Azərbaycan - İran : Yeni reallıqlar
Hadisə26 yanvar 2021 19:22
Vaqif Abdullayev - siyasi elmlər doktoru, professor
İran və Azərbaycan dərin tarixi köklərə və ənənələrə malik dost ölkələrdir.
Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qonşu ölkələrik, qədim müştərək tariximiz vardır, milli-mənəvi dəyərlərimiz bir-birinə bənzərdir, bunlar hamısı xalqlarımızın tarixən dostluğunu təmin edibdir. Ümummilli liderin İrana səfərləri, eləcə də İran İslam Respublikasının dövlət başçılarının, hökumət üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafında mühüm rol oynamışdır.
Son illərdə Prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin intensiv görüşləri, imzalanan mühüm dövlət sənədləri, eləcədə əldə olunmuş razılıqlar Azərbaycan və İran arasında sabit siyasi və iqtisadi inkişafı daha da möhkəmləndirmişdir.
İranda bəzi dairələr, erməni lobbisini təsiri və təhrikçiliyi sayəsində Azərbaycana qarşı xoşagəlməz addımlar atmağa çalışsa da, rəsmi Tehran bu zərərli meyillərin qarşısını alıb.
Azərbaycan dövləti humanist və tolerant, xoşniyyətli ölkədir, hər zaman qarşılılıq hörmətə əsaslanan qonşuluğa sadiq qalıb. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan tərəfindən aparılan müstəqil siyasətin təmin olunmasına yönəlib, heç bir xarici qüvvələrin, blokların maraq və mənafeyinə xidmət edən koalisiyalara qoşulmayıb.
Cənab İlham Əliyev öz müdrikliyini, humanistliyini göstərərək İranla dostluğa xələl gətirə biləcək addımların qarşısını alıb, bunu yolverilməz olduğunu bəyan edib, hər zaman İranla xoş qonşuluq siyasəti yürüdüb.
Rəsmi Tehran da hər zaman Dağlıq Qarabağ münaqişənin yalnız dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını bəyan edibdir. Vətən müharibəsində İran Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, rəsmi Tehran bu davranışı ilə bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirib.
Azərbaycan artıq Ermənistanın 30 illik işğalına son qoyub, ərazi bütövlüyünün bərpa edib və artıq regionda normal vəziyyəti təmin etməkdədir. Eyni zamanda, İranla 30 ildən sonra öz dövlət sərhəddini tam bərpa edib.
Rəsmi Bakı bölgədə yeni geosiyasi-iqtisadi reallıqlar formalaşdırır. Azərbaycan, Rusiya və Ermənistan arasında yanvarın 21-də imzalanmış saziş regionda kommunikasiyaların açılması və yeni nəqliyyat qovşaqlarının yaradılmasını nəzərdə tutur.
Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin səfərinin məqsədi də regional əməkdaşlıqda öz ölkəsinin maraqlarını təmin etmək idi. Azərbaycan torpaqlarının işğaldan azad olunmasından və Azərbaycanı və İran arasında dövlət sərhəddinin tamamilə bərpa edilməsi, sərhəd-keçid məntəqələrinin qurulmasından sonra iki ölkə arasında siyasi, iqtisadi, ticari əlaqələrinin artması üçün yeni imkanlar yaranıb. İran bu fürsətləri dəyərləndirərək fəal əməli addımlar atmaq istəyir.
Eyni zamanda, AvroAsiya regionunda tamamilə yeni geosiyasi düzən formalaşır. Region dövlətləri arasında dinc və normal münasibətləri, geniş əməkdaşlıq mühitini təmin edən “3+3” formatı da məhz bu reallıqdan doğan əməkdaşlıq çərçivəsidir. Formata əsasən, Türkiyə, İran və Gürcüstan Cənubu Qafqaz bölgəsində yeni əməkdaşlıq və təhlükəsizlik proqramlarında birgə fəal rol oynayacaq.
İran da bu proseslərə fəal qoşulmaq istəyir, Azərbaycanın regionda başlatdığı yeni siyasi gerçəkliklərin ahənginə uyğun addım atmaq və “3+3” formatı arxitekturasında yer almaqda aktiv hərəkətə çalışır. Cənab Zərifin regionun 5 ölkəsini ziyarət edəcəyəm fikri də məhz çoxşəbəkəli əməkdaşlıq çərçivəsində rəsmi Tehranın digər ölkələrlə də münasibətləri rəvanlaşdırmaq niyyətlərindən xəbər verir.
Qarabağda yeni həyat, quruculuq başlayıb. Bu quruculuğun baş memarı olan Azərbaycanla birgə qol çırmayan, əmək sərf edən qardaş Türkiyənin layiqli yeri məlumdur. Türkiyə Qarabağın hər qarışında aparılan quruculuqda, yenidənqurmada öz qardaşı ilə birgədir, eyni addımlayır və hər uğuru da birgə yaşayır. Qonşu İran da bu ərazilərdə öz köməyini əsirgəmək istəmir, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələrdə köməyini təklif edir. Bu sahədə yaxşı təcrübəsi olan İran şirkətlərinin təmsil olunması nəzərdə tutulur.
Cənab Prezidentin qeyd etdiyi kimi biz Qarabağda başlayan yenidəqurma işlərinə dost ölkələri cəlb edəcəyik. Bu baxımdan dost İranın da Qarabağın inkişafına töhfə verəcəyi şübhəsizdir. İran Azərbaycanla birgə elektrik enerjisinin istehsalı, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq da edəcək ki, bu da işağldan azad edilmiş bölgələrin və sərhəd yaşayış məntəqələrinin enerji, su təminatına müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev regionda yeni vəziyyətlə əlaqədar yaranmış yeni əməkdaşlıq qapılarını İranın üzünə açmaqla xoşniyyətli, praqmatik, xeyirxahlığını və humanistliyini nümayiş etdirir. Cənab Prezident Xudafərindəki sərhəd məntəqəsini dostluq sərhədi adlandırıb və bu da Azərbaycan dövlətinin sadiq tərəfdaş və dostpərvər olmasından irəli gəlir.
Oxşar xəbərlər
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya