BSU “Elektron universitet” layihəsinə qoşulur
BSU “Elektron universitet” layihəsinə qoşulur
Azərbaycan Respublikası Təhsil Nazirliyinin (TN) təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutan Ali Təhsilin İnformasiya Sistemi (ATİS) layihəsi çərçivəsində yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və struktur bölmələrin əməkdaşları iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökümət yaradılması istiqamətində görülən mühüm işlərdən söz açaraq qeyd edib ki, elektron universitet sisteminə qoşulmaq artıq dövrün tələbinə çevrilib. Rektor bu sistemin ali təhsil müəssisəsinin fəaliyyətinə yüksək təsir edəcəyini vurğulayıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini deyən Nurlana Əliyeva Bakı Slavyan Universitetinin regionda tutduğu unikal mövqedən, BSU-nun dünya universitetləri ilə sıx əməkdaşlığından söz açıb. Rektor vurğulayıb ki, bu ali təhsil müəssisəsinin başlıca məqsədi dövlət siyasətinə dəstək olmaqdır. Nurlana Əliyeva rəhbərlik etdiyi universitetdə elektron universitet proqramının tətbiqinin həm müəllimlər üçün, həm də tələbələr üçün səmərəli olacağını, universitetin fəaliyyətinin optimallaşdırılmasında, sürətləndirilməsində və tam avtomatlaşdırılmasında mühüm rol oynayacağını bildirib.
Sonra söz alan Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova Ali Təhsilin İnformasiya Sistemi layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi ali təhsil müəssisəsində təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqidir. V.Qarayeva eyni zamanda bildirib ki, bu layihənin həyata keçirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunmasına və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcəkdir. Layihənin “Neuron Technologies” şirkəti tərəfindən icra olunduğunu deyən V.Qarayeva diqqətə çatdırıb ki, layihənin səmərli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə universitetdə məsul şəxslər və müvafiq işçi qrupu şirkətin əməkdaşları ilə birgə fəaliyyət göstərəcək.
"Neuron Technologies" şirkətinin direktoru İsmayıl Ələkbərov isə elektron universitet proqramına keçidin qazandıracağı üstünlüklərdən danışıb. O bildirib ki, “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqi həmçinin tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılmasını, tədris prosesinin, təhsilin məzmununun və insan resurslarının elektron idarə edilməsini təmin edəcək. İ.Ələkbərov “Unibook”a daxil olmaq istəyən tələbə və müəllimlərə verilən onlayn giriş imkanı ilə onlar istənilən məlumatı öyrənə biləcəklərini diqqətə çatdırıb. Şirkət rəhbərinin sözlərinə görə, hazırda geniş tətbiq olunan “Unibook” platforması “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac edilməyə başlanıb.
Sonra çıxış edən "Neuron Technologies" şirkətinin layihələr üzrə rəhbəri Tural Mövsümzadə qeyd edib ki, tələbələrə sözügedən portala giriş imkanı verilir və bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olacaq. Beləcə tələbələr istədikləri zaman “Unibook”da dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərlə tanış olub istədikləri məlumatı öyrənə biləcəklər.
T.Mövsümzadə çıxışında sistemin necə işlədiyi və istifadə qaydaları ilə iştirakçıları tanış edib. Təqdimatda qeyd olunub ki, dərslərin mövzusu müəllimlər tərəfindən doldurulacaq və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunacaq. Tələbələr “Unibook”a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında məlumat ala biləcəklər.
Tədbirin davamında elektron universitet layihəsi ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
BSU-nun Mətbuat xidməti
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 mart 2024 16:33
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Rusiyada prezident seçkiləri keçirilir
15 mart 2024 12:08
- Qadını iynə ilə yuxuya verib qızıllarını oğurladı - Azərbaycanda tibb bacısından ŞOK HƏRƏKƏT
10 mart 2024 23:19
- Qarşımızda təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin təmin edilməsi vəzifəsi dayanır
5 mart 2024 23:08
- İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
28 fevral 2024 18:01
- Nazir oğlu Qarabağda MİNA AXTARIR....
27 fevral 2024 19:24
- Qayınatasını öldürən kürəkənə - 18 il 9 ay həbs verildi
23 fevral 2024 22:21
- NAR Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
23 fevral 2024 16:33
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06