əmək bazarından geri qalır, çünki "karyerasında böyük uğur qazanmış qadının yanında qayğıkeş ər olmaq hələ də kişilər üçün adi hal hesab edilmir".
O, vəziyyətin tezliklə dəyişəcəyini düşünmür, hesab edir ki, araşdırmanın nəticələrini İsveç kimi eqalitar cəmiyyət qurmağa çalışan ölkələri nə gözlədiyini göstərən dərs hesab etmək olar.
Populyar qayğılar
39 yaşlı Charlotte Ljung elit mebel hazırlayan şirkətin baş direktorudur. Eyni zamanda, boşananlar üçün onlayn məsləhət xidməti yaradıb. Ljung deyir ki, Rickne-nin araşdırması onun tanıdığı uğurlu iş qadınlarının qayğılarını ifadə edir. Və gülərək əlavə edir:
"Zarafatla bir-birimizə deyirik ki, nə qədər yaxşı işləsən, o qədər tez boşanacaqsan".
Riknenin araşdırmasına görə, mer və yaxud deputat seçilən qadınlar arasında boşanma sayı iki dəfə artıb
Ljung boşananda hər iki uşağı balacaymış. Onların ailəsində mübahisə yaradan əsas səbəb Ljung-un valideynlik borcu və yüksək vəzifə arasında balans yaratmaq cəhdi olub.
Hətta uşaq olmasa belə, qadının müdir olması ailələrdə problemlər yaradır - ezamiyyətə getmələr, işdən gec gəlmələr, yüksək vəzifənin yaratdığı stres ər-arvad arasında tez-tez konfliktə səbəb olur.
"Bundan başqa, bir də bu sual çıxır ortaya - evin böyüyü kimdir? Evə kim daha çox pul gətirir?"
"İşdə yüksək statusu olan qadınla görüşmək əvvəlcə kişilərin xoşuna gəlir, onu dəstəkləyirlər, uğurlarına sevinir, səhvlərinə kədərlənirlər. Ancaq bir müddət sonra həzm etməyə çətinlik çəkdikləri reallıqla üzləşirlər" - Ljung belə deyir.
Uyğun partnyor seçmək
Bəs, müdir-qadınlar nə etməlidirlər, icra etdikləri vəzifənin ərləriylə münasibətlərinə təsirini necə azaltmalıdırlar?
Rickne qeyd edir ki, İsveç kimi eqalitar ölkələrdə qadınlar, adətən, özlərindən yaşca böyük və onlardan daha çox qazanan kişilərə ərə gedirlər. Bunu keçmiş zamanların izi kimi də qiymətləndirmək olar - həmin zamanlarda ağ atlı şahzadə arzulayan qızların varlı ər tapmaq bacarığı yüksək qiymətləndirilirdi.
"Problem həm də ondadır ki, statusu və maaşı yüksək olan qadınlar "evdar kişi" olmağa razılaşacaq az maaşlı ər axtarmırlar. Amma situasiyanı reallıq baxımından qiymətləndirsək, lap əvvəldən bərabərhüquqlu münasibətlər qurmaq daha yaxşıdır" - Rickne belə deyir.
Karyera yüksəlişiylə bağlı boşanmalar daha çox o ailələrdə müşahidə edilib ki, qadın ərindən xeyli gənc olub və uşağa qulluqla bağlı məzuniyyətin çox hissəsini o götürüb (İsveçdə valideynlər bu məzuniyyəti öz aralarında bərabər şəkildə bölmək hüququna malikdirlər) - Rickne-nin araşdırması bunu göstərib.
Yaşları çox fərqlənməyən və uşağa nisbətən bərabər səviyyədə qulluq edən cütlüklərdə qadının vəzifəyə təyin edilməsi daha az boşanmaya gətirib çıxarıb.
Yaxşı nümunələr
38 yaşlı Charlotte Sundaker Stokholmdakı beynəlxalq təhsil şirkətinin baş direktoru əvəzi vəzifəsinə ilk övladını dünyaya gətirəndən iki il sonra təyin olunub.
Onun partnyoru Christian Hagman-ın 31 yaşı var. Charlotte hesab edir ki, Christian-ın yaşca kiçik olması bu situasiyada müsbət rol oynayıb - çox da böyük stres keçirməyib ("Mən onun qədər uğurlu deyiləm!" deyə), çünki karyerasının fərqli mərhələsində olub.
Charlotte onun yeni nəslin nümayəndəsi olduğunu deyir - bu nəsil kişidən ənənəvi gözləntiılər stereotipini dəyişmək istəyir. Christian işdə Charlotte-un yükünün çox olmasını anlayışla qarşılayır.
Ancaq onlar hesab edirlər ki, hələ də bir yerdə olmalarının səbəbi üzləşdikləri çətinliklər haqqında tez-tez və açıq danışmalarıdır.
"Charlotte baş direktor işləməyə başlayan kimi bütünlüklə işinə qapıldı. Bu normaldır, çünki işi belədir. Daha az ünsiyyətdə olmamız məni bir az kədərlənirirdi... Amma Charlotte mənim iradlarımla razılaşırdı. Mən də onun dediklərini qəbul edirdim" - Christian belə deyir.
İsveç kimi ölkələrdə yaxşı gəliri olan qadınlar onlardan daha çox qazanan kişilərə ərə getmək istəyirlər
O da, Charlotte da hesab edirlər ki, perspektivi analiz etmək onlar üçün faydalı olub: məsələn, gələcəkdə Christian-ın da işinə və karyerasına daha çox zaman ayıracağı ehtimalını.
İndi o, dizayn üzrə məsləhət bürosu açıb, elə Charlotte-un da öz işi var - qadınlara biznes qurmağa kömək edən "Ownershift" analitik mərkəzinə rəhbərlik edir.
Boşanmış Charlotte Ljung hesab edir ki, qadın rəhbər vəzifəyə təyin ediləndə evdəki münasibətləri qarşıda hansı təhlükələrin gözlədiyini bilmək, hətta ənənəvi gender rollarına uyğun qurulmuş ailələrdə də vəziyyətin çox gərginləşməməsinə və birgə yaşayışa davam etməyə imkan verər.
"Feminist şlyapası taxanda və barmaqla göstərəndə diqqətli olmaq lazımdır, çünki kişiləri bu dəyişikliklərə praktiki olaraq həqiqətən də heç nə hazırlamayıb," - o deyib. "Biz mövzu haqqında danışmaqla ona daha yaxşı üsullar tapmalı və məsələ barədə maarifləndirmə aparmalıyıq. Eyni şəkildə, bizim İsveçdə "destiqmalaşdırma terapiyamız" var, kişilərə kömək edə biləcəyimiz bənzər bir şey varmı?" - Ljung belə deyir.
Boşanmanın faydası
Hərçənd boşanmaq heç də həmişə ən pis variant deyil. "Lexly" şirkətinin hüquqşünası Molly Malm deyir ki, digər AB ölkələriylə müqayisədə İsveçdə boşanmanın daha çox olması isveçlilərin can atdığı gender bərabərliyindən irəli gəlir.
Qadınların xeyli hissəsinin işləməsi və uşağa qulluq haqqının valideynlər arasında bərabər bölünməsi yola getməyən cütlüklərin boşanma qərarı verməsini asanlaşdırır.
İsveçdə boşanmış qadınlar həm biznesdə, həm də siyasətdə rəhbər vəzifələri daha rahat icra edirlər
"Boşanma dünyanın axırı demək deyil" - Skandinaviyada bir neçə dəfə ərə getməyin və ya bir neçə uzunmüddətli münasibətdə olmağın eyib sayılmadığını bildirən Malm belə deyir.
"İsveç çox da dindar ölkə deyil... Burada ona görə ərə gedirlər ki, belə qəbul olunub və bu romantikdir, bayram təəssüratı yaradır. Ancaq kimdəsə alınmayanda, anlayır ki, boşana bilər".
Professor Ricknenin araşdırması belə deməyə əsas verir ki, yüksək vəzifəyə keçəndən sonra boşanan qadınlar eyni situasiyada olan kişilərlə müqayisədə daha az ailə qurur və ya yenidən kiminləsə ciddi münasibətə başlayır.
Ancaq araşdırmanın aydınlıq gətirmədiyi bir məqam var - qadınlara partnyorsuz yaşamaq daha asandır, yoxsa özünə uyğun olanını tapmaq olmur?
Rickne deyir ki, boşanmaların yüksək həddinin konstruktiv tərəfi də var: İsveçdə həm tənha kişilər, həm də tənha qadınlar rəhbər vəzifələri daha rahat icra edə bilirlər - istər biznesdə, istərsə də siyasətdə.
"Başqa ölkələrdə sən, məsələn, seçki kampaniyası aparırsansa və seçicilərin xoşuna gəlmək istəyirsənsə, yanında ərinin və ya arvadının olması az qala məcburidir. Bunu baş direktorlara da aid etmək olar - onların ərləri və ya arvadları biznes dünyasının vacib əlavəsinə çevrilirlər. Ancaq İsveçdə belə deyil".
Rickne həmçinin qeyd edir ki, "Cəmiyyət boşanmalara daha dözümlü yanaşır və yəqin ki, bu, yaxşı haldır. Əgər qadının əri onun işdəki uğurlarını dəstəkləməyən biridirsə, bu zaman boşanmaq karyera pillələrini təkbaşına çıxmaq və bəlkə yeni partnyor da axtarmaq imkanı yaradır. Bütün həyatı bir partnyorla keçirmək heç də həmişə ən ideal qərar deyil".
Mənbə: BBC Worklife
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya